
Vətəndaşın bank kartından 723 manat pulu kiber üsulla talayan şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
Bu barədə "Report"a DİN-in Mətbuat xidmətindən bildirilib.
Polisin keçirdiyi əməliyyat-texniki tədbirlərlə 1999-cu il təvəllüdlü Orxan Quliyev saxlanılaraq istintaqa cəlb edilib.
Araşdırmalar davam etdirilir.
Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, polisə müraciət etmələri tövsiyə olunur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.