
ABŞ Prezidenti Donald Trump İsrail və Livan liderlərinin uzun fasilədən sonra yenidən bir araya gələcəyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, Trampın sözlərinə görə, iki ölkənin liderləri sabah görüş keçirəcək və bu, 34 ildən sonra ilk yüksək səviyyəli görüş olacaq.
Məlumata əsasən, ABŞ-nin vasitəçiliyi ilə İsrail və Livan arasında atəşkəs və danışıqlar prosesi 14 apreldə başlayıb. Vaşinqtonda ABŞ Dövlət Departamentində keçirilən görüş iki ölkə arasında uzun illərdən sonra ilk birbaşa təmas kimi qiymətləndirilir.
Tramp sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib ki, tərəflər arasında gərginliyin azaldılması və dialoqun bərpası üçün addımlar atılır.
Qeyd edək ki, son dövrlərdə İsrail və Livan arasında gərginlik artıb, qarşılıqlı hücumlar və hərbi əməliyyatlar nəticəsində ciddi insan itkisi və köç halları qeydə alınıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.