
Ötən gün Kahramanmaraşda məktəbə silahlı hücum edərək 9 nəfəri qətlə yetirən 14 yaşlı şagirdin cəsədi ərazidən zirehli maşınla uzaqlaşdırılıb.
BAKU.WS xəbər verir ki, yayılan görüntülərdə oradakı valideynlərin zirehli polis maşınına hücum edərək onu saxlamağa çalışdığı kadrlar əks olunub.
Çətin də olsa, hərbçilərin və polislərin müdaxiləsi ilə nəqliyyat vasitəsi ərazidən uzaqlaşa bilib.
Xatırladaq ki, ötən gün 14 yaşlı İsa Aras Mersinli atasına aid 5 tapança və 7 dolu daraqla orta məktəbə daxil olaraq 8 şagirdi və bir müəllimi qətlə yetirib.
Kahramanmaraş valisi Mükerrem Ünlüer də hadisənin təfərrüatları ilə bağlı açıqlamasında yeniyetmənin atasına məxsus xidməti silahlardan istifadə etdiyini təsdiqləyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.