
Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev və bu ölkənin Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev 2025-ci il üçün qarşılıqlı səfərlər planını müzakirə ediblər.
Bu barədə "AVESTA.AZ" Azərbaycanın Rusiyadakı diplomatik nümayəndəliyinə istinadən xəbər verir.
Yekaterinburqda keçirilən görüşdə tərəflər ticari-investisiya sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi, Azərbaycan və Sverdlovsk vilayətinin şəhərləri arasında qardaşlaşma əlaqələrinin inkişafı məsələlərini müzakirə ediblər.
"Biznes missiyalarının qarşılıqlı səfərlərinin təşkilinə xüsusi diqqət yetirilib", - səfirlikdən vurğulanıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.