
Vaşinqton administrasiyası Avropa ölkələrinə Ukraynaya çatdırılmaq üçün Amerika hərbi-sənaye kompleksindən silah və digər məhsullar almağa icazə verəcək.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
Belə bir icazənin olub-olmayacağı ilə bağlı suala ABŞ dövlət başçısı deyib: “Bəli, edəcəyəm”.
Keçən həftə ABŞ-ın müdafiə naziri Pit Heqset Ukraynaya silah tədarükünü əlaqələndirən Qərb təmas qrupunun Brüsseldə keçirilən iclasında deyib ki, gələcəkdə Kiyevə ölümcül və qeyri-öldürücü yardımın əsas payı Vaşinqtondan yox, avropalılardan gəlməlidir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.