24-12-2024, 05:57 405

Qərbi Azərbaycan Xronikası: “Köç karvanlarının qarşısını kəsir, əhalini incidirdilər”

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

"Report" xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim, Qarabağ qazisi, fəlsəfə doktoru Qələndər Aslanov olub.

O, Qərbi Azərbaycanın Basarkeçər rayonundan, ata-baba yurdu Hüseynquluağalı kəndindən söhbət açıb.

Bildirib ki, Zod qızıl mədənində çalışan atası digər soydaşlarımız kimi mütəmadi olaraq erməni haqsızlığı ilə üzləşib. Davamlı hal alan bu vəziyyət valideyninin məcburən Hüseynquluağalını tərk etməsi, Bakıda məskunlaşması ilə nəticələnib. Buna baxmayaraq, hər il yay və qış tətillərində, eləcə də toy və yas mərasimlərində, digər əlamətdar günlərdə ata-baba yurdlarına səfər edib, həmkəndliləri ilə əlaqəni tam kəsməyiblər. Lakin hər dəfə Qərbi Azərbaycana, o cümlədən Basarkeçər rayonuna gedəndə ermənilərin azərbaycanlılara qarşı təzyiq və təhdidinin, diskriminasiyasının canlı şahidi olublar. Rayon mərkəzində azərbaycanlılar ermənilər tərəfindən məqsədli şəkildə münaqişəyə cəlb olunub, təhqir ediliblər.

Müsahibin sözlərinə görə, bütün bu hadisələr 1987-ci ildən başlayaraq, soydaşlarımıza qarşı daha kəskin xarakter alıb. Silahlı erməni quldur dəstələri azərbaycanlılar yaşayan kəndlərə basqınlar edib, əliyalın əhalini zorla öz evlərini tərk etmək məcburiyyətində qoyublar. Bu tələbi yerinə yetirməyən soydaşlarımız fiziki təzyiqlərlə, hətta ölümlə üz-üzə qalıblar.

Q.Aslanov deyib ki, sonuncu deportasiyada ata-baba yurdunu məcburən tərk edən soydaşlarımız Azərbaycana gələn zaman da çoxsaylı xoşagəlməz hadisələrlə üzləşiblər. Belə ki, daşnak təbliğatı ilə beyinləri zəhərlənən ermənilər azərbaycanlıların köç karvanlarının qarşısını kəsib, onların əşyalarını dağıdıb, talan edib, özlərinə isə xəsarət yetiriblər.

Əməkdar məşqçi Birinci Qarabağ müharibəsində iştirak etdiyi döyüşlərdən də danışıb. Qeyd edib ki, Füzulinin müdafiəsində, həmçinin Murov yüksəkliyində, Kəlbəcərin yaşayış məntəqələrinin qorunması əməliyyatlarında iştirak edib. Onun sözlərinə görə, ermənilər müharibə qanunlarına riayət etmədən çoxsaylı vəhşiliklər, amansızlıqlar, hərbi cinayətlər törədiblər. Döyüşlər səngidiyi vaxtlarda yaralıların savaş meydanından çıxarılmasına belə, imkan verməyiblər.

Xüsusi təyinatlı kimi döyüşlərə qatılan Q.Aslanov yaralı komandirini güllə yağışı altından xilas etdiyini diqqətə çatdırıb. Deyib ki, çoxsaylı idmançılarımız da Qarabağ müharibəsində qəhrəmanlıqlar göstəriblər. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində 1200-dən çox peşəkar idmançı iştirak edib.

Beynəlxalq dərəcəli hakim Azərbaycanı bir çox yarışlarda təmsil etdiyini xatırladıb. Söyləyib ki, idmanın siyasətdən uzaq olmasına baxmayaraq, ermənilər bütün sahələrdə olduğu kimi, idman yarışlarında da öz xislətlərini göstərib, milli ayrı- seçkiliyə yol veriblər. Hətta beynəlxalq yarışın təşkilatçılarına əsassız şikayətlər ediblər. Q.Aslanov sonda vurğulayıb ki, keçmiş məcburi köçkünlər Qarabağa qayıtdığı kimi, Qərbi azərbaycanlılar da ata-baba ocaqlarına qayıdacaqlar.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Paylaş

Xəbər lenti

Azərbaycanda qanunsuz saxlanılan 35 odlu silah aşkarlandı Bu gün, 13:48 Azərbaycanda mühərrik və transmissiya yağlarının satışına yeni tələblər qoyula bilər Bu gün, 13:48 Özcan Denizin əmisi onun sərbəst buraxıldığını açıqladı Bu gün, 13:48 40 yaşlı Fahriye Evcenlə 61 yaşlı Oktay Kaynarcanın serialından İLK FOTOLAR Bu gün, 13:48 Sərxoş halda komando hərbçisini vurub öldürən sürücüyə hökm oxundu Bu gün, 13:48 Rafet El Roman: "Eşqi 68 yaşında tapdım" Bu gün, 13:48 Dekabrda bu bürclər üçün yeni iş fürsətləri yaranacaq Bu gün, 13:48 Hər evdə olan məşhur Yeni İl əyləncəsi ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 13:48 Xalq artisti Elmira Şabanova dəfn olundu Bu gün, 13:48 Hülya Avşarın qızı evlilik təklifi aldı - Ailə quracaq Bu gün, 13:48 Məşhur aktrisa 19 ildir psixoloqa gedir Bu gün, 13:48 Azərbaycanda beş məktəbə yeni direktor təyin edildi Bu gün, 12:48 Metroya yaxın tam təmirli mənzillər – Biləcəridə son seçimlər Bu gün, 12:48 Ermənistan "Tramp marşrutu" ilə bağlı müqaviləni təsdiqlədi Bu gün, 12:48 Efirdə qalmaqallı mübahisə: "Xanım başqa şeydir, arvad başqa" Bu gün, 12:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü başlayıb Bu gün, 12:48 Dubaydan Bakıya gətirilən 166 min manatlıq zinət əşyaları gömrükdə aşkarlandı Bu gün, 12:48 Bu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək Bu gün, 11:48 Həmin tarixi qapı bərpa edilir Bu gün, 11:48 ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edildi Bu gün, 11:48 Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu Bu gün, 11:48 Çiyin-çiyinə döyüşdülər, bərabər həlak oldular - Şəhid qardaşların son fotosu Bu gün, 11:48 Ayxan Abbasov: "Barselona"nın baş məşqçisi "Sabah"la oyunda əziyyət çəkdiklərini etiraf etdi" Bu gün, 11:48 Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi Bu gün, 11:48 "PAŞA Bank" X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib Bu gün, 11:48 Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri AÇIQLANDI Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ Bu gün, 10:49 Azərbaycanda son 3 ildə elektromobillərin sayı 14 dəfədən çox artıb Bu gün, 10:48 Qazaxda partlayışda yaralanan ana və oğlunun vəziyyətləri açıqlandı Bu gün, 10:48 Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib Bu gün, 10:48 "Fitch" "Cənub Qaz Dəhlizi"nin kredit reytinqini təsdiqlədi Bu gün, 10:48 65 yaşında xərçəngdən vəfat etdi Bu gün, 10:48 "Sabah"ın qapıçısı Çempionlar Liqasında lider oldu Bu gün, 10:48 Azərbaycanda qar yağdı, güclü külək əsdi – FAKTİKİ HAVA Bu gün, 10:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək Bu gün, 10:48 Alisson Bekker "Liverpul" tarixində Çempionlar Liqasında məhsuldar ötürmə edən ilk qapıçı olub Bu gün, 10:48 Süni intellektlə hazırlanan videoları seçə bilməyin 5 YOLU Bu gün, 10:48 Qazaxda evdə partlayış olub: İki nəfər xəsarət aldılar Bu gün, 09:48 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar Bu gün, 09:48 Qızılın qiyməti 3 600 dolları keçdi Bu gün, 09:48 Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər Bu gün, 09:48 "Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü Bu gün, 09:48 Bakıda səkkizinci mərtəbədə köməksiz qalan uşaq xilas edildi Bu gün, 09:48 Azercell-in rəqəmsal inkişaf modeli Filip Kotlerin beynəlxalq nəşrində təqdim edilib Bu gün, 09:48 Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb Bu gün, 08:49 Azərbaycan və Litvanın XİN rəhbərləri "Sabah" – "Barselona" matçını birlikdə izləyiblər Bu gün, 08:49 Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim Bu gün, 08:49 Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi Bu gün, 08:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR