
"Araz-Naxçıvan"ın sabiq futbolçusu İsmail Azzaui 7 aydan sonra özünə klub tapıb.
"AVESTA.AZ"un məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi karyerasını Kiprdə davam etdirəcək.
Əslən Mərakeşdən olan belçikalı oyunçu "Omoniya"ya keçib.
Qeyd edək ki, İsmail Azzaui 2023/2024 mövsümündə "Araz-Naxçıvan"ın formasını geyinib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.