
Bakının Sabunçu rayonunda iki nəfərin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“AVESTA.AZ” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1984-cü il təvəllüdlü Azaqova Nuranə Vüsaməddin qızı və 2013-cü il təvəllüdlü R.Azaqlı xəsarət alıblar.
Yaralılar müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.