
Estoniya Xarici İşlər Nazirliyinin qlobal məsələlər üzrə vitse-kansleri Minna-Liyna Lind ATƏT-in xarici işlər nazirlərinin görüşü ərəfəsində Rusiya diplomatik idarəsinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın vizasının ləğv edilməsinə cavab olaraq Rusiyanın qara siyahısına daxil edilib.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə TASS-a Moskvadakı yüksək rütbəli mənbə məlumat verib.
"Bu qərar ötən ilin dekabr ayının əvvəlində Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın Malta vizasının ləğv edilməsi ilə əlaqədar Moskvadan Tallinə "salam”dır. Vizanın ləğv edilməsi Rusiya nümayəndə heyətinin ATƏT-in xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün uçuşundan bir gün əvvəl məlum olub", - o bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.