
Rusiya diplomatları təyyarə qəzasından sağ çıxmış həmvətənlərinə kömək göstərmək və məlumatları dəqiqləşdirmək üçün Aktauya ezam olunublar.
“Report” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
"Rusiyanın Astana və Bakıdakı səfirliyi, Uralskdakı baş konsulluğu Azərbaycan və Qazaxıstanın səlahiyyətli qurumlarının nümayəndələri ilə sıx təmasdadır. Diplomatlarımız məlumatların dəqiqləşdirilməsi və sağ qalmış həmvətənlərimizə kömək üçün Aktauya ezam olunub", - M.Zaxarova qeyd edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.