25-01-2025, 00:30 353

“Anam su içəndə də deyirdi ki, yox, İravanın suyu tam başqadır” - Qərbi Azərbaycan Xronikası

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

“Report” xəbər verir ki, “Nənəmin və babamın ürəyində həmişə İrəvan kimi ağrı olub” adlı veriliş əslən İrəvan şəhərindən olan Qərbi azərbaycanlı Fəridə Səfiyevanın həyat hekayəsinə həsr olunub.

O, Bakıda dünyaya göz açsa da, ailəsinin İrəvan əsilli olduğunu deyib: “Anamgilin böyük bağları var idi və uzun müddət şəhərin lap mərkəzində, indi İrəvanın baş meydanı tərəfdə evləri olub. Sonradan atası Gedərçayın ətrafında olan Azərbaycan məhəllələrində böyük bir imarət tikdirib və onlar orada məskulaşıblar. Həmişə anamın, nənəmin, babamın ürəyində İrəvan həsrəti, ağrısı olub. Uşaqlıqdan yadımdadır, anam su içəndə də deyirdi ki, İravanın suyu tam başqadır. Meyvə yeyəndə deyirdilər, İravanın meyvəsi tam başqadır. Mən orta məktəbdə oxuyanda hər il İrəvana yay tətilinə gedirdim. Babam uzun müddət İrəvanda prokurorluq sistemində işləyib. Lakin ermənilər ona şər atıblar və müharibə dövründə Sibirə sürgünə göndərilib. Nənəm müharibə dövründə 5 övladını çox çətinliklə saxlayıb”.

Onun sözlərinə görə, ana və dayıları Axundov adına məktəbdə, Azərbaycan mühitində oxuyublar: “Nənəm, babam o vaxt danışırdılar ki, İrəvanda erməni adında küçə yox idi. Hamısı Azərbaycan küçəsi idi. Küçələrin adı Azərbaycan adları idi. İnsanlar, ətraf tamamilə azərbaycanlılar idi. Müharibədən sonrakı dövrdə ermənilərin planlı şəkildə İrəvana məskunlaşdırılması vəziyyəti xeyli dəyişdirdi”.

İrəvan əsilli Qərbi azərbaycanlı bildirib ki, Stalinin ölümündən sonra, 1953-cü ildə babası Sibirdən sürgündən qayıdıb: “Ermənilər babama İrəvanda iş verməyiblər. Ondan sonra babam ailəsini də götürüb 1956-cı ildə Bakıya köçməyə məcbur olub. Lakin qoca nənəm 1988-ci ilədək İrəvanda yaşayırdı və şəhəri tərk etmək istəmirdi. Deportasiyaya məruz qalan qohumlarımız çox idi. Onların bəziləri çox çətinliklə Şəmkir tərəfə gedib, sonradan Bakıya gəlmişdilər”.

F.Səfiyeva sonda Vətən həsrətinin ağrılı olduğunu vurğulayıb: “Nənəmin həmişə xısın-xısın ağladığını görəndə başa düşürdüm ki, doğma yurddan ayrılmaq nə deməkdir. Vətəni görə bilməmək ağır dərddir. Qarabağ alınandan sonra hər bir azərbaycanlının içində Qərbi Azərbaycana dönmək istəyi yaranıb. İndi hər bir azərbaycanlının ürəyində ümid, böyük inam var ki, biz tezliklə ana, ata, baba torpaqlarımıza mütləq qayıdacağıq. Əminəm ki, ayağımı o torpağa yenə qoyacam, Gedərçayın o gözəl şırıltısını eşidəcəm, o torpaqdan bir ovuc gətirib əzizlərimin qəbirləri üstünə tökəcəm”.

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır..

Paylaş

Xəbər lenti

Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib Bu gün, 15:48 Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib Bu gün, 15:48 Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48 Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48 ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu Bu gün, 13:48 Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi Bu gün, 13:48 El-Ninyo 1950-ci ildən bəri ən güclü həddə çata bilər Bu gün, 13:48 Qan analizi verənlərə xəbərdarlıq: Şəkərsiz qəhvə də nəticələri dəyişə bilər Bu gün, 13:48 Ceyhun Bayramov: Azərbaycan və Estoniya arasında 8 sənəd üzərində iş aparılır Bu gün, 13:48 "İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar Bu gün, 12:48 Mincivanda hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edilib Bu gün, 12:48 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı Bu gün, 12:48 Bir sıra mallar bütün gömrük ödənişlərindən azad oluncaq Bu gün, 12:48 Azərbaycanda şənbə günü hava dumanlı olacaq Bu gün, 12:48 Beşinci mərtəbədən yıxılaraq ölən tələbə vəfatından əvvəl atasına nə deyib? Bu gün, 12:48 Avtoservisdə ustanın 5 min manatı oğurlandı - Müştəri saxlanıldı Bu gün, 12:48 Ali məktəbdə təhsil alan uşaqlar üçün aliment ödənişlərinin 23 yaşa qədər uzadılması təklif edilib Bu gün, 12:48 Bankdan kredit götürənləri SEVİNDİRƏCƏK XƏBƏR - Borclar... Bu gün, 11:48 Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib Bu gün, 11:48 JAECOO Ginnesin Rekordlar Kitabına düşdü: üç zirvə və yeni dünya rekordu Bu gün, 11:48 İsa Həbibbəyli: Qafqaz Albaniyasının tarixi ilə bağlı araşdırmalar genişləndiriləcək Bu gün, 11:48 Milli Məclisin iclası başlayıb, 10 məsələ müzakirə ediləcək Bu gün, 11:48 Vüqar Bayramov: Zəngəzur dəhlizinin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsi mümkündür Bu gün, 11:48 Ali Məhkəmə: Körpənin doğuşda ölümü ilə bağlı cinayət işində pozuntu var Bu gün, 11:48 Məleykə Abbaszadə C bloku ilə bağlı məsələni nəzarətə götürüb, işçi qrupu yaradılıb Bu gün, 11:48 Sənədsiz evlərlə bağlı VACİB XƏBƏR: Yeni qərar nəyi dəyişəcək? Bu gün, 11:48 Türkiyədə "Halk TV"yə qarşı əməliyyat - Ece Üner və əri saxlanıldı Bu gün, 11:48 DMX-dən Azərbaycana gələn Rusiya vətəndaşlarına XƏBƏRDARLIQ Bu gün, 10:48 Ağsuda 7 yaşlı uşağın üzərinə ağac düşməsi nəticəsində ölüb Bu gün, 10:48 AAYDA: Hacıqabul–Mincivan yolunda icazəsiz giriş-çıxış yolu təşkil edilib Bu gün, 10:48 Azərbaycanda yükdaşımalarla bağlı yeni maliyyə sanksiyası və vergi-gömrük güzəştləri müəyyənləşir Bu gün, 10:48 Səngəçalda yük avtomobillərin iştirakı ilə qəza olub, ölən var Bu gün, 10:48 Bu kəndlərdə modul tipli məktəb binaları quraşdırılacaq - 1,5 milyonluq LAYİHƏ Bu gün, 10:48 Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir? Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR