9-03-2022, 16:04 960

Qurban Qurbanovun adı dünya “feyr-pley” siyahısında

Futbol tarixində “feyr-pley”ə layiq hərəkətlər araşdırılıb.

Avesta xəbər verir ki, 8 belə jestə yer verilib və onlar arasında Azərbaycan təmsilçisi də var.

Bu mövsüm Avropa Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın “Marsel”ə vurduğu qolun baş məşqçi Qurban Qurbanovun müdaxiləsindən sonra ləğv olunması ən ədalətli jestlər sırasına düşüb. Bakıdakı görüşün birinci hissəsində cinah ötürməsini İbrahima Vadji qapıdan keçirib və baş hakim qolu qeydə alıb. Forvard topu əllə vurduğunu bildirməsə də, yalnız Qurbanovun məsləhətindən sonra hakimə gerçəyi deyib və qol ləğv edilib.

Seçilən digər 7 “feyr-pley” hərəkəti bunlardır:

Miroslav Kloze (“Latsio”) – rəqib “Napoli”
2012-ci il. Kornerdən ötürmədən sonra topu əllə qapıdan keçirdiyini hakimə bildirərək qolu ləğv etdirib.

Morten Viqhorst (Danimarka) – rəqib İran
2003-cü il. Rəqib müdafiəçinin matçın bitdiyini zənn edib topu cərimə meydanı daxilində əlinə götürdüyü üçün təyin olunan penaltini kənara vurub.

Erik Myölde (“Brann”) – rəqib “Lilleström”
2012-ci il. Futbolçu zədələndiyi üçün dayandırılan oyunun bərpası zamanı “Brann”ın kapitanı Erik Myöldenin rəqibə ötürdüyü top qapıçının irəlidə olması səbəbindən tora daxil olub. Kapitanın komanda yoldaşlarına göstərişindən sonra “Lillestrom”un oyunçusu topu mərkəzdən başlayaraq heç kim maneçilik törətmədən qapıdan keçirib.

Marselo Byelsa (“Lids”) – rəqib “Aston Villa”
2020-ci il. “Aston Villa”nın oyunçusunun mərkəzdə zədələnməsinə baxmayaraq, oyunu davam etdirən “Lids” futbolçuları qol vurublar. Nəticədə iki komanda arasında dava-dalaş düşüb. Məsələyə müdaxilə edən Byelsa rəqibin qol vurmasına mane olmamalarını oyunçularına tapşırıb.

Arsen Venqer (“Arsenal”) – rəqib “Şeffild Yunayted”
1999-cu il. “Şeffild Yunayted”in oyunçusu zədələndiyi üçün qapıçı topu kənara vurub. Ancaq topu meydana daxil edilən “Arsenal” futbolçuları onu rəqibə vermək əvəzinə anidən hücuma atılaraq qol vurub. Bu sayədə “topçular” ölkə kubokunda mərhələ adlayıb. Lakin qarşılaşmadan sonra Arsen Venqer mübahisəli qolun ləğvini və matçın yenidən keçirilməsini tələb edib. İngiltərə Futbol Assosiasiyası da bunu qəbul edib.

Daniele De Rossi (“Roma”) – rəqib “Messina”
2006-cı il. Cərimə zərbəsindən sonra topu əllə qapıdan keçirdiyini hakimə bildirərək qolu ləğv etdirib.

Paolo Di Kanio (“Everton”) – rəqib “Vest Hem”
2000-ci il. Rəqib qapıçı zədələndiyi üçün cinah ötürməsindən sonra topu boş qapıdan keçirmək imkanı olduğu halda onu əli ilə tutaraq qolkiperə tərəf irəliləyib.

Paylaş

Xəbər lenti

Azərbaycanda gənc futbolçu VƏFAT ETDİ Bu gün, 09:48 Ər-Riyad hava limanına hücum: 12 ölü, 309 yaralı Bu gün, 09:48 Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb Bu gün, 09:48 Misli Premyer Liqasında bu gün VII tura yekun vurulacaq Bu gün, 09:48 Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir Bu gün, 09:48 Zooparkda pələng kişini diri-diri yedi Bu gün, 00:48 Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan altı il ötür Bu gün, 00:48 Muxtar Babayev: Türkiyənin COP31-i icraya yönəlmiş COP-a çevirmək cəhdlərini dəstəkləyirik Dünən, 23:48 Ramzan Kadırovun Azərbaycana səfəri ilə bağlı videoicmal Dünən, 23:48 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi Dünən, 23:48 Ər-Riyad hava limanı hücumlardan sonra fəaliyyətini dayandırıb Dünən, 23:48 Kiyev sakinlərinə su və qida ehtiyatı toplamaq barədə xəbərdarlıq edilib Dünən, 23:48 Tramp ukraynalıları yeni prezident seçməyə çağırıb Dünən, 23:48 Gəncədə atasını yuxudan oyadan oğul həbs olundu Dünən, 23:48 "Isaias" qasırğası ABŞ-nin cənub-şərqində tələfatlara səbəb olub Dünən, 22:48 İsrail ordusu Qəzzada HƏMAS-ın komandirlərini zərərsizləşdirdi Dünən, 22:48 WSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib Dünən, 22:48 SEPAH: Hörmüz boğazından icazəsiz keçən neft tankeri minaya düşüb Dünən, 22:48 Azərbaycan Basketbol Liqası: "Neftçi" "Ordu"nu məğlub edib Dünən, 21:48 "Artıq "ana" yox, "hamilə valideyn" deməliyik!" – Tramp Dünən, 21:48 FT: ABŞ Rusiyanın neft zavodlarına zərbələrə görə Ukraynanı məlumat ötürməməklə hədələyib Dünən, 21:48 Uşanqi Kokauri: "Finalda daha çox taktiki səhvlərə yol verdim" Dünən, 20:48 Rəşad Aslanov: Türk dünyasının gələcəyi gənclərin əməkdaşlığından asılıdır Dünən, 20:48 Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək Dünən, 20:48 Goranboyda qəza olub, xəsarət alanlar var Dünən, 20:48 Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb Dünən, 19:48 Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA Dünən, 19:48 Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı Dünən, 19:48 Kobaxidze: Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarının düzgün olduğu üzə çıxıb Dünən, 19:48 8 Noyabr prospektində güclü yanğın başlayıb Dünən, 19:48 Azərbaycan cüdoçuları dünya çempionatında fərdi mübarizələri 7 medalla başa vurublar Dünən, 19:48 Ötən gün axtarışda olan 84 nəfər tutulub Dünən, 18:48 Bakıdan Tbilisiyə yeni qatar reysləri: Qiymətlər düşdü, bəs sıxlıq azalacaq? Dünən, 18:48 Asunsion Loriyente Bakıda Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub Dünən, 18:48 "Kara Haydar"ın 1 milyard 541 milyonluq daha bir kassası üzə çıxdı Dünən, 18:48 Yeni qayda pensiya məbləğlərinə necə təsir edəcək? Dünən, 18:48 Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu Dünən, 18:48 "LANDAU Lions" Azərbaycan Basketbol Liqasının II turunda NTD-ni məğlub edib Dünən, 17:48 Məktəblilər belə geyinməlidirlər Dünən, 17:48 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb Dünən, 17:48 Kamil Şahverdiyev: "Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil" Dünən, 17:48 "Azərişıq": Cənub regionundakı qəzaların aradan qaldırılması üçün iş gedir Dünən, 17:48 Masazırda 4 maşın niyə yanıb külə döndü? - "Partlayış səsi gələndə..." Dünən, 17:48 Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib Dünən, 16:48 Rəsmi portalda pensiya kapitalında azalmalar olub? Dünən, 16:48 Çeçenistanın lideri: Azərbaycan xalqını Qarabağ məsələsinin həlli münasibətilə təbrik edirəm Dünən, 16:48 Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı "Bakı Ağ Şəhər"də olublar Dünən, 16:48 Rza Zərrabın həyat yoldaşının adı milyardlarla dollarlıq FOND QALMAQALINDA Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR