4-10-2022, 02:53 792

Parisdə Qarabağa həsr olunmuş tədbir keçirilib

Fransanın paytaxtı Paris şəhərində Qarabağa həsr olunmuş tədbir keçirilib.

“AVESTA.AZ”un yerli bürosu xəbər verir ki, Parisdə Şuşa ili çərçivəsində Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi, Fransada Azərbaycanın Dostları Assosiasiyasının (ADA) və “Art Council Azerbaijan”ın təşkilatçılığı ilə azərbaycanlı uşaqların əl işlərindən ibarət “Qəlbim Qarabağdır” adlı rəsm sərgisi, gənc istedadlar və beynəlxalq müsabiqələr laureatları, azərbaycanlı pianoçu Səidə Tağızadənin ifasında konsert keçirilib.

Tədbirdə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, ADA-nın prezidenti, Fransa parlamentinin sabiq üzvü Jerom Lamber, Türkiyənin Fransadakı səfiri Ali Onaner, Fransanın Azərbaycandakı ilk səfiri Jan Perən, fransalı jurnalistlər, iş adamları, musiqi həvəskarları və digər şəxslər iştirak ediblər.

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev bugünkü tədbirdə səslənən musiqimizin, uşaqlarımızın sərgilənən əl işlərinin sülhə çağırış olduğunu bildirib. Müharibənin keçmişdə qaldığını xüsusi qeyd edən səfir bildirib ki, bu günün ən vacib məsələsi iki xalq arasında sülhün bərpa olmasıdır. Onun sözlərinə görə, sülhün bərpasında fransız xalqının da iştirakı əhəmiyyətilidir.

ADA-nın prezidenti, Fransa parlamentinin sabiq üzvü Jerom Lamber çıxışında Fransada fəaliyyət göstərən ermənipərəst ekstremist qrupun fəaliyyətinə toxunaraq, Azərbaycanın Fransadakı səfirliyinə hücumu bir daha pisləyib, belə əməllərin sülhə aparan yolda maneə olduğunu qonaqların diqqətinə çatdırıb.

Fransanın Azərbaycanda ilk səfiri Jan Perən Azərbaycanın gələcəyinə hər zaman inandığını bildirib. O bundan sonra da ölkəmizin parlaq gələcəyi olduğuna, regionda sülhün və əmin-amanlığın yaranacağına əmin olduğunu vurğulayıb. Sonra tədbir iştirakçılarına “Qəlbim Qarabağdadır” adlı sərgi çərçivəsində layihənin rəhbəri Sona Quliyeva tərəfindən 8-15 yaşlı uşaqların Şuşa şəhəri və Qarabağla bağlı 19 rəsm əsəri təqdim edilib.

Azyaşlı rəssamların əl işlərində Qarabağın füsunkar təbiəti, mədəni irsi, abidələri təsvir edilib. “Qəlbim Qarabağdır” adlı rəsm sərgisi bundan qabaq Almaniya, Avstriya, Belçika və Macarıstanda da nümayiş olunub.

Konsertdə məşhur pianoçu, beynəlxalq müsabiqələrin laureatı Səidə Tağızadə Azərbaycanın klassik bəstəkarları Qara Qarayev və Fikrət Əmirovun əsərlərini, həmçinin Ramin Quliyevin Azərbaycan uğrunda həlak olan əsgərlərin xatirəsinə bəsdələdiyi ballada, Pikə Axundovanın Salam Şuşa, Sevda Məmmədlinin Laçından ballada və digər əsərləri ifa edib.

Paylaş

Xəbər lenti

Fransada tətil Paris–London qatar reyslərini pozdu Bu gün, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Bu gün, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Bu gün, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Bu gün, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Bu gün, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Bu gün, 16:48 Əli Əhmədov: Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib Bu gün, 16:48 Abşeron sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  - Kənd və qəsəbələrdə... Bu gün, 16:48 Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir Bu gün, 15:48 "50 qəpiklik moyka" aparatından  oğurluq edənləri polis saxladı Bu gün, 15:48 Özünə "iPhone 18" aldı, polis saxladı - Oğurluq etdiyi iddia olunur Bu gün, 15:48 İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi Bu gün, 15:48 Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı Bu gün, 15:48 İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb Bu gün, 15:48 Musiala yenidən huşunu itirdi – "Bayern" vəziyyətə aydınlıq gətirdi Bu gün, 15:48 İslam Rzayevin əmlaklarına həbs qoyuldu Bu gün, 15:48 ATPF və BeFit Baku arasında tərəfdaşlıq memorandumu imzalandı Bu gün, 15:48 Gələn il bazarlarda qiymətlər nədən asılı olacaq? - AÇIQLAMA Bu gün, 15:48 Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48 Kamçatka sahillərində 4,5 maqnitudalı zəlzələ oldu Bu gün, 14:48 Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb Bu gün, 14:48 Litva XİN rəhbəri: Bu gün "Sabah"-"Barselona" matçında olacağam Bu gün, 14:48 Azərbaycanda yeni mərkəz yaradılır - FƏRMAN Bu gün, 14:48 Tərbiyəçi-müəllimlərin işə qəbulu başlayır Bu gün, 14:48 İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman Bu gün, 14:48 Hacıqabulda seldən zərər çəkmiş fermerə 3 min manata yaxın ödəniş edilib Bu gün, 14:48 Küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq Bu gün, 14:48 "Vətən daşı" sənədli filmi "Youtube"da təqdim edilib Bu gün, 14:48 100 milyon il əvvəl su üzərində yeriyən çəyirtkə növü aşkarlanıb Bu gün, 14:48 AYNA: Qusar-Bakı yolunda növbəti elektron tərəzi quraşdırılıb Bu gün, 13:48 Bakıda 23 məktəbə yeni direktor təyin edilib Bu gün, 13:48 Beyləqanın Təzəkənd yaşayış yerində qədim tikili qalıqları aşkarlanıb Bu gün, 13:48 400 tondan artıq təhlükəli toyuq əti məhsulunun dövriyyəsi ilə bağlı üç nəfərə cinayət işi başlanıb Bu gün, 13:48 Bakıda qadın hamamda dəm qazından boğularaq ölüb Bu gün, 13:48 PAŞA Bank KOB-lar üçün yeni "Çevik Kredit" məhsulunu təqdim edir Bu gün, 13:48 Qvardiola İtaliya millisindən aldığı təkliflə bağlı ilk dəfə danışdı Bu gün, 13:48 Altsheymer xəstəliyinin inkişafını ləngidən yeni preparat hazırlanıb Bu gün, 13:48 13 yaşında satışa başladı, 16 yaşında az qala müflis oldu – milyarder uğur sirrini açıqladı Bu gün, 13:48 Azərbaycanla Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb Bu gün, 12:48 Bir turist Azərbaycanda nə qədər pul xərcləyir? - Məbləğ açıqlandı Bu gün, 12:48 Azərbaycan və Litva XİN başçıları arasında görüş başlayıb Bu gün, 12:48 Qubada kişi sevgilisinin adına kredit götürdü, qadınlar dalaşdılar - Təfərrüat Bu gün, 12:48 Bakıda 14, rayonlarda 18 dərəcə isti olacaq Bu gün, 12:48 Özbəkistan parlamentinin sədri Zəfər parkını ziyarət edib Bu gün, 12:48 Mərhum nazirin gəlini ilk dəfə qayınanası ilə görüntülərini paylaşdı Bu gün, 12:48 Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib Bu gün, 12:48 Bakıda şagirdlər arasında insident - DİN-dən açıqlama Bu gün, 12:48 2026-cı ilin ən gözəl qızı seçildi Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR