18-02-2025, 13:19 425

Azərbaycan “Business Ready” hesabatında əmlak qeydiyyatı üzrə nəticələrin yaxşılaşmasını gözləyir

Dünya Bankının bu il dərc ediləcək “Business Ready” hesabatında Azərbaycanın əmlak qeydiyyatı sahəsində mühüm irəliləyişlər əldə edəcəyi gözlənilir.

Bu barədə “AVESTA.AZ”a İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən (ƏMDX) məlumat verilib.

Bildirilib ki, “Doing Business 2020” hesabatına əsasən, Azərbaycanda əmlak qeydiyyatı üçün prosedurların sayı birə, bu prosesə tələb olunan vaxt isə bir günə endirilib. Yeni “Business Ready” hesabatı çərçivəsində bu prosesi daha da sadələşdirmək və sürətləndirmək üçün bir sıra innovativ yeniliklər və texnologiyalar tətbiq edilib.

Əmlak qeydiyyatı sistemində əsas yenilikləri sadalayarkən qeyd olunub ki, “Bir pəncərə” prinsipi əsasında inteqrasiya olunmuş qeydiyyat sistemi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin və Mərkəzi Bankın informasiya sistemləri əsasında daşınmaz əmlak alqı-satqısı üzrə müxtəlif ödənişlərin notariusun depozit hesabı vasitəsilə Elektron Hökumət İnformasiya Sistemi və “AniPay” üzərindən elektron qaydada ödənilməsi təmin edilib. Tikintisinə icazə verilmiş daşınmaz əmlak obyektlərinə münasibətdə təminat qeydinin aparılması ilə bağlı prosedur qaydaları müəyyən edilib”.

Həmçinin, vergi öhdəliklərinin avtomatlaşdırılması istiqamətində aparılan işlər nəticəsində torpaq sahələrinin istifadəsi ilə bağlı məlumatların vergi orqanlarına elektron ötürülməsi həyata keçirilib.

Rəqəmsal qeydiyyatın genişləndirilməsi ilə bağlı, əmlak üzərində hüquqların elektron qaydada qeydiyyata alınması zamanı notarius tərəfindən bir sıra vacib məlumatların – əmlakın sahə ölçüsündə dəyişikliklər, icarə və istifadə hüquqları, əmlakın yerləşdiyi zonalar və keyfiyyət əmsalı, nikah dövründə əldə olunan, lakin birgə əmlak kateqoriyasına aid olmayan əmlakın əldə edilməsinin hüquqi əsasları, tarixi-mədəni abidə statusu və digər hüquqi aspektlərin elektron əldə edilməsinə dair təkliflər hazırlanıb.

Mülkiyyət hüquqlarının qorunması məqsədi ilə mühafizə zonalarında yerləşən torpaq sahələrinin istifadəsinə dair qaydalar təkmilləşdirilib, Bakı şəhəri ərazisində yerləşən, qanunvericiliklə müəyyən edilmiş əsaslarla istifadəsiz və ya normadan artıq istifadə edilən torpaq sahələrinin faktiki istifadəçilərə satılması üçün normativ-hüquqi akt layihələri hazırlanıb.

Rəqəmsal əmlak bazasının yaradılması məqsədilə daşınmaz əmlakın bazar qiymətləri (satış və icarə) üzrə məlumat bazasının yaradılması üçün “Elektron notariat” informasiya sistemindən bütün əmlak növləri üzrə müvafiq hesabatların alınması təmin edilib.

“Üçüncü şəxsə məxsus torpaq sahəsində tikintisinə icazə verilən daşınmaz əmlak obyekti sahiblərinin torpaq mülkiyyətçiləri ilə münasibətlərini tənzimləyən qanunvericilik aktlarının təkmilləşdirilməsi ilə bağlı layihələr aidiyyəti üzrə təqdim edilib. Daşınmaz əmlaka dair texniki sənədlərin (torpaq sahəsinin planı və ölçüsü, texniki pasport) tam elektronlaşdırılması həyata keçirilib.Bununla yanaşı, “Əmlakım” mobil tətbiqi hazırlanaraq vətəndaşların xidmətlərə əlçatanlığını artırmaq və əmlak savadlılığını yüksəltmək məqsədilə istifadəyə verilib.

Məlumat sistemlərinin inteqrasiyası çərçivəsində Dövlət Vergi Xidmətinin məlumatları “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sisteminə inteqrasiya edilib. Tikintilərin Dövlət Reyestrində tikinti obyektlərinin inşasına və istismarına icazə verilməsi ilə bağlı mövcud olan məlumatların “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sisteminə inteqrasiyası həyata keçirilib.

Notariat əməliyyatlarının avtomatlaşdırması məqsədilə daşınmaz əmlakla bağlı müqavilələrin tərəflər üçün xərclərinin vahid ödəniş tapşırığı ilə ödənilməsi və notariat ofislərində “bir pəncərə” prinsipi tətbiq edilib. Daşınmaz əmlakın yerləşdiyi zona əmsalı barədə məlumatın “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə edilməsi imkanı yaradılıb.

Sığorta məlumatlarının inteqrasiyası məqsədilə daşınmaz əmlakın sığorta statusu barədə məlumatların notariuslar vasitəsilə əldə edilməsi üçün Mərkəzi Bank, Ədliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi arasında müvafiq informasiya sistemləri üzrə məlumat mübadiləsi təmin edilib.

Daşınmaz əmlaka dair texniki sənədlər qismində sxematik bölgü sənədi 2024-cü il iyunun 5-də elektronlaşdırılıb”, - ƏMDX-dən bildirilib.

Vurğulanıb ki, son illərdə sahiblik və icarə, təhlükəsiz torpaq mülkiyyətçiliyinin (dövlət və ya özəl zəmanət) mövcudluğu ilə bağlı qanunvericilik aktlarının hazırlanması, torpaq əməliyyatları, yüklülük, kadastr üzrə məlumatların müvafiq tələblərə uyğun olaraq tam şəkildə elektronlaşdırılması, dövlət reyestrindəki məlumatlara əlçatanlığın təmin edilməsi ilə bağlı müvafiq işlər aparılıb. Bu addımlar nəticəsində Azərbaycanda əmlak qeydiyyatının sürətləndirilməsi, şəffaflığın artırılması və vətəndaşlar üçün əlçatanlığın genişləndirilməsi istiqamətində mühüm irəliləyişlər əldə olunub və bu Dünya Bankının yeni “Business Ready” hesabatında Azərbaycanın reytinqinə müsbət təsir göstərəcəyi gözlənilir.

Xatırladaq ki, Azərbaycan Prezidentinin 17 noyabr 2023-cü il tarixli Fərmanı ilə “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sisteminin yaradılması nəzərdə tutulub. Bu sistem vasitəsilə vətəndaşlar və qurumlar daşınmaz əmlakla bağlı sənədlərin elektron qaydada təqdim edilməsi, müraciətlərin icra vəziyyətinin izlənilməsi və ödənişlərin onlayn qaydada həyata keçirilməsi imkanına malik olacaqlar.

Paylaş

Xəbər lenti

"Deməli, istədiyi sürətlə sürə bilər" - Salyanda yol niyə sakinlərin kabusuna çevrilib? Bu gün, 00:48 "Qarabağ"ı məğlub edən "Tvente"nin baş məşqçisi: "Rəqibi bütün həftə analiz etdik" Bu gün, 00:48 "Qarabağ" UEFA Konfrans Liqasında mübarizəni dayandırdı Dünən, 23:48 Tramp: Rusiya NATO ölkələrinə hücum planlaşdırmır Dünən, 23:48 UEFA Konfrans Liqası: Mahir Emreli "Rakuv"da növbəti qolunu vurub Dünən, 23:48 Səmərqəndin simvolu mediaforum iştirakçılarına təqdim olunub Dünən, 23:48 Qurban Qurbanov məğlubiyyətdən danışdı: "Hücum xəttimizdə çatışmazlıqlar var idi" Dünən, 23:48 Avropa çempionatı: Portuqaliya Bakıda Rumıniyanı məğlub edib Dünən, 22:48 UEFA Konfrans Liqası: "Tvente" əlavə vaxtda "Qarabağ"ı məyus etdi Dünən, 22:48 Mehdiabad sakinlərinin işıq problemi: Kabel niyə yanır? Dünən, 22:48 Serbiyada "Balkan Boxing 11"də Azərbaycanı Rəhim Əliyev təmsil edəcək Dünən, 22:48 Aleksey İsayev: "15 dəqiqə ərzində dünya iki dəfə dayandı" Dünən, 22:48 Azərbaycan millisinin üzvü Musab Məmmədtağıyev qitə yarışının ən yaxşı kişi idmançısı seçilib Dünən, 21:49 UEFA Çempionlar Liqası: "Sabah"ın əsas mərhələdəki bütün rəqibləri bəlli olub Dünən, 21:49 Azərbaycan pambıq parça istehsalını 5 %-dən çox artırıb Dünən, 21:49 Oyan Nəzəriani: "Qadınlardan ibarət Azərbaycan millisi tarixində ilk dəfə dünya çempionu oldu" Dünən, 21:48 UEFA Konfrans Liqası: "Qarabağ" "Tvente" ilə oyunda hesabı açdı Dünən, 21:48 Möhsün Rezai Qətərin Baş naziri ilə görüşdə ABŞ-ni hədələyib Dünən, 21:48 "Qarabağ"ın yeni transferləri ictimaiyyətə TƏQDİM OLUNDU Dünən, 21:48 Hövsanda açıq ərazidə yanğın baş verib Dünən, 20:48 Azərbaycan-Malayziya ikitərəfli münasibətləri müzakirə olunub Dünən, 20:48 UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" oyunu başladı Dünən, 20:48 İstanbulda qanunsuz mərc işi üzrə 25,5 kq qızıl ələ keçirilib Dünən, 20:48 Yeni təmayül tədris modelli məktəblərin məzunlarının ali təhsil müəssisələrinə qəbul nəticələri elan edilib Dünən, 20:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə üz-üzə gələcək Dünən, 20:48 İsveç HHM-in gücləndirilməsi üçün Ukraynaya növbəti yardım paketi ayıracaq Dünən, 20:48 UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" matçının start heyətləri AÇIQLANDI Dünən, 19:48 Azərbaycan investisiyalarının Tacikistana cəlb edilməsi müzakirə edilib Dünən, 19:48 Ərdoğanla Tokayev arasında telefon danışığı baş tutub Dünən, 19:48 Pezeşkian: İran beynəlxalq arenada sülhsevər yanaşmaya malikdir Dünən, 19:48 Suriya və Səudiyyə Ərəbistanı birgə bank yaradacaq Dünən, 19:48 Marianxeles Belluşi Mehriban Əliyevanı təbrik edib Dünən, 19:48 Göygöldə örüş sahələri qanunsuz zəbt edilib? - İcra hakimiyyətindən REAKSİYA Dünən, 19:48 Bir məktəblini hazırlamaq neçəyə başa gəlir? Dünən, 18:48 44 yaşlı Dima Bilan baba oldu Dünən, 18:48 Britaniyalı şəhərsalma mütəxəssisi Şuşada Baş planın icrası haqqında danışıb Dünən, 18:48 Şahi-Zində və Uluqbəy rəsədxanası mediaforum nümayəndələrini heyran edib Dünən, 18:48 Paytaxtda 18 istiqamətdə sıxlıq müşahidə olunur Dünən, 18:48 Sabah Ağstafa, Gədəbəy və Tovuzun bir hissəsində qaz olmayacaq Dünən, 18:48 Böyük Dəbilqə: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub Dünən, 18:48 Elxan Şirinov: "Səsin və bədən quruluşun bunu dəstəkləyirsə oxuya bilərsən" Dünən, 17:48 Sabah ilin son tutulması olacaq Dünən, 17:48 Haaqada "Bosniya qəssabı" Ratko Mladiç ölüb Dünən, 17:48 Dünyada BİR İLK: Süni intellekt ƏMƏLİYYATDA Dünən, 17:48 Nepalda daşqınlarda ölənlərin sayı 359-a çatdı, 1300 nəfər itkindir Dünən, 17:48 Bu ölkədə "Qərbi Nil" virusuna 232 yoluxma, 19 ölüm halı qeydə alındı Dünən, 17:48 TƏBİB rəhbəri baş həkimi işdən azad etdi Dünən, 17:48 SOCAR Çin İxrac-İdxal Bankı ilə emal sənayesində əməkdaşlığı müzakirə edib Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR