24-01-2025, 12:36 436

İslamabadda Azərbaycan-Pakistan arasında siyasi məsləhətləşmələr keçirilib

İslamabadda Azərbaycan-Pakistan Birgə Komissiyasının səkkizinci iclası keçirilib.

"AVESTA.AZ" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov yanvarın 23-24-də Pakistanda səfərdə olub.

İslamabad şəhərində yanvarın 23-də Azərbaycan ilə Pakistan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin dördüncü raundu keçirilib. Azərbaycan nümayəndə heyətinə Elnur Məmmədov, Pakistan tərəfinə isə xarici işlər nazirinin müavini Amna Baloç başçılıq ediblər.

Məsləhətləşmələr zamanı siyasi, iqtisadi, ticarət, kənd təsərrüfatı, təhsil, mədəniyyət, energetika, turizm və digər sahələrdə əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparılıb. Müxtəlif, o cümlədən yüksək səviyyələrdə qarşılıqlı səfərlərin əhəmiyyəti, onun ikitərəfli əlaqələrin bir çox sahələrinə müsbət təsiri qeyd olunub.

Müzakirələr çərçivəsində, 2024-cü ildə Prezident İlham Əliyevin Pakistana dövlət səfəri və səfər çərçivəsində imzalanan ikitərəfli razılaşmalar, həmçinin Baş nazir Məhəmməd Şahbaz Şərifin Bakıda keçirilən COP29-un Liderlər Sammitində iştirakı dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Pakistan əlaqələrinin dinamik inkişafında yeni mərhələ kimi dəyərləndirilib. Hər iki tərəf münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə edib.

E.Məmmədov Azərbaycanın sülh gündəliyi, Ermənistanla normallaşma prosesi, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri və investisiya layihələri haqqında ətraflı məlumat verib. Görüşdə tərəflər həmçinin beynəlxalq platformalarda əməkdaşlıq, regional məsələlər və digər qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Azərbaycanın xarici işlər nazir müavini Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Mohammad İshaq Dar tərəfindən qəbul edilib. Görüş zamanı iki ölkə arasında strateji əməkdaşlığın inkişaf etdirilməsinin önəmi, qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyəti və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

E.Məmmədov yanvarın 24-də isə Azərbaycan Pakistan Birgə Komissiyasının səkkizinci iclasında iştirak və çıxış edib.

Paylaş

Xəbər lenti

"Bakı Metropoliteni"ndə hərəkət interval bərpa olunub Bu gün, 09:48 Paytaxtın bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb Bu gün, 09:48 Bakıda TDT Müsəlman dini liderlərinin 7-ci Görüşü keçirilir Bu gün, 09:48 Yol polisi yeni tədris ilinin başlanılması ilə bağlı hərəkət iştirakçılarına müraciət edib Bu gün, 09:48 Allahşükür Paşazadə: Türk xalqları xoş və çətin anlarda əsl qardaşlıq nümunəsi göstərirlər Bu gün, 09:48 Çandra 6 qalaktikada 84 sirli rentgen mənbəyi aşkarlayıb Bu gün, 00:48 Revolut müştərilərinin məlumatları dələduzların əlinə keçib Dünən, 23:48 Bu qidaları yedikdən sonra yuxunuz gələ bilər Dünən, 23:48 Sentyabrda yeni münasibət yaşayacaq BÜRCLƏR Dünən, 23:48 Su 3,1 milyard il əvvəl vulkan püskürmələrinə səbəb olub Dünən, 22:48 İraq İranla sərhəddə 3 keçidi yenidən açır Dünən, 22:48 Həkim çörəyin ən zərərli növünü açıqladı Dünən, 22:48 5G problemi kənd sakinlərini qəzəbləndirdi: Texniki işçini qülləyə bağladılar Dünən, 21:48 Yalçın Rəfiyev iqlim fəaliyyətini irəli aparmaqdan bəhs edib Dünən, 21:48 Azərbaycanın "Elit polo club" komandası "Sea Breeze 2026" beynəlxalq turnirinin qalibi olub Dünən, 21:48 İçkidən sonra yaddaşınız silinirsə, səbəbi budur Dünən, 21:48 "Sea Breeze 2026" beynəlxalq turnirinin mükafatlandırma mərasimi keçirilib Dünən, 20:48 Əməliyyatsız sinə böyütmək istəyənlərin diqqətinə: Dolğularla bağlı mühüm xəbərdarlıq Dünən, 20:48 Kimi Antonelli İspaniya Qran-prisinin qalibi oldu Dünən, 20:48 Göz ətrafındakı sarı ləkələr infarkt riskini 3 dəfə artırır Dünən, 20:48 Boris Conson və Aİ rəsmiləri Ukraynada dron hücumunun hədəfinə yaxın olublar Dünən, 19:48 "Turan Tovuz" və "Araz-Naxçıvan"dan 4 qolluq heç-heçə Dünən, 19:48 ### Çoxuşaqlı ailə meyarı dəyişdirilə bilər: 3 uşaqlı ailələrə də güzəşt təklifi Dünən, 19:48 Azərbaycanda 3 600 il əvvələ aid döyüşçü məzarında nadir diorit toppuz başlığı və silahlar aşkarlanıb Dünən, 19:48 Vergi xidmətinin əməkdaşı vəfat etdi Dünən, 18:48 Bakıda sürücüləri narazı salan qayda: Giriş-çıxış artdıqca ödəniş də artır Dünən, 18:48 Bu küçədə təmir işləri həyata keçiriləcək Dünən, 18:48 Türkiyədə Cənubi Amerikadan gələn gəmidə 350 kq kokain aşkarlandı Dünən, 18:48 Türkiyənin tanınmış tekstil şirkəti 73 ildən sonra fəaliyyətini dayandırdı Dünən, 17:48 Süni intellekt sürətlə əmək bazarına daxil olur - Hansı peşələr sıradan çıxacaq? Dünən, 17:48 Konqoda Ebola epidemiyasına görə 7 mindən çox yoluxma qeydə alınıb Dünən, 17:48 Kanada Aİ-yə assosiativ üzv olmaq istəyir Dünən, 17:48 Ərdoğan Suriyaya səfər edəcək? – Hakan Fidan açıqladı Dünən, 17:48 Polis sosial şəbəkədə porno video yaymaqda şübhəli bilinən şəxsləri saxlayıb Dünən, 16:48 Litvada ilk dəfə ölkə üzrə hava hücumundan xəbərdarlıq siqnalları işə düşüb Dünən, 16:48 İran və Ermənistan sərhəddə "yaşıl" gömrük dəhlizi yaradırlar Dünən, 16:48 Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb Dünən, 16:48 Mingəçevirdə binada yanğın olub, zəhərlənənlər var Dünən, 16:48 Lənkəran-Astaraya leysan yağıb - FAKTİKİ HAVA Dünən, 15:48 Sabah çimərliklərdə suyun temperaturu 25 dərəcə olacaq Dünən, 15:48 İlqarə necə arıqladığını açıqladı Dünən, 14:48 Məşhur aktyor alkoqol asılılığından necə xilas olduğunu açıqladı Dünən, 14:48 Venesiya Film Festivalının qalibləri bəlli oldu - SİYAHI Dünən, 13:48 Konqoda Ebola epidemiyası: Yoluxanların sayı 7 mini keçdi Dünən, 13:48 "Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürür Dünən, 13:48 Bu gün Səbuhi Əhmədovun şəhadətindən dörd il keçir Dünən, 13:48 Husilər Səudiyyə Ərəbistanındakı hərbi bazaya hücum etdiklərini açıqladı Dünən, 13:48 İndoneziyada gəmidə 1 nəfər öldü, 103 sərnişin xilas edildi Dünən, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR