7-10-2022, 18:42 835

Səbinə Əliyeva Ermənistan Ombudsmanının əsassız iddialarına cavab verib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan Ombudsmanının əsassız iddialarına cavab verib.

Bu barədə "Report"a Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, Ermənistan Ombudsmanının Azərbaycanda erməni əsirlərə işgəncə verilməsi ilə bağlı iddiaları Ermənistanın həqiqəti gizlətməyə, həmin ölkənin ənənəvi siyasətinə məxsus yalan məlumatlarla dünya ictimaiyyətinin çaşdırılmasına yönəlik növbəti addımıdır:

"Bununla bağlı bildiririk ki, Ombudsman Səbinə Əliyeva və Aparatın nümayəndələri beynəlxalq konvensiyaların tələbləri rəhbər tutulmaqla erməni əsirlərə və azad edilmiş ərazilərimizdə saxlanılaraq istintaqa təhvil verilmiş hərbi dəstə üzvlərinə bir neçə dəfə baş çəkiblər. Həmin başçəkmələr zamanı milli qanunvericiliyə və beynəlxalq hüquqa əsasən malik olduqları hüquqlar əsirlərə öz dillərində izah edilib. Həmin Ermənistan vətəndaşları saxlanma şəraiti və rəftardan şikayət etməyiblər. Habelə onlar üçün beynəlxalq standartlara uyğun səviyyədə tibbi xidmətin təşkil olunduğu, ailə üzvləri ilə telefon əlaqəsi saxlamağa şərait yaradıldığı müəyyən edilib. Ombudsmanın bu başçəkmələri ilə əlaqədar beynəlxalq təşkilatlara hesabatlar da təqdim olunub.

Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən Ermənistanın cari ilin sentyabrın 12-də başlatdığı son genişmiqyaslı təxribatlardan sonra əsir düşmüş erməni hərbi qulluqçulara da başçəkmə keçirilib, onlara hüquqları izah edilib. Fərdi şəkildə qəbul edilmiş həmin şəxslər də saxlanma şəraiti və rəftardan narazılıq etməyiblər.

Ombudsmanın həyata keçirdiyi başçəkmələrin nəticələrinə əsasən Azərbaycanda Ermənistan əsirlərinə münasibətdə beynəlxalq humanitar hüququn tələblərinə uyğun insani yanaşma sərgiləndiyi müşahidə edilib.

Əsirlər Ermənistana qaytarıldıqdan sonra isə Azərbaycanda onlara qarşı işgəncələrin olması, habelə bəzi şəxslərin əsir və girov götürülərək qətlə yetirilməsi kimi yanlış iddiaların tirajlanmasını dünya ictimaiyyətinin diqqətini Ermənistanın törətdiyi cinayətlərdən yayındırmaq cəhdi kimi qiymətləndiririk.

Qeyd etmək istərdik ki, hələ Vətən müharibəsinin gedişində tərəfimizdən erməni əsirlərin hüquqlarının təmini vəziyyətinin monitorinqi məqsədilə bu cür başçəkmələr keçirilsə də, xüsusilə Azərbaycanın yaralı hərbi əsirlərinə qarşı qeyri-insani münasibət göstərildiyini sübut edən videoların yayılmasından sonra belə Ermənistanın Ombudsman təsisatı tərəfindən həmin şəxslərin hüquqlarının təmini vəziyyətinin monitorinqi üçün bir dəfə də başçəkmə keçirilmədi.

Buna baxmayaraq, Ermənistan əsirliyində olmuş hərbi qulluqçularımız və 2014-cü ildən Ermənistan tərəfindən girov götürülmüş azərbaycanlı mülki şəxslər Şahbaz Quliyev və Dilqəm Əsgərov ölkəmizə qaytarıldıqdan dərhal sonra Azərbaycan Ombudsmanı onlarla görüş keçirib və fərdi söhbətlər zamanı həmin şəxslər bir sıra işgəncə hallarına, qəddar və qeyri-insani davranışa məruz qaldıqlarını bildiriblər. İfadələrdə əsirlikdə olduqları müddətdə onlara lazımi tibbi xidmətin göstərilməməsi, tibb heyəti tərəfindən qeyri-insani münasibətə məruz qalmaları da qeyd olunub. Bu faktlar sənədləşdirilməklə Ombudsman tərəfindən hesabat şəklində hazırlanaraq beynəlxalq təşkilatlara göndərilib. Bundan başqa, adıçəkilən iki azərbaycanlı mülki şəxslə bərabər işğal altında olmuş Kəlbəcərdə girov götürülmüş və ermənilər tərəfindən ağır işgəncələrə məruz qalaraq qətlə yetirilmiş Həsən Həsənovla bağlı ekspertiza rəyi və reallığı əks etdirən fotolar da həmin hesabata əlavə edilib.

Eyni zamanda, müharibə dövründə azərbaycanlı əsirlərə işgəncə verilməsi, cəsədlərin zorakılığa məruz qalması, yandırılması, təhqir edilməsi halları ilə bağlı da həm kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayımlanmış, həm də əldə edilmiş digər sübutlara əsaslanan materiallar da tərəfimizdən dəfələrlə diqqətə çatdırılıb. Bununla bağlı məlumatlar mütəmadi olaraq Ombudsmanın rəsmi internet səhifəsi, sosial şəbəkə hesabları və mətbuatda işıqlandırılıb, hazırlanmış hesabatlar aidiyyəti beynəlxalq ünvanlara təqdim edilib.

Onu da xatırlatmaq istərdik ki, Ermənistan tərəfi bugünədək Birinci Qarabağ müharibəsində əsir və itkin düşmüş, girov götürülmüş dörd minə yaxın azərbaycanlı ilə bağlı məlumat verməkdən yayınır. Həmin şəxslərin məruz qaldıqları işgəncələrə dözməyərək vəfat etməsi, qətlə yetirilməsi, kütləvi şəkildə dəfn edilməsinə dair sübutlar var. Torpaqlarımız işğaldan azad edildikdən sonra həmin ərazilərdə kütləvi məzarlıqların aşkar edilməsi, orada dəfn edilmiş mülki şəxslərin və hərbçilərin işgəncəyə məruz qaldığını təsdiq edən faktlar da bunun bariz göstəricisidir.

Bu baxımdan, çoxsaylı cinayət əməllərinə yol vermiş və hələ də bu halları davam etdirən Ermənistan tərəfinin erməni əsirlərə qarşı Azərbaycanın humanist rəftarını əksinə təqdim etməyə cəhd göstərməsini bir daha Ermənistanın hər zaman olduğu kimi həqiqətləri təhrif etməklə dünya ictimaiyyətini çaşdırmaq və törətdiyi cinayətləri gizlətmək cəhdi kimi qiymətləndiririk.

Yaxşı olardı ki, Ermənistan Ombudsmanı bu cür yanlış məlumatlar yayaraq dünya ictimaiyyətini çaşdırmaq, Azərbaycan Ombudsmanının hesabatlarını plagiatlaşdırmaq əvəzinə dörd minə yaxın itkin düşmüş azərbaycanlının taleyinə aydınlıq gətirilməsinə çalışsın, bununla da, sülhə və insan hüquqlarının təmininə dəstək versin".

Paylaş

Xəbər lenti

Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakim açıqladı Bu gün, 11:48 NETTY 2026 ərizə qəbulu elan edilib Bu gün, 11:48 Nostradamusun 2027-ci il proqnozları üzə çıxdı - Müharibə, qızılın bahalaşması... Bu gün, 11:48 "İrşad" Zəfər sevincini "Şad Günlər"lə qeyd edir! Bu gün, 11:48 Gürcüstanda azərbaycanlı qardaşları öldürən şəxs yaxalandı Bu gün, 11:48 Bu şəxslər üçün yeni yaşayış evləri tikiləcək Bu gün, 11:48 Kamilo Durandan Azərbaycan bayrağı açan azarkeşə jest - ANBAAN VİDEO Bu gün, 11:48 Qobustanda göbələkdən zəhərlənənlərin son durumu Bu gün, 11:48 Azərbaycan əcnəbilər üçün bir sıra dövlət rüsumları müəyyən edir Bu gün, 11:48 Yol polisi bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət edib Bu gün, 11:48 Bu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək Bu gün, 11:48 Toy üçün qızıl almaq istəyənlərin NƏZƏRİNƏ - YENİ QİYMƏTLƏR Bu gün, 11:48 Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq? Bu gün, 11:48 ADY-yə məxsus nasosda problem yarandı, tuneli su basdı Bu gün, 11:48 Azərbaycanda vergi borclarına görə hesablanan faizlərin iki dəfə azaldılması təklif edilir Bu gün, 11:48 Şəhid ailələri ilə bağlı yeni güzəşt gündəmdə Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti 107 dollara yaxınlaşır Bu gün, 10:48 İşləməyə ehtiyacı olmayan şəxslər qeydiyyata alınacaqlar Bu gün, 10:48 Azərbaycanda kimlərin maaşları artacaq? - Komitə üzvü danışdı Bu gün, 10:48 Xınalıqda qarın hündürlüyü 15 santimetrə çatıb Bu gün, 10:48 Bakıda Azərbaycan və İtaliya hərbi ekspertlərinin iştirakı ilə təlim keçirilib Bu gün, 10:48 "Omid" Mağazalar Şəbəkəsinin rəhbəri həbs edildi Bu gün, 10:48 Gürcüstanın №1 daşınmaz əmlak şirkət Archi bir gündə mənzil satışları üzrə yeni rekorda imza atıb! Bu gün, 10:48 DTX-nin Akademiyasında Zəfər gününə həsr olunan elmi-praktiki konfrans keçirilib Bu gün, 10:48 Mingəçevirdə yük avtomobili bataqlıqda batıb, iki nəfər xilas edilib Bu gün, 10:48 Bakıda polkovnik avtomobili ilə qadını vurub öldürdü Bu gün, 10:48 Gəncədə evdən kişi meyiti tapılıb Bu gün, 09:48 Qızıl və gümüşün qiyməti UCUZLAŞDI Bu gün, 09:48 Azərbaycanda mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq Bu gün, 09:48 İnəkdən sağılan və balalarına içirdilən süd də uçota alınacaq - Yeni qərar Bu gün, 09:48 Azərbaycanlı ictimai və siyasi xadim Heydər Camalın doğum günüdür Bu gün, 09:48 Fatmayıda partlayış olub, iki nəfər xəsarət alıb Bu gün, 09:48 Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq Bu gün, 09:48 Azərbaycanlı xanəndənin həyat yoldaşı bu səbəbdən həbs edildi Bu gün, 09:48 Azərbaycan Premyer Liqasında XI tura start verilir Bu gün, 09:48 Quba və Qusarın dağlıq ərazilərinə qar yağıb Bu gün, 08:48 Bakıda bu ünvanlarda işıq olmayacaq Bu gün, 08:48 UEFA Avropa Liqası: "Trabzonspor" öz meydanında, "Beşiktaş" isə səfərdə uduzdu Bu gün, 08:48 Türkiyənin sabiq naziri həbs edildi Bu gün, 08:48 Beynəlxalq axtarışda olan Elmir Nuriyev Almaniyadan Azərbaycana gətirilib Bu gün, 08:48 Denis Şmıqal: Azərbaycan şirkətlərinin Ukraynanın bərpasında iştiraka dəvət edirik Bu gün, 00:48 Nazir: Azərbaycandan Ukrayna vasitəsilə Avropaya gedəcək logistika yollarını hazırlamaq lazımdır Bu gün, 00:48 Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib Bu gün, 00:48 Sabah Bakının bəzi ərazilərində işıq olmayacaq Bu gün, 00:48 6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür Bu gün, 00:48 Rezai: Putin ABŞ-İran münaqişəsini bitirmək üçün hər şey edəcək Dünən, 23:48 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi Dünən, 23:48 Mingəçevirdə usta iş başında öldü Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR