
Bakı Dəmiryolu Vağzalında sərnişinin səhhətində problem yaranıb.
“Report” xəbər verir ki, Sumqayıt-Xırdalan-Bakı qatarında sərnişinin dili qatlanıb.
Buna səbəb kimi qatarda sıxlığın olması və havalandırma sisteminin işləməməsi göstərilir.
Dəmiryol vağzalında həkim olmadığı üçün təcili tibbi yardımın əməkdaşları gələnədək sərnişinə polislər və ətrafdakılar yardım göstərib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.