24-12-2024, 23:00 421

Sorosun

Ermənistanın baş naziri Paşinyan iki həftə ərzində ikinci dəfə Rusiyaya səfər edir. Dekabrın 13-də o, Moskvada olub, dekabrın 25-də isə Sankt-Peterburq yaxınlığında MDB sammitində iştirak edəcək və Avrasiya İqtisadi Şurasının iclasına şəxsən sədrlik edəcək. Moskvada olduğu kimi, Sankt-Peterburqda da ona Putinlə ayrıca görüş vəd etmirlər.

"AVESTA.AZ" xəbər verir ki, bu barədə "NEWS.ru"nun məqaləsində deyilir.

Məqalədə Paşinyanın 2023-cü ildə MDB və KTMT sammitlərinin əksəriyyətini buraxdığı xatırladılıb.

Rusiyalı politoloq Dmitri Solonnikov deyir ki, indi Ermənistanın Rusiyadakı sammitləri boykot etməyi dayandırmasının səbəbi Donald Trampın ABŞ prezidenti seçilməsidir.

"Avropa və ABŞ-də konfiqurasiya dəyişir. Trampın qələbəsi Vaşinqtonda təcrid meyillərinin artmasından xəbər verir. Bundan əlavə, Paşinyan Corc Sorosun himayəsindədir və bu, Trampın birbaşa, şəxsi düşmənidir. Avropa İttifaqına gəlincə, onun hazırda geosiyasi eksperimentlər üçün resursları daha azdır, hətta uzun müddət Cənubi Qafqazın işlərinə qarışan Fransanın belə", - politoloq NEWS.ru-ya bildirib.

Paşinyan Qərbin əhval-ruhiyyəsindəki dəyişiklikləri, eləcə də Qərblə münaqişəyə girmiş qonşu Gürcüstanda baş verənləri nəzərə almaya bilməz. Çünki Ermənistan məhz bu ölkə vasitəsilə Avropa İttifaqı ilə quru əlaqələrini qoruyub saxlayır.

"Paşinyanın hələ də Ermənistanın Aİ və NATO-ya daxil olması arzuları var. Bu səbəbdən bir vaxtlar Paşinyan hakimiyyətə gətirildi. Lakin bu "istəklər" getdikcə daha az reallaşır. Ona görə də o, öz siyasətini korrektə edib Rusiya ilə əlaqələri yenidən gücləndirməyə məcburdur. Bununla belə, Paşinyan söz oyunu ustasıdır. Bu gün vəd verir, sabah ondan imtina edir", - Solonnikov qeyd edib.

Ekspert vurğulayıb ki, keçən il Paşinyan Putinlə görüşə biləcəyi əksər sammitləri boykot etsə də, bu il yenidən tədbirlərə qatılmağa başlayıb.

O bəyan edib ki, Ermənistan artıq Qərbi maraqlandırmır, ona görə də heç kim bu ölkəni nə Avropa İttifaqına, nə də NATO-ya üzv olmağa dəvət etmir.

"İrəvan Avropaya qaçmaq üçün fürsət pəncərəsinin yenidən açılmasını gözləyəcək. Paşinyan qərbyönlü siyasətçi olub və olaraq qalır. Onun hakimiyyəti altında Rusiyaya qarşı münasibətdə köklü dəyişiklik gözləmək lazım deyil", - politoloq vurğulayıb.

Noyabrda Donald Trampın prezident seçkisində qələbəsindən dərhal sonra Rusiya Xarici Kəşfiyyat Xidməti amerikalı diplomatların Ukrayna və Moldovada sınaqdan keçirilmiş sxemlərdən istifadə edərək Ermənistandakı işləri sürətləndirdiyini bildirib. Xidmətin mətbuat bürosunun verdiyi məlumata görə, ABŞ Dövlət Departamenti Ermənistanda qərbyönlü vətəndaş cəmiyyəti strukturlarının fəaliyyətini stimullaşdırmaq üçün tədbirlər kompleksi üzərində işi nəzərəçarpacaq dərəcədə sürətləndirib.

"Paşinyan başa düşür ki, Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxarıla bilər, lakin bu, İrəvan üçün tamamilə əvəzolunmaz təşkilatdır", - Ermənistan Demokratik Partiyasının lideri Aram Sarkisyan deyib.

Onun sözlərinə görə, İrəvan Rusiya ilə 14 milyard dollara çatan ticarət dövriyyəsini itirmək istəmir. Paşinyan Moskva ilə ünsiyyətdən tamamilə imtina etməyib, o, belə bir çıxış yoluna eyham vursa da, heç vaxt KTMT-dən çıxmayıb.

"Paşinyanın Sankt-Peterburqdakı hazırkı görüşün sədri olmağa razılığı Rusiyaya dönüş kimi qəbul edilməməlidir, çünki onun jestləri ziddiyyətli olaraq qalır". Müxalifətçi hesab edir ki, məhz bu yay Ermənistan hakimiyyəti rus sərhədçilərini Zvartnots aeroportunu tərk etməyə məcbur edib. Deməli, siyasi münasibətlər iqtisadi münasibətlərlə eyni deyil. İrəvanla Moskvanın birliyi faktiki olaraq artıq mövcud deyil. Mövcud hökumət dövründə münasibətlərdəki buzların əriməsini gözləmək yersizdir.

Sarkisyan hesab edir ki, hazırda erməni lider eyni anda iki tərəfdən təzyiqə məruz qalır. Bir tərəfdən qonşu Azərbaycan onu sülh müqaviləsi üzrə danışıqları yubatmağa çalışmasına görə tənqid edir. Digər tərəfdən, ölkə daxilindəki radikal millətçilər, əksinə, Paşinyanı qonşusu ilə dialoqda "həddindən artıq yumşaqlıq"da qınayırlar. Bununla yanaşı, Sarkisyanın fikrincə, Ermənistan rəhbərliyi hələ də ən çox Qərbin fikrini rəhbər tutur.

Müxalifətçi hesab edir ki, "İndi Paşinyan Azərbaycanla sərhədin demarkasiyasını gecikdirir və yəqin ki, bunu yenə "Qərbin diktəsi ilə" edir. Beləliklə də, Qərb Cənubi Qafqazda sülh prosesinə əngəl törədir.

Rusiya Prezidenti Vladimir Putin dekabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

“Putin Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə ürəkdən təbrik edib”, - məlumatda bildirilir.

Liderlər Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqliyinin yüksək səviyyəsindən məmnunluq ifadə ediblər və şəxsi təmasları davam etdirmək barədə razılığa gəliblər. Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin məlumatına görə, telefon danışığı zamanı strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildirilib, əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Paylaş

Xəbər lenti

Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb Bu gün, 08:49 Azərbaycan və Litvanın XİN rəhbərləri "Sabah" – "Barselona" matçını birlikdə izləyiblər Bu gün, 08:49 Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim Bu gün, 08:49 Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi Bu gün, 08:48 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? Bu gün, 08:48 Bakıda bu ərazidə fərdi evlər SÖKÜLƏCƏK - 3 min manat kompensasiya... Bu gün, 08:48 Qazaxda evdə partlayış olub: Ana və oğlu xəsarət aldılar Bu gün, 08:48 Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR