
Bənövşəyi xətt üzrə qatarların hərəkəti müvəqqəti məkik prinsiplə təşkil edilir.
Bu barədə "AVESTA.AZ"a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, bu, gələcəkdə istismara hazırlanan "Avtovağzal-Xocəsən" sahəsində işarəvermə sistemlərinin sınaq-tənzimləmə işləri ilə əlaqədardır:
"Sınaq işlərinin yekunu və digər məsələlərlə bağlı əlavə məlumat veriləcək", - B.Məmmədov bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.