
Müğənni Alla Puqaçovanın Kiprdəki dəbdəbəli villasından köçmək fikrindən daşınıb.
BAKU.WS "Lenta.ru"ya istinadən xəbər verir ki, o əmlakı ilə bağlı yerləşdirdiyi elanı saytlarından sildirib.
Martda ifaçının Kiprdəki qeyri-sabit vəziyyətə görə sənətçinin villasını tərk edib, Bolqarıstana köçməyi planlaşdırdığı barədə məlumatlar yayılmışdı.
Villa yeni kirayəçilərə aylıq 1,4 milyon rubla (31 300 AZN) kirayəyə təklif olunurdu.
Lakin təklif hazırda əlçatan deyil.
Bundan əlavə, müğənninin yerini anasının ad günündə onu ziyarət etməyə gələn qızı Kristina Orbakaite açıqlayıb.
O, Kiprdəki evdən video paylaşıb.
Xatırladaq ki, müğənninin Moskvada Filippovski küçəsindəki evinin dəyəri 5 milyon dollardır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.