
Cəlilabadda 100 illlik dəyirman günə 2 ton un istehsal edir.
Dəyirmanın sahibi Əzizağa Dadaşov "AVESTA.AZ"un Muğan bürosuna bildirib ki, dəyirmanda üyüdülən un insan orqanizmi üçün daha xeyirlidir. "Xüsusilə pəhriz saxlamaq tövsiyyə edilmiş bir çox insanlar bu dəyirmanda üyüdülən buğdanın unundan qidalanır. Eyni zamanda dəyirmanın həm sadəliyi, həm də 100 ildən artıq tarixi bura gələnlərin marağına sahib olur. Bu dəyirmanların üstünlüyü böyükdür, kəpəyi undan ayırmır, kəpəyli olur unlar, buda tibbi cəhətdən xeyirli bir şeydir. Çünki min illərlə dədə-babamız bu dəyirmanlardan, bu unlardan istifadə edib. Heç bir şəkər digər xəstəliklər yoluxmayıblar".
Qeyd edək ki, bu dəyirman Cəlilabadın Dövlətalıbəyli kəndində yerləşir. Dəyirmanın ötən əsrin 30-cu illərində, Cəlilabad rayonuna burada taxılçılıq inkişaf etdiyi vaxtlarda gətirildiyi güman edilir. Dəyirmanın saata 200-250 kq və ya günə 2 ton un istehsal etmə gücü var.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.