27-12-2024, 16:13 673

Prezident İlham Əliyev Kasım-Jomart Tokayevə zəng edib

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 27-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə zəng edib.

"Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Dövlət başçıları Azərbaycan və Qazaxıstan vətəndaşlarının olduğu təyyarənin qəzaya uğraması nəticəsində insanların həlak olması ilə bağlı bir-birinə, həmçinin həlak olanların yaxınlarına başsağlıqlarını bildirib, yaralananlara tezliklə şəfa arzulayıblar.

Prezident İlham Əliyev, ilk növbədə, Qazaxıstan Prezidentinə xilasetmə işlərinin aparılması ilə bağlı şəxsən təşəkkürünü bildirib. Dövlətimizin başçısı bu işlərdə dərhal lazımi tədbirlər görən və yaralanan sərnişinlərin xilas olunmasında fəal iştirak edən Qazaxıstan xilasedicilərinin işini yüksək qiymətləndirib. Eyni zamanda, Azərbaycan Prezidenti Qazaxıstanın tibb personalına da təşəkkürünü çatdıraraq, onların xəsarət alanlara qayğı ilə yanaşmaları və peşəkarcasına tibbi xidmət göstərmələri ilə bağlı minnətdarlığını bildirib, yaralananların böyük hissəsinin artıq Vətənə döndüyünü və hələ də orada müalicə olunan Azərbaycan vətəndaşlarının olduğunu vurğulayıb.

Dövlət başçısı bununla yanaşı, Qazaxıstanın sadə vətəndaşlarının da Azərbaycanla həmrəylik göstərərək, bu işlərdə verdikləri dəstəyin bir daha dost və qardaş xalqlarımızın bir-birinə nə qədər bağlı olmasının göstəricisi kimi dəyərləndirib, bunun Azərbaycan ictimaiyyəti tərəfindən çox yüksək qiymətləndirildiyini qeyd edib.

Öz növbəsində, Kasım-Jomart Tokayev bildirib ki, təyyarə qəzasının araşdırılması ilə bağlı onun tapşırığı ilə dərhal xüsusi komissiya yaradılıb, “Embraer” şirkətinin nümayəndələri artıq Qazaxıstana gəliblər və araşdırma işlərində fəal iştirak edirlər.

Telefon söhbəti zamanı tərəflər istintaqın gedişi ilə bağlı fikir mübadiləsi aparıb və əmin olduqlarını bildiriblər ki, aparılan istintaqın nəticəsində qəzanın başvermə səbəbləri tam şəkildə araşdırılacaq.

Paylaş

Xəbər lenti

Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib Bu gün, 11:48 İmişli və Saatlının bəzi kəndlərində qaz kəsilib Bu gün, 11:48 "Azərsun Holdinq"in istehsalat müəssisələrində birgə infotur keçirilib Bu gün, 11:48 Rəhman Daşdəmirov: "Barselona"ya qarşı oynamaq hər futbolçunun arzusudur" Bu gün, 11:48 Milyon yarımlıq yanacaq hara gedib? - Hərbçilərlə birgə 15 nəfər ittiham edilir Bu gün, 11:48 Birbank-dan yeni rəqəmsal imkan: bank çıxarışınızı özünüz hazırlayın Bu gün, 11:48 "Qarabağ"da gözlənilməz ayrılıq baş verə bilər Bu gün, 11:48 Özbəkistan parlamentinin sədri Azərbaycana gəlib, "Yol xəritəsi" imzalanacaq Bu gün, 11:48 Gəncədə güclü külək ağacı aşırıb, evə və iki avtomobilə ziyan dəyib Bu gün, 10:48 Bu şəxslərə güzəştlər tətbiq olunacaq - Gələn il yanvarın 1-dən... Bu gün, 10:48 Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub Bu gün, 10:48 Bu gün 7 kənddə işıq kəsiləcək Bu gün, 10:48 Kəmaləddin Heydərovun Ağdamdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib Bu gün, 10:48 Bu rüsum 4 dəfəyə qədər azaldılır Bu gün, 10:48 Analiz vermək adı ilə xəstəxanada keçmiş həyat yoldaşını öldürən şəxsin işi Ali Məhkəmədə Bu gün, 10:48 Bəzi rayonlara qar yağır, külək güclənir - Faktiki hava Bu gün, 10:48 Ombudsman qadınlara qarşı zorakılığa son qoymağa çağırıb Bu gün, 10:48 Öz evini məktəbə çevirən, həyatının sevgisi ilə Milad Bayramında tanış olan Xalq artisti Fidan Hacıyeva ilə MÜSAHİBƏ Bu gün, 10:48 Bu avtomobillərin satış xərcləri azala bilər - YENİ AÇIQLAMA Bu gün, 10:48 Qubada içərisində ailə üzvlərinin olduğu BMW hasara çırpıldı Bu gün, 09:48 İraq 17 ildə neft qaçaqmalçılığına görə 303 milyard dollar itirib Bu gün, 09:48 ABŞ-də 1 milyon dollar qazanan miqrant lotereya fotosuna görə saxlanıldı Bu gün, 09:48 UEFA Çempionlar Liqası: "Fənərbağça" "Şaxtyor"la qarşılaşacaq Bu gün, 09:48 AZAL "Sərfəli Cümə" kampaniyası elan edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 96 dolları keçib Bu gün, 09:48 Tərtərdə quyuya düşərək ölən şəxs Qarabağ qazisi olub Bu gün, 09:48 Türkiyədə tanınmış simalar SAXLANILDI Bu gün, 08:48 Şirvanda gəncin əlində patron partladı: Ağır xəsarətlər alıb Bu gün, 08:48 Bakıda doqquz istiqamətdə tıxac yaranıb Bu gün, 08:48 Bakıda Çempionlar Liqası həyəcanı: "Sabah" bu gün "Barselona" ilə qarşılaşacaq Bu gün, 08:48 Zəhra Əkbərova direktor təyin edildi Bu gün, 08:48 Xəzər dənizi geri çəkilir, yeni torpaqlar yaranır: Ekspert mümkün riskləri sadaladı Bu gün, 00:48 Türkiyədə hərbi helikopter qəzaya uğradı: 5 hərbçi həlak oldu Dünən, 23:48 ABŞ-də kiberdələduzluq qurbanlarına 8 milyard dollar vəsait qaytarılıb Dünən, 23:48 İraq qanunsuz neft ixracı və fırıldaqçılıq səbəbindən 303 milyard dollar vəsait itirib Dünən, 23:48 Vaan Kostanyan: Ermənistan TRIPP çərçivəsində dəmir yolunun tikintisinə 2027-ci ildə başlayacaq Dünən, 23:48 Daha bir məktəbə direktor təyin edildi Dünən, 23:48 Məşhur içki ilə bağlı XƏBƏRDARLIQ - Qaraciyər üçün təhlükəli ola bilər Dünən, 22:48 Bakıda topunun arxasınca qaçan 10 yaşlı qızı avtomobil vuraraq öldürdü Dünən, 22:48 Əməkdar müəllim vəfat etdi Dünən, 22:48 Bakıda şagirdlər arasında insident Dünən, 22:48 Avtobus səfərlərində çay, kofe, qəlyanaltı və Wi-Fi - Ekspertdən MARAQLI TƏKLİF Dünən, 22:48 "GTA VI" materiallarını oğurlayan 21 yaşlı haker məhkəmə zalından sərbəst buraxıldı Dünən, 22:48 Marneulidə MMA turniri keçirilib, Sənan Xəlilov çempion olub Dünən, 21:48 Kadırov müharibənin başa çatması üçün vaxt açıqladı Dünən, 21:48 Sabah 22 küçədə qaz olmayacaq - ÜNVANLAR Dünən, 21:48 Türkiyənin xüsusi nümayəndəsi: "Ermənistan Konstitusiyasında tarixi dəyişiklik edilir" Dünən, 21:48 Husilərin Ər-Riyadda maliyyə mərkəzinə hücumu nəticəsində 11 nəfər yaralanıb Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR