
Bu ilin yanvar ayında Azərbaycana 4 min 091 ton ət idxal edilib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə ətin dəyəri 9 milyon 93 min ABŞ dolları təşkil edib.
Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 310 ton (7,2 %) azdır, dəyər baxımından isə 551 min ABŞ dolları (6,4 %) çoxdur.
Ət idxalı Azərbaycanın ümumi idxalının 0,4 %-ni təşkil edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.