
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında növbəti əməliyyatlar keçirib.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, yanvarın 29-dan fevralın 8-dək keçirilən əməliyyatlarda PKK terror təşkilatının 11 üzvü öldürülüb.
Onlardan yeddisi Qara, dördü isə Hakurk bölgəsində keçirilən əməliyyatlar nəticəsində zərərsizləşdirilib.
Nazirlikdən bildirilib ki, terrorçulara qarşı mübarizə davam edəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.