
Böyük Britaniya hökuməti Azərbaycanda saxlanılan 17 erməni hərbçinin Ermənistana təhvil verilməsini alqışlayır.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin tviter səhifəsində məlumat verilib.
“Bu, mühüm humanitar jestdir”, - səfirlik bildirib.
Xatırladaq ki, bu yaxınlarda Azərbaycanda saxlanılan 17 erməni əsiri qarşı tərəfə təhvil verib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.