
ABŞ hazırda Avropada olan Amerika qoşunlarının sayını azaltmaq niyyətində deyil.
“AVESTA.AZ” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Pentaqonun rəhbəri Pit Heqset bildirib.
“Hazırda ixtisarla bağlı heç bir plan yoxdur”, - o deyib.
Eyni zamanda, Heqset qeyd edib ki, ABŞ Ukraynadakı münaqişə həll edildikdən sonra Avropadakı Amerika hərbçilərinin sayına yenidən baxa bilər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.