
“Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov oktyabrın 12-də Mingəçevir şəhərindən və Yevlax rayonundan olan vətəndaşları qəbul edəcək.
Bu barədə "AVESTA.AZ"a qurumdan bildirilib.
Məlumata görə, qəbul saat 10:00-dan başlayaraq Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək.
Vətəndaşlar qəbul üçün Mingəçevir Sukanal İdarəsinə və Yevlax Sukanal Sahəsinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və elektron poçtu vasitəsilə ilə “Azərsu”ya müraciət edə bilərlər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.