
İspaniya La Liqasında mübarizə aparan "Selta" klub tarixinin ən yaxşı bombardiri Yaqo Aspasla müqavilə müddətini uzadıb.
"AVESTA.AZ" xəbər verir ki, 37 yaşlı hücumçu Viqo təmsilçisi ilə 2026-cı ilin yayına qədər anlaşıb.
Qeyd edək ki, Y.Aspas "Selta"nın heyətində ümumilikdə 509 matçda 210 qol vurub. Cari mövsüm isə 16 oyunda rəqib qapılarından 6 qol keçirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.