
İspaniyada fermada yerin altında gizlədilən konteynerlərdə 7 ton kokain aşkarlanıb.
“AVESTA.AZ” bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Qeyd edilir ki, əməliyyat Quadalquivir çayının mənsəbində iki şübhəli qayığın göründüyü zaman başlayıb.
Hüquq-mühafizə orqanları qayıqları İspaniyanın Coria del Rio bölgəsindəki fermaya qədər izləyib, şübhəlilər narkotikləri iki yeraltı konteynerdə gizlədiblər.
Əməliyyat zamanı narkotik qaçaqmalçılığında şübhəli bilinən 3 nəfər saxlanılıb, üç odlu silah və oğurlanmış iki avtomobil götürülüb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.