10-01-2025, 17:50 479

İlham Əliyev Küveytin Azərbaycana yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da Küveyt Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Feysal əl-Mutairinin etimadnaməsini qəbul edib.

"Report" xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Dövlət başçısı ölkələr arasında çox fəal siyasi əlaqələrin genişləndiyini vurğulayaraq, Küveytə rəsmi səfərini məmnunluqla xatırladı. Prezident İlham Əliyev Azərbaycan-Küveyt qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirdi və bunun üçün yaxşı imkanların olduğunu dedi.

Prezident İlham Əliyev Küveytin yüksək səviyyədə nümayəndə heyəti ilə COP29-da təmsil olunmasının və bu tədbir çərçivəsində Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah ilə görüşünü məmnunluqla xatırladı.

Dövlətimizin başçısı səfirə fəaliyyətində uğurlar arzuladı.

Xoş sözlərə görə minnətdarlığını ifadə edən səfir Azərbaycan Prezidentinin qəbulunda olmaqdan böyük fəxr hissi keçirdiyini bildirərək, Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabahın və Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Həməd əl-Sabahın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Küveyt Dövlətinin Əmirinə və Vəliəhdinə çatdırmağı xahiş etdi.

Səfir təyyarə qəzası nəticəsində həlak olanlarla bağlı bir daha Küveyt Əmirinin başsağlığını çatdıraraq, yaralananların tezliklə şəfa tapmasını arzuladı.

O, COP29-un yüksək səviyyədə təşkilinə və əldə olunmuş nailiyyətlərə görə Azərbaycana və dövlətimizin başçısına təbriklərini çatdırdı.

Söhbət zamanı siyasi münasibətlərin çox yaxşı səviyyədə olması, iqtisadi, ticarət və sərmayə sahələrində əlaqələrin inkişafı, hökumətlərarası komissiyanın iclasının keçirilməsi və iki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin aparılması məmnunluqla vurğulandı.

Azərbaycan ilə Küveytin beynəlxalq təşkilatlar çərçivəsində yaxından əməkdaşlığına toxunuldu, ölkələrin daim bir-birini dəstəklədiyi bildirilərək, bu xüsusda BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, OPEC+ formatında əməkdaşlıq qeyd olundu. Eyni zamanda, Azərbaycanın Ərəb Dövlətləri Liqası və Körfəz Əməkdaşlıq Şurası ilə də əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyi bildirildi.

Görüşdə son dövrlərdə qarşılıqlı turizmin və insanlararası təmasların daha da genişlənməsi məmnunluqla qeyd olundu.

15:18

Prezident İlham Əliyev yanvarın 10-da Küveytin Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Feysal əl-Mutairinin etimadnaməsini qəbul edib.

“Report” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Paylaş

Xəbər lenti

Ağdam şəhərinə daha 417 nəfər köçüb Bu gün, 08:48 ABŞ İranın raket buraxılış məntəqələrinə zərbələr endirib Bu gün, 08:48 Alyona Əliyeva Rüqəyya Babaxanın "Ruhun müxtəlif üzləri" adlı fərdi sərgisindən paylaşım edib Bu gün, 08:48 Bakıda bir sıra yollarda tıxac var Bu gün, 08:48 "Ağıllı şəhər" və "Yaşıl zona" vizyonu WUF13-də bütün dünyaya nümayiş edildi - VİDEO Bu gün, 08:48 Ödənişli yolda AĞIR QƏZA: Sükan arxasında yuxulayan qadın avtomobili aşırtdı Bu gün, 08:48 Xətai rayonunda fövqəladə vəziyyət: Evlərin altında torpaq çökür Bu gün, 08:48 Pezeşkian: Əli Xamenei ABŞ ilə danışıqlara qarşı olmayıb Bu gün, 00:48 Leylan Nəsirovaya yeni vəzifə verildi Bu gün, 00:48 "Ağıllı şəhər" və "Yaşıl zona" vizyonu WUF13-də bütün dünyaya nümayiş edildi Bu gün, 00:48 Ermənistanda bir partiya seçkidə iştirakdan geri çəkildi Dünən, 23:48 Bakı-Tbilisi qatarının sərnişini: Gürcüstandakı soydaşlarımızı görmək üçün çox əziyyət çəkirdik Dünən, 23:48 Azərbaycanda iki rəis vəzifəsindən azad olundu Dünən, 23:48 İlham Əliyev: "Yeni fabriklər qurulmalıdır və mən investorları buna dəvət edirəm" Dünən, 23:48 Dövlət başçısı: "Azad edilmiş torpaqları istisna etsək, bu gün ölkə üzrə qazlaşmanın səviyyəsi 96 faizdir" Dünən, 22:48 İran rəsmiləri Qətərə yollandılar: ABŞ ilə mümkün sülh müqaviləsi müzakirə olunacaq Dünən, 22:48 Qəzalı binaların təşviş içərisində yaşayan sakinləri - "Cənazəm niyə belə evdən çıxsın?!" Dünən, 22:48 WUF13-ün beynəlxalq mediada yaratdığı geniş əks-səda davam edir Dünən, 22:48 Mayda uşaqlar üçün gizli təhlükə - Valideynlərə XƏBƏRDARLIQ Dünən, 22:48 İqor Babuşkin Mehriban Əliyevanı Müstəqillik Günü münasibətilə təbrik edib Dünən, 22:48 İran zənginləşdirilmiş uranı Çinə verə bilər Dünən, 22:48 Cəlilabadda bir neçə yaşayış məntəqəsi qazsız qalıb Dünən, 22:48 Rumıniya Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib Dünən, 21:48 Bir zamanlar dəyəri yox idi, indi isə yüz milyonlarla dollar edir: Ən sirli pul kisələrindən biri yenidən aktiv oldu Dünən, 21:48 Gəncə Memorial Kompleksində işıqlandırma niyə işləmir? - Rəsmi AÇIQLAMA Dünən, 21:48 Keniya Prezidenti: Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram Dünən, 21:48 "Milan"dan sensasion qərar - Dörd ayrılıq birdən Dünən, 21:48 Prezident: "Biz nəinki özümüzü, hətta bir çox ölkələri azot gübrələri ilə təmin edirik" Dünən, 21:48 Dövlət başçısı: "Subsidiya veririk və 10 il bu davam edir, belə olmaz" Dünən, 21:48 İlham Əliyev: "May ayında Bakıda belə yağışın yağmasını mən xatırlamıram" Dünən, 21:48 Naxçıvanın bir sıra şəhər və rayonlarında işıq olmayacaq Dünən, 20:48 Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacaq Dünən, 20:48 Tokayev: Azərbaycan dünya arenasında nüfuzunun artırılmasında böyük uğurlar qazanıb Dünən, 20:48 Qurbanlıq heyvan almaq çətinləşir? – QİYMƏTLƏR Dünən, 20:48 Maya Sandu Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb Dünən, 19:48 Lukaşenko: Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm Dünən, 19:48 Türkiyənin məşhur brend markası "ATASAY" Azərbaycanda! Dünən, 19:48 Azərbaycan Prezidenti Pakistandakı terror aktını pisləyib Dünən, 19:48 Tiranada Albaniya Həmkarlar İttifaqları Konfederasiyasının 35 illiyi qeyd olunub Dünən, 19:48 Saqqız çeynəməyin beyinə təsiri hamını təəccübləndirdi Dünən, 19:48 İlham Əliyev Si Cinpinə başsağlığı verib Dünən, 19:48 Kamran Əsədovun məhkəməsi keçirilib Dünən, 18:48 Xaricdə Azərbaycana qarşı casusluq edən şəxsə AĞIR CƏZA Dünən, 18:48 Azərbaycanda aqrar informasiya-məsləhət sistemi formalaşdırılacaq Dünən, 18:48 Azərbaycanda bu şəxslərə pulsuz mənzillər veriləcək Dünən, 18:48 Azərbaycan Prezidenti Pakistanın Baş nazirinə başsağlığı verib Dünən, 18:48 Gürcüstan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib Dünən, 18:48 Süper güclərin rəqabəti kəskinləşdi: süni intellekt investisiyalarında rekord artım Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR