10-10-2022, 21:21 700

Antoni Blinken Prezident İlham Əliyevə zəng edib

Oktyabrın 10-da ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

"AVESTA.AZ" xəbər verir ki, telefon söhbəti zamanı ABŞ dövlət katibi Antoni Blinken son dövrlərdə keçirilmiş görüşləri davamlı sülh müqaviləsinə doğru müsbət addımlar kimi səciyyələndirib. Bu xüsusda Cenevrədə xarici işlər nazirləri və Praqada liderlər səviyyəsində keçirilmiş görüşlərin əhəmiyyətini vurğulayıb. Dövlət katibi, həmçinin ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın təşəbbüsü ilə Ağ evdə Azərbaycan və Ermənistan nümayəndələri arasında keçirilmiş görüşün əhəmiyyətini qeyd edib. Azərbaycan tərəfindən 17 erməni əsirin geri qaytarılmasını müsbət addım kimi dəyərləndirən A.Blinken ABŞ-ın sərhədlərin delimitasiyası, nəqliyyat xətlərinin açılması və itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi, həmçinin digər humanitar məsələlərin həllində dəstək göstərməyə hazır olduğunu bildirib.

Dövlət katibi, eyni zamanda, konkret vaxt çərçivəsində sülh müqaviləsi üzrə danışıqların aparılmasının əhəmiyyətinə toxunub, Qarabağda yaşayan etnik erməni sakinlərin hüquqlarının və təhlükəsizliyinin təmin olunması üzrə müzakirələri təqdir edib. Antoni Blinken Azərbaycanda kütləvi məzarlığın aşkar olunduğunu qeyd edib, bununla əlaqədar dövlətimizin başçısına başsağlığı verib.

Öz növbəsində Prezident İlham Əliyev Cenevrədə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasında keçirilmiş birinci ikitərəfli görüşü müsbət qiymətləndirib. Dövlətimizin başçısı, həmçinin Praqada keçirilmiş görüş nəticəsində qəbul edilmiş bəyanatın sülh prosesinə töhfə verəcəyinə ümidvar olduğunu ifadə edib. Prezident İlham Əliyev inandığını bildirib ki, əgər Ermənistan siyasi iradə nümayiş etdirərsə, bu ilin sonunadək sülh müqaviləsi imzalana bilər.

Dövlətimizin başçısı, eyni zamanda, həm Antoni Blinkenin, həm də Ceyk Sallivanın təşəbbüsü ilə Azərbaycanla Ermənistan nümayəndələri arasında keçirilmiş görüşlərə toxunub, bunu sülhə doğru atılmış addımlar kimi qiymətləndirib. Azərbaycan Prezidenti Birinci Qarabağ müharibəsindən sonra 3900-dən çox soydaşımızın itkin düşmüş şəxs hesab olunduğunu xatırladıb, Ermənistanın kütləvi məzarlıqların yeri barədə məlumat verməsinin vacibliyini qeyd edib. Prezident İlham Əliyev ABŞ dövlət katibindən öz imkanlarından istifadə edərək bu məsələnin həllinə nail olunmasına kömək göstərməsini xahiş edib. Dövlətimizin başçısı deyib ki, Beynəlxalq Qızıl Xaç Komitəsində şahidlərin ifadələri və digər məlumatlar əsasında bəzi kütləvi məzarlıqların yerləri haqqında müəyyən məlumatlar var.

Telefon danışığında Azərbaycan-Ermənistan əlaqələrinin gələcək inkişafı ilə bağlı müzakirələr də aparılıb.

Paylaş

Xəbər lenti

Ajda Pekkan bu geyimdə yallı getdi Dünən, 23:48 Meyvə, yoxsa meyvə qurusu: Hansı daha faydalıdır? Dünən, 23:48 Payızda turistlərin ən çox getdiyi ŞƏHƏRLƏR Dünən, 23:48 Kremldən Putin və Trampın gizli danışığı ilə bağlı zarafat Dünən, 22:48 Çağatay Ulusoy ata yurdunda - ailəsi ilə FOTOSU Dünən, 22:48 Avropa İttifaqı Rusiya vətəndaşları üçün viza qaydalarını sərtləşdirə bilər Dünən, 22:48 İran ABŞ-nin BƏƏ və Hörmüz boğazı ətrafındakı obyektlərini hədəfə ala biləcəyini açıqlayıb Dünən, 21:48 Kiyevdə Cənub körpüsünə dron əleyhinə torlar quraşdırılıb Dünən, 21:48 Amerikan kəşfiyyat təyyarəsi Krım yaxınlığında görüntülənib Dünən, 21:48 İpoteka kreditləri artır, mənzil bazarında hansı risklər yaranır? Dünən, 20:48 Zelenski seçki keçirməyə razıdır: 60 günlük atəşkəs şərti qoydu Dünən, 20:48 Roma Papası ağciyərindəki törəməyə görə əməliyyat olunacaq Dünən, 20:48 Tramp Rusiya və Ukraynanın enerji atəşkəsinə razılaşdığını açıqlayıb Dünən, 20:48 Premyer Liqa: "Qarabağ" "İmişli"yə qalib gəlib Dünən, 19:48 Qırmızı dənizdə miqrantları daşıyan gəmi batıb: 109 nəfər ölüb Dünən, 19:48 Messi millidən qələbə ilə ayrıldı, Ronaldunun 7 nömrəli forması əlindən alındı Dünən, 19:48 Avtomobil yollarında görünüş məsafəsi MƏHDUDLAŞACAQ Dünən, 19:48 Ferstappen Sinqapur Qran-prisinin qalibi olub Dünən, 19:48 Fastfudun təhlükəsiz istehlak norması açıqlanıb Dünən, 18:48 Kabildə keçirilən sərgidə 400 milyon dollarlıq sazişlər imzalanıb Dünən, 18:48 Biləsuvarda bir neçə avtomobil toqquşdu: Ölən var Dünən, 18:48 Sabah Culfanın 13 kəndində işıq olmayacaq Dünən, 18:48 Heyvanlara işgəncəyə görə hansı cəzalar nəzərdə tutulur? Dünən, 17:48 Azərbaycanın boks millisi Avropa çempionatında daha bir medal qazanıb Dünən, 17:48 Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib Dünən, 17:48 Pakistan ordusu Əfqanıstan sərhədində 12 silahlını zərərsizləşdirib Dünən, 17:48 Tovuzda qadın dəm qazından boğularaq öldü Dünən, 16:48 Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb Dünən, 16:48 Həkim dərmandan ZƏHƏRLƏNDİ Dünən, 16:48 Əməkdar jurnalist vəfat edib Dünən, 16:48 Stiven Siqal dördüncü həyat yoldaşından ayrılıb Dünən, 15:48 ABŞ qırıcısı yük gəmisini belə vurdu: CENTCOM-dan açıqlama Dünən, 15:48 Otağa icazəsiz daxil olmaq üstündə mübahisə: Əkiz qardaşlardan biri bıçaqlandı Dünən, 14:48 Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar Dünən, 14:48 Türkiyədə əməliyyat: 73 nəfər həbs edildi Dünən, 13:48 "Sabah" - "Slaviya" oyununu avstriyalı baş hakim idarə edəcək Dünən, 13:48 İrəvanda atışma: İki nəfər yaralanıb Dünən, 13:48 29 yaşlı şəxsin meyiti həyətindəki yarımtikilidə tapıldı Dünən, 13:48 Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur? Dünən, 12:48 Fərid Qayıbov: Sevindirici haldır ki, bizim də ultramarafonçularımız var Dünən, 12:48 Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub Dünən, 12:48 Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub Dünən, 12:48 Qazaxda Gürcüstan vətəndaşı olan 73 yaşlı TIR sürücüsünün meyiti tapılıb Dünən, 12:48 Yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ Dünən, 12:48 "Yandex"in data mərkəzinə növbəti PUA hücumu - Xidmətlər dayandı Dünən, 11:48 25 yaşlı azərbaycanlı Polşada vəfat etdi Dünən, 11:48 Xəyalə "Aşk-ı Memnu"dakı malikanədə ağladı Dünən, 11:48 Beyləqanda avtomobil elektrik dirəyinə çırpılıb, cərəyan sürücünü vuraraq öldürüb Dünən, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR