
İngiltərə təmsilçisi "Çelsi"nin futbolçusu Koul Palmer Cimmi Floyd Hasselbaynka məxsus klub rekordunu yeniləyib.
"AVESTA.AZ" xəbər verir ki, 22 yaşlı hücumçu Premyer Liqanın XVIII turunun "Fulhem"lə matçında bir mövsümdə 26-cı qolunu vurub.
Bununla da o, Hasselbaynkın 23 il əvvəlki 25 qolluq rekordunu təzələyib.
Qeyd edək ki, hazırda davam edən matçda "Çelsi" "Fulhem" qarşısında 1:0 hesabı ilə öndədir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.