27-01-2025, 13:51 478

Ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi “Baku Steel Company” QSC-nin (BSC) fəaliyyətinin əsas istiqamətlərindən biridir. Davamlı olaraq ekoloji layihələrə dəstək verən şirkət Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən mükafata layiq görülüb.

ETSN-in 2024-cü ildə ekoloji məsələlərin həllinə öz töhfələrini verən təşkilatları mükafatlandırdığı tədbirdə BSC “Yaşıl gələcək” platforması ilə keçirilən ağacəkmə aksiyalarında ən yaxşı tərəfdaş» nominasiyasının qalibi olub. Mükafatı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev təqdim edib.

Qeyd edək ki, BSC 2024-cü ildə, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) tədbirləri çərçivəsində, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində 2 ha ərazidə 1250 ədəd Azərbaycanın “Qırmızı Kitab”ına daxil olan Eldar şamı, eləcə də zeytun ağacı, Sumqayıt Kimya Sənaye Parkının ərazisində isə 500 ədəd şəmşir ağacı əkmişdi.

Şirkət əvvəlki illərdə də yaşıllıqların salınması ilə bərabər, digər ekoloji yönümlü layihələr həyata keçirib. Buna misal olaraq, 2024-cü ildə COP29 ərəfəsində BSC və “QGallery” bədii qalereyası birlikdə “Baku Steel Art 2024” adlı beynəlxalq metal simpoziumu təşkil edib. Simpoziumun keçirilməsində məqsəd incəsənət və metallurgiyanın ekoloji dəyişikliklər və davamlı inkişafın katalizatoru kimi çıxış edə biləcəyini nümayiş etdirmək idi. “Baku Steel Art 2024” simpoziumunun nəticəsi olaraq, 7 ölkədən (Azərbaycan, Gürcüstan, Türkiyə, Rumıniya, İsrail, Bolqarıstan, Hindistan) 12 rəssamın iştirakı ilə BSC-nin istehsal etdiyi məhsullarından və metal qırıntılarından hazırlanan incəsənət əsərlərinin sərgisi təşkil olunmuşdu.

BSC ekoloji məsuliyyət sahəsində həyata keçirdiyi layihələrlə yanaşı, bərpa olunan enerji təşəbbüslərinə də mühüm töhfə verir. Belə ki, COP29 çərçivəsində BSC və “Clean Energy Cəbrayıl” MMC günəş enerjisi təchizatı haqqında anlaşma memorandumu imzalayıb. Anlaşmaya əsasən, Cəbrayılın Soltanlı kəndində hər biri 50 MVt olan Şəms və Üfüq günəş enerjisi stansiyaları tikiləcək. “Clean Energy Cəbrayıl” MMC mövcud elektrik şəbəkəsi vasitəsilə BSC-nin istehsalat sahələrini bərpa olunan enerji ilə təchiz edəcək. Bu tərəfdaşlıq ölkəmizin yaşıl enerjiyə keçidini sürətləndirməyə öz töhfəsini verəcək.

BSC nəinki ekoloji məsələlərə həssaslıqla yanaşır, həmçinin istehsalat proseslərinin əksəriyyətini rəqəmsallaşdıraraq daha dayanıqlı, səmərəli və təhlükəsiz həllərlə Azərbaycan iqtisadiyyatında metallurgiya sənayesinin inkişafına dəstək olmağı hədəfləyir.

Paylaş

Xəbər lenti

Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Bu gün, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Bu gün, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Bu gün, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Bu gün, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Bu gün, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Bu gün, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Bu gün, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Bu gün, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Bu gün, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Bu gün, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Bu gün, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Bu gün, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Bu gün, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Bu gün, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Bu gün, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Bu gün, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Bu gün, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Bu gün, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Bu gün, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Bu gün, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Bu gün, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Bu gün, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Bu gün, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Bu gün, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Bu gün, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Bu gün, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Bu gün, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Bu gün, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Bu gün, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Bu gün, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Bu gün, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Bu gün, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Bu gün, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48 Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir Bu gün, 15:48 SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir Bu gün, 15:48 Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər Bu gün, 15:48 Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR