19-02-2025, 11:41 417

“Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresi keçiriləcək

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) 16-18 may 2025-ci il tarixlərdə "Gülüstan" sarayında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresini təşkil edəcək.

Konqresin keçirilməsində əsas məqsəd Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir. “Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresində 400-ə yaxın yerli və əcnəbi kardioloq və kardioccərahın iştirakı ilə ürək-damar xəstəlikləri və onların müalicəsindəki ən aktual məsələlər müzakirə ediləcək.

"Bakı Ürək Günləri" Beynəlxalq Konqresinin hər dəfə olduğu kimi bu il də Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunduğunu, dünyanın ən məşhur kardiocərrahlarından biri Böyük Britaniyadan olan Prof. Dr. David Taggartın Konqresin fəxri qonağı olacağını deyən Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri, professor Kamran Musayev Konqres çərçivəsində əməliyyatxanadan birbaşa bağlantı ilə ürək əməliyyatının canlı yayımının təşkil olunacağını da bildirib.

"Dünya yenilənir, rəqəmsallaşma günü-gündən həyatımızın müxtəlif sahələrində üstünlüyünü biruzə verir. Biz də ötən Konqresimizdə ilk dəfə olaraq metavers sessiya təşkil etmişdik. Bu dəfə isə əməliyyatxanadan birbaşa bağlantı ilə Konqres iştirakçılarına ürək əməliyyatının canlı yayımını edəcəyik. İştirakçılar əməliyyatın gedişini canlı izləyəcək, suallarını verə biləcək. Bundan başqa, gənc mütəxəssislər üçün təşkil olunacaq praktiki məşğələlər onların təcrübələrinin artırılmasına dəstək olacaq, “Bakı Ürək Günləri”nin elmi-praktik əhəmiyyətini daha da yüksəldəcək. Eyni zamanda, Konqres azərbaycanlı həkimlərə dünyanın ən qabaqcıl mütəxəssisləri ilə kardioloji elmlərdəki ən son nailiyyətləri müzakirə etmək imkanı verəcək.”

Konqresin proqramına əsasən, 16 may tarixində gənc ürək-damar cərrahları üçün EVAR-TEVAR mövzusunda ekspert görüşü, mitral qapaq təmiri və cərrahi anastomoz kursu, tibb bacıları və perfüzionistlər üçün öyrədici kurslar təşkil ediləcək.

Konqres zamanı Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşəbbüsü ilə ötən il Türkiyədə təsis edilmiş Türk Dünyası ürək-damar cərrahiyyəsi Birliyinin Zirvə toplantısı da təşkil olunacaq.

17-18 may tarixlərində isə dünyanın 15-ə yaxın ölkəsindən kardioloq və kardiocərrahların iştirakı ilə səhiyyənin bu sahəsindəki ən son elmi yeniliklərin müzakirəsi baş tutacaq. Proqramda həmçinin, Türkiyə Ürək-Damar Cərrahiyyəsi Dərnəyi, Avropa Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti və Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyəti ilə ortaq sessiyaların keçirilməsi də nəzərdə tutulub.

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, t.ü.f.d Ramil Əliyev bildirib ki, “Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresinin Davamlı Tibbi Təhsil verən tədbir kimi tanınması üçün Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasına müraciət edilib.

"Konqresdə iştirak etmək istəyən mütəxəssislər www.bakuheartdays.az saytına daxil olaraq qeydiyyatdan keçə, həmçinin elmi məqalələrini göndərə bilərlər. Toplanmış elmi məqalələr Prezident yanında Ali Attestasiya Komissiyasının dövri nəşrlər siyahısında olan "Azərbaycan Ürək və Damar Cərrahiyyəsi" elmi jurnalında dərc ediləcək."

Xatırladaq ki, AÜDCC 2009-cu ildən etibarən hər iki ildən bir Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Bakı Ürək Günləri” Beynəlxalq Konqresini təşkil edir.

Paylaş

Xəbər lenti

Sabah bu kəndlərdə qaz olmayacaq Bu gün, 14:48 Sürücünü yol verməməyə görə baltalayan şəxslə bağlı qərar açıqlandı Bu gün, 14:48 BƏƏ-nin energetika naziri WUF13-də ölkəsinin nümayəndə heyətinə rəhbərlik edəcək Bu gün, 14:48 Yeni tədris ilindən məktəbli formaları dəyişir? - AÇIQLAMA Bu gün, 14:48 Agentlik sədrinin müşaviri işdən çıxdı Bu gün, 14:48 ABŞ-də təyyarə eniş zamanı yük maşınına çırpılıb Bu gün, 14:48 Rusiya 1 gündə 570 pilotsuz uçuş aparatı vurulub Bu gün, 14:48 Gözəllik salonunda qadını öldürmək istədi - Məhkəmə işi Bu gün, 14:48 Bağçada uşaqları təhqir edən tərbiyəçi ilə bağlı QƏRAR Bu gün, 13:48 Magistratura imtahanı ilə bağlı VACİB proqnoz Bu gün, 13:48 Xəzər rayonunda 6 kiloqramdan çox narkotik dövriyyədən çıxarılıb Bu gün, 13:48 Alimlərdə 2027-ci il ilə bağlı XƏBƏRDARLIQ! Quraqlıq, daşqın və tropik fırtınalar Bu gün, 13:48 İran limanları gəmiçilik və humanitar xidmətlərə açıq elan edilib Bu gün, 13:48 İsmayıllıda 43 yaşlı kişi itkin düşüb Bu gün, 13:48 Bir qrup ukraynalı tələbə Azərbaycanda reabilitasiya xidmətlərinə cəlb olunub Bu gün, 13:48 Cənubi Koreyada robot buddizmə "qəbul edildi" Bu gün, 13:48 Füzuli sakini yanğında tüstüdən zəhərlənərək ölüb Bu gün, 12:48 Ancelina Coli məhkəmədə Bred Pitt üzərində üstünlük qazandı Bu gün, 12:48 Metro ilə bağlı DƏYİŞİKLİK - 9 və 11 may tarixlərində... Bu gün, 12:48 Azərbaycan və Almaniya nəqliyyat sahəsində əməkdaşlığı genişləndirir Bu gün, 12:48 Aktiv ƏDV və vergi ödəyicilərinin sayı artıb - RƏQƏMLƏR AÇIQLANDI Bu gün, 12:48 VI "Qızıl Şah" Milli Kulinariya Çempionatı keçirilir Bu gün, 12:48 Artıq 100 minə yaxın uşaq birinci sinfə qəbul olunub Bu gün, 12:48 Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar təşkil edilən "Ən yaxşı təqdimat" müsabiqəsi başa çatıb Bu gün, 12:48 Sabah hava 22 dərəcə İSTİ OLACAQ - HAVA PROQNOZU Bu gün, 12:48 Bakı Slavyan Universitetinin professoru vəfat edib Bu gün, 12:48 Dövlət Neft Fondundan büdcəyə transfert 100 faiz icra edilib Bu gün, 12:48 Fermerlərin 150 kV-dək günəş enerjisindən istifadəsinə icazə tələb olunmur - Nazir müavini Bu gün, 12:48 Polkovnikin ölümündən sonra üzə çıxan CİNAYƏTİ: Dövlətə BİR MİLYON ZİYAN VURUB Bu gün, 12:48 Bakı-Sumqayıt qatarının qeyri-iş günlərindəki QRAFİKİ Bu gün, 11:48 Moskvada 9 Mayda mobil internet məhdudlaşdırılacaq Bu gün, 11:48 Balakən kanat yolunun inşasına başlanılıb Bu gün, 11:48 Tanınmış terapevt-uroloq vəfat edib Bu gün, 11:48 Bakıdakı xəstəxanada biraylıq KÖRPƏ ÖLDÜ Bu gün, 11:48 Vəkil olmaq istəyənlərin DİQQƏTİNƏ! Bu gün, 11:48 Hantavirusla bağlı yeni YOLUXMALAR Bu gün, 11:48 Azərbaycanın büdcə göstəriciləri açıqlanıb: 4 ayda 16 milyard manatdan çox gəlir Bu gün, 11:48 Hərbçilərimizin Türkiyədə iştirak etdiyi çoxmillətli birgə təlimdən GÖRÜNTÜLƏRİ Bu gün, 11:48 Hakim: Məhkəmə cəzanı emosiyaya görə deyil, qanuna əsasən müəyyən edir Bu gün, 11:48 Sarayda avtomobil partlayıb, xəsarət alan var Bu gün, 11:48 Novex Group "InterFood Azerbaijan" 31-ci beynəlxalq qida sənayesi sərgisində iştirak edir Bu gün, 10:48 Bu küçədə hərəkət MƏHDUDLAŞACAQ Bu gün, 10:48 Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana alüminium və taxıl göndərilib Bu gün, 10:48 BMT-də WUF13-ə hazırlıq mövzusuna həsr olunmuş yüksək səviyyəli tədbir keçirilib Bu gün, 10:48 Qusarda məşhur şadlıq sarayı BAĞLANDI Bu gün, 10:48 Nazirin işdən çıxartdığı Təranə Əhmədovaya TƏBİB-də VƏZİFƏ VERİLDİ Bu gün, 10:48 Türkiyəyə qar yağıb Bu gün, 10:48 Gəncədə yeniyetmə yaşıdı tərəfindən BIÇAQLANDI Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR