
"Azərbaycanda kiçik və orta biznes (KOB) subyektlərinə maliyyə dəstəyi göstərmək üçün ayrıca bank təsis edilməlidir".
“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin bu gün keçirilən plenar iclasında deyib.
"Belə bank olmasa, əminəm ki, istədiyimiz inkişafı əldə edə bilməyəcəyik. KOB-lar 50 min manat kredit götürmək üçün adi banka müraciət edəndə, ondan 150 min manat dəyərində təminat istənilir. Elə bir təminatı olan KOB niyə kredit götürsün ki? Həmçinin, təklif edirəm ki, KOB-ların vergi yükü azaldılsın", - deyə o, qeyd edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.