8-01-2025, 18:18 334

Azərbaycanın qaz hasilatında yeni bir mərhələnin başlanğıcı: Stratejı addımlar və geosiyasi təsir

Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın enerji sektorunda qarşıdakı illərdə planlaşdırılan strateji addımlarla bağlı verdiyi açıqlamalar, ölkənin qaz sənayesində yeni mərhələyə qədəm qoyacağını göstərir. Xüsusilə, “Dərin Qaz” layihəsindən ilk qazın hasilatı və bu layihənin ümumi qaz hasilatına verəcəyi töhfə Azərbaycan üçün enerji siyasətində mühüm mərhələdir.

"AVESTA.AZ" xəbər verir ki, ötən ilin yekunlarına dair gözlənilən 37,8 milyard kubmetrə (illik artım 3,8 %) qarşı 2025-ci ildə Azərbaycanda əmtəəlik qaz hasilatı 38,4 milyard kubmetr səviyyəsində gözlənilir.

Prezidentin sözlərinə görə, 2025-ci ildə Azərbaycanın hasilat baxımından mühüm yataqlarından biri olan “Azəri-Çıraq-Günəşli” (AÇG) blokunda “Dərin Qaz” layihəsindən qaz hasilatı başlanacaq. Bu, təkcə ölkə iqtisadiyyatı üçün deyil, həm də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu gücləndirəcək. Beləliklə, AÇG, əsasən neft hasilatı ilə tanınsa da, qaz hasilatında da ölkənin strateji resurs bazasına çevrilir.

Ölkə başçısı “Şahdəniz” yatağının Azərbaycanın əsas qaz təchizatçısı kimi qaldığını vurğulasa da, diqqəti digər perspektivli layihələrə də çəkdi. “Abşeron” yatağında hasilatın 1,5 milyard kubmetrdən 5 milyard kubmetrə qədər artırılması planı xüsusilə önəmlidir. Bu, Azərbaycanın həm daxili, həm də xarici tələbatı ödəmək potensialını artıracaq.

Eyni zamanda, “Qarabağ”, “Babək”, “Asiman” kimi yeni yataqların işlənməsi ilə Azərbaycan qaz ehtiyatlarını genişləndirmək və Avropaya qaz ixracını artırmaq məqsədini güdür. Bu layihələr, Azərbaycanın yalnız xammal təchizatçısı kimi deyil, həm də enerji siyasətində qərar qəbul edən bir aktor kimi rolunu möhkəmləndirəcək.

Geosiyasi və iqtisadi əhəmiyyət

Azərbaycanın enerji təhlükəsizliyi sahəsindəki rolu və qaz sənayesində əldə etdiyi uğurlar, Avropanın enerji tədarükündəki strateji əhəmiyyətini daha da artırır. Bu çərçivədə Cənub Qaz Dəhlizi (SGC) Azərbaycanın qazını Avropa bazarlarına çatdırmaqda əsas rol oynayır. Yeni layihələrin həyata keçirilməsi bu dəhlizin əhəmiyyətini gücləndirərək, ölkənin qlobal enerji bazarındakı mövqeyini möhkəmləndirəcək.

SGC-nin genişlənməsi regiondakı əməkdaşlıq imkanlarını da artırır. Xüsusilə, Azərbaycan və Türkiyə arasında enerji sahəsində əməkdaşlıq bu dəhlizin əsas komponentlərindən biridir. Yeni qaz yataqlarından hasil olunan qazın bu dəhliz vasitəsilə nəqli, Azərbaycanın iqtisadi gəlirlərini artırmaqla yanaşı, regionun geosiyasi təsir gücünü də yüksəldir.

2024-cü ildə Azərbaycan və Türkiyə arasında qaz tədarükü sahəsində bir sıra strateji sazişlər imzalanıb. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin BOTAŞ şirkəti arasında əldə olunan beş müqavilə, bu əməkdaşlığın dərinləşdirilməsi məqsədini daşıyır. Bu sazişlər 2024-cü ilin may ayında imzalanmış “Təbii qaz sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsaslanır. Razılaşmaların nəticəsi olaraq Azərbaycan qazı Türkiyə üzərindən Avropaya və Naxçıvana nəql ediləcək, Türkmənistan qazı Azərbaycan və İran vasitəsilə Türkiyə bazarına çıxarılacaq, “Azerbaijan Gas Supply Company Limited” (AGSC) və BOTAŞ arasında Azərbaycan qazının Türkiyəyə tədarükü üzrə müqavilə 2030-cu ilin sonuna qədər uzadılıb.

Ötən il Azərbaycanın qaz sənayesində ən mühüm hadisələrdən biri “Şahdəniz” yatağında hasilatın pik həddə çatması olub. Yatağın gündəlik hasilat gücü təqribən 80,7 milyon kubmetr (illik 29,5 milyard kubmetr) təşkil edir. Fevral ayında yatağın şimal-şərq cinahında hasilatın başlanması ilə “Mərhələ-2” çərçivəsində illik hasilat həcminin 16 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Bu qazın 10 milyard kubmetri Avropaya, 6 milyardı isə Türkiyəyə ixrac ediləcək.

“Şahdəniz” layihəsinin texniki operatoru BP, 2027-ci ilə qədər qərb, cənub-şərq, cənub-qərb və şimal-şərq cinahlarında qazma işlərini davam etdirməyi planlaşdırır. İndiyədək yataqdan 234,3 milyard kubmetr qaz və 48,3 milyon ton kondensat hasil olunub.

Yeni bazarlar və şaxələndirmə

Hazırda SOCAR qaz ixracını genişləndirərək 12 ölkəyə - Slovakiya, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya və Şimali Makedoniyaya təbii qaz tədarük edir.

Azərbaycanın təsdiq edilmiş təbii qaz ehtiyatı 2,6 trilyon kubmetrdir ki, bu da uzun müddətdə qaz ixracının artırılmasına imkan verir. Bundan başqa, 2027-ci ilin sonunadək Azərbaycan "yaşıl enerji" layihələri çərçivəsində 1 862 MVt külək və günəş elektrik enerjisi istehsal etməyi planlaşdırıb ki, bu da 1 milyard kubmetr “mavi yanacağa” qənaət etməyə imkan verəcək.

Azərbaycanın qaz sənayesindəki strateji addımları təkcə iqtisadi artımı təmin etmir, həm də Avropa və qonşu regionlar üçün etibarlı qaz tədarükçüsü kimi mövqeyini gücləndirir. Prezident İlham Əliyev bu sahədəki prioritetləri vurğulayaraq, ölkənin enerji potensialının həm hasilat artımı, həm də geosiyasi təsir vasitəsi kimi səmərəli istifadə olunacağını qeyd edib.

“Dərin Qaz”, “Şahdəniz” və digər strateji layihələr Azərbaycanın enerji siyasətində yeni dövrün başlanğıcını ifadə edir. Bu layihələr yalnız ölkə iqtisadiyyatına deyil, həm də regionun iqtisadi və siyasi sabitliyinə böyük töhfə verəcək. Göründüyü kimi, Azərbaycanın enerji siyasəti, Avropanın enerji təhlükəsizliyində vacib rol oynamağa davam edərək, qlobal bazarda strateji əhəmiyyətini artırır.

Paylaş

Xəbər lenti

Bu zavodun fəaliyyəti dayandırıldı - SƏBƏB Bu gün, 16:48 "Formula-1"in sabiq pilotu vəfat etdi Bu gün, 16:48 Xəzər rayonunda soyğunçuluq edən şəxs həbs edilib Bu gün, 16:48 Sülhə doğru növbəti addım Bu gün, 16:48 Azərbaycanda tükürpərdən olay: Qadın ərinin məzarı üzərində öldü Bu gün, 16:48 Çili diplomatı: "2026-cı il üçün məqsəd - Azərbaycanla ticarət əlaqələrinin inkişafıdır" Bu gün, 16:48 Tanınmış müğənni: "Səhnəyə çıxmasam belə, aylıq gəlirim 200 000-dir" Bu gün, 16:48 Biləsuvarın bu kəndində daxili yollar təmir olunacaq Bu gün, 16:48 Səfir: "Niderland Azərbaycanla energetika sahəsində əməkdaşlıqda maraqlıdır" Bu gün, 15:48 Gəncədə zavodun fəaliyyəti dayandırıldı - SƏBƏB Bu gün, 15:48 Heydər Əliyev Mərkəzində "İz" sənədli filminin nümayişi olub Bu gün, 15:48 Məşhur aktyor şəhər həyatından imtina edib, kəndə köçdü Bu gün, 15:48 Türkiyədə eyni anda 198 nəfər saxlanıldı - ANBAAN GÖRÜNTÜ Bu gün, 15:48 Yuri Qusev: Azərbaycanın Qarabağın bərpası üzrə təcrübəsi Ukrayna üçün faydalı ola bilər Bu gün, 15:48 Bu tarixdə Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ Bu gün, 15:48 Zaqatalada canavar 47 yaşlı kişiyə hücum edib Bu gün, 15:48 Lənkəranda tanınmış iş adamı ÖLDÜ Bu gün, 15:48 Elçin Əmirbəyov: Azərbaycan-İtaliya enerji əməkdaşlığının strateji əhəmiyyəti Hörmüz böhranından sonra daha da aydın şəkildə üzə çıxıb Bu gün, 14:48 Bakıda itkin düşən şəxsin GÖLDƏ MEYİTİ TAPILDI Bu gün, 14:48 Lənkəranda WUF13 Festivalı başlayıb Bu gün, 14:48 "Böyük Dəbilqə": Rəşid Məmmədəliyev bürünc medal uğrunda görüşə çıxacaq Bu gün, 14:48 Elçin Əmirbəyov: "Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür" Bu gün, 14:48 Ötən gün həyatını itirən həkimin ÖLÜM SƏBƏBİ BİLİNDİ Bu gün, 14:48 Gəncə terrorunda valideynlərini itirən Sevilin oğlu Bu gün, 14:48 Azərbaycanın hərbi pilotları yeni silah sistemləri ilə tanış olublar Bu gün, 14:48 Sabah hava yağışlı olacaq? Bu gün, 13:48 Dubayda yaşayış icazəsi almaq asanlaşdı Bu gün, 13:48 Ucuz qiymətə mebel satışı adı altında sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb Bu gün, 13:48 Baş Qərvənd kəndində "Ağıllı kənd" layihəsi nə vaxt tam hazır olacaq? Bu gün, 13:48 Alyona Əliyeva Buta İncəsənət Mərkəzindən paylaşım edib Bu gün, 13:48 Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə taktiki-uçuş təlimi başa çatıb Bu gün, 13:48 Təbii fəlakət qarşısında dövlət qalxanı Bu gün, 13:48 İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilib Bu gün, 13:48 FHN əməkdaşı iş başında öldü Bu gün, 13:48 Bakıdan Təl-Əvivə uçuşlar bu tarixdən bərpa edilir Bu gün, 12:48 Gəncədə metaləritmə müəssisəsinin fəaliyyəti dayandırılıb Bu gün, 12:48 Bakıda İLGİNC CİNAYƏT: Gənc qız atasını talayıb gözəllik salonu açdı Bu gün, 12:48 Bakı-Sumqayıt yolunun 7-ci km-də GÜCLÜ YANĞIN Bu gün, 12:48 İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilir Bu gün, 12:48 Hikmət Hacıyev xarici diplomatların Laçına səfərindən video paylaşıb Bu gün, 12:48 62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar Bu gün, 12:48 Bakıda yaddaşını itirmiş qadın axtarılır Bu gün, 12:48 Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb Bu gün, 11:48 Hikmət Hacıyev Şuşadan hərbi attaşelərlə foto paylaşıb Bu gün, 11:48 Şəkidə canavarlar kəndə HÜCUM EDİB: Təsərrüfatlara ciddi ziyan dəyib Bu gün, 11:48 Moldovanın energetika naziri Dorin Junqietu Azərbaycana səfər edəcək Bu gün, 11:48 DİN həftəsonu bölgələrə səfərə çıxan sürücüləri diqqətli olmağa çağırıb Bu gün, 11:48 Uzunömürlülər ən çox bu BÜRCDƏN olur Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR