19-02-2025, 16:51 763

Azərbaycanda təhlükəsiz tullantıların idarə olunmasında aşkarlanmış nöqsanlar açıqlanıb

Hesablama Palatası 2024-cü il üzrə İş planına uyğun olaraq təhlükəsiz tullantıların idarə olunması sahəsində aşkarladığı nöqsanları ictimailəşdirib.

"AVESTA.AZ" xəbər verir ki, audit 2021-2023-cü illəri əhatə edib, təhlükəsiz tullantıların idarə olunmasının səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsi məqsədi daşıyıb.

Audit obyektləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), Bakı, Sumqayıt, Gəncə, Yevlax, Şirvan və Mingəçevir şəhər icra hakimiyyətləri (ŞİH), Abşeron, Ağcabədi, Bərdə və Beyləqan rayon icra hakimiyyətləri (RİH), eləcə də “Təmiz Şəhər” ASC olub. Audit zamanı Dövlət Statitsika Komitəsi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Dövlət Gömrük Komitəsi, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin sənədlərindən və məlumatlarından da istifadə edilib, təhlükəsiz tullantıların yığılması, daşınması və zərərsizləşdirilməsi kimi prosesin texnoloji və maliyyə tərəflərinə aid bütün mərhələlər geniş çeşidli prosedurlardan istifadə olunaraq aidiyyəti dövlət qurumlarının fəaliyyətinin timsalında qənaətlilik, səmərəlilik və nəticəlilik, eyni zamanda, qarşılıqlı koordinasiya və əməkdaşlıq baxımından qiymətləndirilib.

Müsbət məqamlar təhlükəsiz tullantıların idarə olunmasının sonuncu mərhələsinə aid olan zərərsizləşdirilmə infrastrukturu üzrə Bakı şəhərində maddi-texniki bazanın və peşəkar kadr heyətinin formalaşdırılması, o cümlədən zəruri iş şəraitinin qurulması, avadanlıq, texnika və istehsal vasitələri ilə təchizat məsələlərinin həllinə nail olunmasıdır.

Auditlə əsasən aşağıdakı nəticələr müəyyən edilib:

Bərk məişət tullantıları istisna olmaqla digər təhlükəsiz tullantıların (bioloji, sənaye, tikinti və s.) ölkə üzrə daşınmasına, yükləmə, boşaltma və zərərsizləşdirmə işlərinin yerinə yetirilməsinə, sanitar-epidemioloji və ekoloji təhlükəsizliyin təmin olunmasına dair normalar, eyni zamanda istər dövlət, istərsə də xüsusi mülkiyyət mənsubiyyətli daşıyıcılar üçün hər-hansı akkreditasiya reqlamenti (əmək resurslarının, xüsusi nəqliyyat vasitələrinin, digər maddi-texniki bazanın mövcudluğuna dair tələblər) müəyyənləşdirilməmişdir ki, bu da təhlükəsiz tullantıların tədarükü prosesinin dövlət tənzimlənməsində vahid yanaşmaların tətbiqinə maneçiliklər yaratmaqla faktiki olaraq pərakəndəliyin müşayiət olunması ilə nəticələnib.

İnstitusional yanaşmalarda boşluqların mövcudluğu şəraitində auditlə əhatə olunan şəhər və rayonlar üzrə təhlükəsiz tullantıların yığılaraq daşınması və zərərsizləşdirilməsi xidmətləri üzrə abonent bazası yaradılmayıb, qeyri-əhali istehlakçı qrupu üzrə bağlanılan müqavilələr faktiki tullantı həcmlərindən az rəsmiləşdirilib, əhali qrupu üzrə ödənişlərin nağdsız qaydada həyata keçirilməsi üzrə tədbirlər (Bakı şəhərinin Nizami rayonu, Gəncə və Mingəçevir şəhərləri istisna olmaqla) görülməyib, əhali və qeyri-əhali istehlakçı qrupları üzrə ayrı-ayrı abonentlərlə hesablaşmaların adlı uçotu aparılmayıb, abonent bazasının tədricən yaradılması üçün digər kommunal xidmətlər göstərən müəssisələrin və aidiyyəti dövlət qurumlarının məlumat bazalarından istifadə olunmasına nail olunmayıb.

2021-2023-cü illərdə təmin edilmiş yığımları dəfələrlə üstələməklə auditlə əhatə edilmiş respublikanın 10 şəhər və rayonu üzrə ümumilikdə 100 milyon manatdan çox potensial reallaşdırılmayıb, Bakı şəhəri üzrə müvafiq qurumların zərərsizləşdirilmə xidmətlərinin göstərilməsi üçün təhvil verilmiş müvafiq tullantı həcmlərinə görə “Təmiz Şəhər”ə auditlə əhatə olunan dövrün sonuna 21,3 milyon manat kreditor borcları yaranıb, maliyyə itkiləri əlavə yük yaratmaqla dövlət büdcəsinin xərcləri hesabına maliyyələşdirilib.

Qüvvədə olan hüquqi aktlar bərk məişət tullantılarının istehsalçılarına həmin tullantıların bir tərəfdən yığılması, daşınması və zərərsizləşdirilməsinə görə, digər tərəfdən yerləşdirilməsinə görə ikili tarifləşmənin (toplanılması yerli İH orqanları və ETSN tərəfindən həyata keçirilməli olan icbari ödənişlərin) tətbiqini nəzərdə tutub, tullantıların istehsalçılarının üzərinə icbari ödənişlər qismində düşən maliyyə yükü digər tullantılarla (tibbi, bioloji, sənaye, tikinti və s.) müqayisədə adekvat yanaşmalarla tənzimlənməyib. Eyni zamanda, ETSN (tabeli qurumları) tərəfindən toplanılmalı olan icbari ödənişlərin əhatə bazası dəqiqləşdirilməyib (Bakı, Sumqayıt və Şirvan şəhərləri, Neftçala, Salyan, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Biləsuvar, Xızı və Abşeron rayonlarında ödəniş ümumiyyətlə toplanılmayıb), qeyri-əhali istehlakçı qrupu üzrə tullantıların yerləşdirilməsinə görə ödəniş normativlərinə uyğun daxilolmaların 2021-ci ildə 664195 sayda, 2022-ci ildə 709925 sayda, 2023-cü ildə 760489 sayda olan aktiv vergi ödəyicilərindən yığılması təmin edilməyib.

Toplanmış sübutlar auditlə əhatə olunan dövrdə Bakı şəhərinin 11 rayon (Qaradağ rayonu istisna olmaqla) mənzil-kommunal təsərrüfatı birlikləri və bu kimi digər qurumları tərəfindən “Təmiz Şəhər”ə təhvil verilmiş müvafiq tullantıların miqdarının Bakı şəhəri üzrə yığılmış ümumi (statistik məlumatlara əsasən) məişət tullantılarının 42,5%-nə bərabər olduğunu və nəticə etibarı ilə 2935,2 min tona yaxın tullantıların ASC-yə təhvil verilməsinin Bakı ŞİH xətti ilə təmin edilmədiyini və məişət tullantılarının yığılması və zərərsizləşdirməyə təqdim edilməsi işinin səmərəsiz təşkil edildiyini deməyə əsas verib ki, bu da bir tərəfdən tullantıların çeşidlənməsi və ya yüksək kalorifik dəyərlə yandırılması ilə rəsmən səfərbər olunmamış resurs potensialının, digər tərəfdən isə qeyri-qanuni çeşidləmənin və çirkləndirmənin miqyasının nə dərəcədə yüksək olduğunu göstərir.

Təhlükəsiz tullantıların “Bakı Tullantıların Enerjiyə Çevrilməsi Layihəsi” üzrə bağlanılmış 2008-ci il 15 dekabr tarixli Müqavilə şərtlərinə uyğun kalorifik dəyərlə Yandırılma zavoduna təhvil verilməməsi istehsal edilmiş elektrik enerjisinin miqdarına mənfi təsirlərə, eləcə də yandırılma prosesi üzrə enerji və qazdan istifadə səviyyəsinin artmasına səbəb olmaqla yanaşı Bakı şəhəri üzrə müvafiq tullantıların qəbulu və yandırılmaya yönəldilməsi işinin təkmilləşdirilməli olan tərəflərini bir daha təsdiq edib.

2023-cü ilin göstəriciləri bir tullantı konteynerinə düşən əhali sayının Bakı şəhərindən (87) kəskin fərqlənməklə Yevlax şəhərində 424-ə, Abşeron rayonunda 322-ə, Ağcabədi rayonunda 3092-ə, Bərdə rayonunda 780-ə və Beyləqan rayonunda 1141-ə bərabər olduğunu göstərib ki, bu da həmin regionlarda tullantıların toplanılması fəaliyyətinin sanitar-epidemioloji və ekoloji təhlükəsizlik normalarına uyğun səmərəli təşkil edilməməsini deməyə əsas verib.

Təhlükəsiz (bərk məişət) tullantıların yığılması, daşınması və zərərsizləşdirilməsi üzrə xidmət haqlarının əhali istehlakçı qrupundan toplanılması əsasən (Bakı şəhərinin Nizami rayonu, Gəncə və Mingəçevir şəhərləri istisna olmaqla) nağd qaydada həyata keçirilməklə auditlə əhatə olunan dövrdə həmin əməliyyatlar çərçivəsində rəsmiləşdirilmiş daxilolmaların məbləği Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti və müvafiq tabeli qurumlarının xətti ilə 16,5 milyon manata, auditlə əhatə olunmuş digər regionlar üzrə 4,3 milyon manata, mənbəyi bu və digər vəsaitlərdən ibarət olmaqla satınalma prosedurları keçirilmədən sənədləşdirilmiş müxtəlif alışların məbləği isə, müvafiq olaraq 9,4 milyon manata və 1,3 milyon manata bərabər olub ki, bu da bir tərəfdən hesablaşmaların nağdsız aparılmasını və dövlət satınalmalarını tənzimləyən hüquqi aktların tələblərinin pozulmasını göstərib, digər tərəfdən isə daxili nəzarət mühitinin maliyyə-təsərrüfat fəaliyyətində riskləri minimallaşdıran sağlam meyarlara əsaslanmadığını deməyə əsas verib.

“Təmiz Şəhər”ə zərərsizləşdirilməsi üçün ümumilikdə 101,4 min ton miqdarında tullantını təhvil vermiş 25 qeyri-dövlət sahibkarlıq subyektinin faktiki tullantıların daşınması xidmətləri ilə məşğul olduğu, eyni nəqliyyat vasitəsi ilə 2-3 sahibkarlıq subyektinin tullantı daşıdığı hallarının mövcudluğu şəraitində tullantıların daşınmasında istifadə edilən ümumilikdə 108 nəqliyyat vasitəsindən 84-nün məişət tullantıları daşınan yük avtomobili xüsusi nəqliyyat vasitəsi olmadığı, Bakı şəhərində təhlükəsiz tullantıların daşınması ilə ixtisaslaşmayan (təhlükəsizlik normalarına cavab verməyən) şəxslərin də məşğul olduğu, eyni zamanda, qeydiyyatı tullantıların yığılması və daşınması fəaliyyətinə aid 2021-ci ildə 181, 2022-ci ildə 243, 2023-cü ildə 311 aktiv vergi ödəyiciləri tərəfindən “Təmiz Şəhər” ASC-yə hər-hansı tullantı təhvil verilmədiyi müəyyən edilib.

Bakı şəhərinə analoji Sumqayıt, Gəncə, Yevlax şəhərlərinin və Abşeron rayonunun ərazisində bərk məişət tullantılarının yığılması və daşınması xidmətlərinin yerli İH orqanlarının tabeliyindəki müvafiq qurumlarla yanaşı digər hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirildiyi şəraitdə həmin sahibkarlıq subyektlərinin rekvizitləri, maddi-texniki bazası və funksional fəaliyyət göstəriciləri, o cümlədən yığılmalı və təhvil verilməli olan tullantıların miqdarı müəyyənləşdiriməyib, həmin sahibkarlıq subyektlərindən tullantıların poliqonlara təhvil-təslimi prosesində bərk məişət tullantılarının zərərsizləşdirilməsinə dair xidmət haqlarının toplanılması təmin edilməyib, tullantıların yığılması və daşınması prosesinin sanitar-epidemioloji və ekoloji təhlükəsizlik normalarına cavab verməsinə nəzarət edilməyib, kənd əraziləri (Bakı şəhəri istisna olmaqla) fəaliyyət dislokasiyasına ümumiyyətlə daxil edilməyib ki, bu da yerli İH orqanlarının təhlükəsiz tullantıların yığılması və çatdırılması prosesində səlahiyyətlərindən tam səmərəli istifadə olunmadığını göstərib.

Eyni zamanda, auditlə əhatə olunmuş yerli İH orqanlarının müvafiq tabeli qurumlarının balanslarında tullantıların daşınması təyinatına aid 643 ədəd yük daşıyan nəqliyyat vasitəsindən 475-nin və ya 73,9%-nin xüsusi nəqliyyat vasitəsi olmadığı müəyyən edilib ki, bu da tullantıların sanitar-epidemioloji və ekoloji təhlükəsizlik normalarına cavab verməyən qeyri-xüsusi nəqliyyat vasitələri ilə daşınması hallarına dövlət qurumları (Bakı şəhəri daxil olmaqla) tərəfindən də yol verildiyini göstərib.

Auditlə əhatə olunan 2021-2023-cü illərdə “Təmiz Şəhər” tərəfindən zərərsizləşdirilmə üçün təhvil alınmış ümumilikdə 2 525,9 min ton təhlükəsiz tullantının 93,9 %-i basdırılma və yandırılmaya yönəldilərək yalnız 6,1 %-nin çeşidlənməyə qəbul edilməsi təmin olunub ki, bu da ASC-nin tərkibindəki Çeşidləmə zavodunun illik istehsal gücünün bir növbəli iş rejimi ilə 51,5%-nə, iki növbəli iş rejimi ilə 25,8%-nə bərabər olmaqla bərk məişət tullantılarının ekoloji və iqtisadi cəhətdən daha səmərəli və nəticəli zərərsizləşdirilməsi üsullarının üstünlük təşkil etmədiyini göstərib.

Bakı şəhərinin 8 rayonunu əhatə edən bərk məişət tullantılarının ilkin çeşidlənməsi üzrə pilot layihənin reallaşdırılması çərçivəsində “Təmiz Şəhər”ə ilkin çeşidlənmiş tullantı kimi (kağız, karton, plastik, şüşə və metal) təhvil verilmiş tullantıların həcmi ümumilikdə 99,5 min tona yaxın olmaqla Bakı şəhəri üzrə yığılmış bərk məişət tullantılarının ümumi miqdarına nisbəti 1,9%-ə bərabər olub ki, bu da ilkin çeşidlənmə prosesinin əhatə dairəsinin genişləndirilməsi və son nəticədə təhlükəsiz tullantıların timsalında dairəvi iqtisadiyyatın formalaşdırılması perspektivlərinin uzun müddət tələb etdiyini deməyə əsas verib.

“Balaxanı Bərk məişət tullantılarının yandırılması zavodunun 2013-2023-cü illərdəki fəaliyyəti müddətində yaranan (“Təmiz Şəhər” vasitəsi ilə) 363 271,7 min manatlıq xərclərinin 120 755,3 min manatlıq daxilolmalarını 3 dəfə üstələməsi, o cümlədən illik əməliyyat və texniki xidmət haqqı məbləğlərinin yüksək olması səbəbindən bərk məişət tullantılarının yandırılması ilə enerjiyə çevrilməsi üzrə 11 il ərzində aktiv fazada icra edilməkdə olan layihənin iqtisadi cəhətdən səmərəli və nəticəli olmadığını göstərib.

“Təmiz Şəhər” üzrə 1 ton təhlükəsiz tullantının çeşidlənməsindən əldə olunan vəsaitin miqdarının orta hesabla 55,9 manata, yandırılmasından əldə olunan vəsaitin miqdarının orta hesabla 21,7 manat olmaqla tullantıların zərərsizləşdirilməsində çeşidləmə üsulunun istər ekoloji, istərsə də iqtisadi səmərəliliyinin və nəticəliliyinin daha yüksək olduğunu göstərsə də Bakı şəhəri və digər regionlarda təhlükəsiz tullantıların idarə edilməsində çeşidləmə prosesi lazımi səviyyədə inkişaf etdirilməməklə çeşidlənmədən əldə edilə biləcək potensial gəlirlər reallaşdırılmamışdır ki, bu da “Təmiz Şəhər”in, digər müvafiq regionlar üzrə isə yerli İH orqanlarının tabeli qurumlarının dövlət büdcəsinin vəsaitlərindən asılılıq səviyyəsinin yüksək olmasını şərtləndirən əsas amillər sırasındadır.

“Təmiz Şəhər” tərəfindən tullantıların çeşidlənməsindən alınan təkrar istifadə materiallarından idarəedicisi olan Balaxanı Sənaye Parkının 2021-ci və 2022-ci illərdə yalnız 1, 2023-cü ildə isə yalnız 3 rezidenti üzrə olmaqla ümumilikdə 2 140,9 ton təkrar istifadə materialları (PET, tullantı qida yağı, polietilen) satılıb ki, bu da təkrar istifadə materiallarının satışının ümumi miqdarına və əldə olunan ümumi vəsaitlərə nisbətdə, müvafiq olaraq 2021-ci ildə 13,9% və 20,4%, 2022-ci ildə 8,3% və 12,2%, 2023-cü ildə 8,5% və 12,7% təşkil etməklə Balaxanı Sənaye Parkının idarəedilməsinin səmərəliləşdirilməli olan tərəflərini göstərib. Eyni zamanda, regionlardakı poliqonlarda çeşidlənmə fəaliyyətinin Bakı şəhərindən fərqli olaraq kustar üsulla aparılmasının müşahidə olunması nəzərə alınmaqla reallaşdırılmamış gəlir potensialının Sumqayıt şəhəri üzrə 23,0 mln. manata, Gəncə şəhəri üzrə 12,0 mln. manata, Yevlax şəhəri üzrə 1,9 mln. manata, Şirvan şəhəri üzrə 2,1 milyon manata, Mingəçevir şəhəri üzrə 2 milyon manata, Ağcabədi rayonu üzrə 763,8 min manata, Bərdə rayonu üzrə 1,9 milyon manata və Beyləqan rayonu üzrə 1,6 milyon manata yaxın olduğunu demək olar.

Ölkə üzrə tullantılarla bağlı fəaliyyətə dövlət nəzarətini həyata keçirən ETSN-nin tabeliyində 15 ildən çox fəaliyyət göstərməklə dayanıqlı yüksək rentabelliyə malik “Tullantıların İdarəetmə Mərkəzi” MMC tərəfindən təqdim edilmiş sənədlərə əsasən 2008-2023-cü illər ərzində qəbul edilmiş 106331,5 ton miqdarında istehsalat prosesində əmələ gələn təhlükəsiz tullantıların zərərsizləşdirilməsi poliqonda basdırılma üsulu ilə həyata keçirilib, mövcud maliyyə imkanları hesabına təhlükəsiz tullantıların çeşidlənməsi infrastrukturu yaradılmayıb, dairəvi iqtisadiyyata keçidin nümunəvililiyi baxımından, eyni zamanda, ekoloji və iqtisadi cəhətdən daha səmərəli və nəticəli olan zərərsizləşdirilmə üsullarına üstünlük verilməyib.

Özəl audit təşkilatlarının hesabatları nəzərə alınmaqla “Təmiz Şəhər” tərəfindən 2020-ci ildə 2,6 milyon manat, 2021-ci ildə 0,3 milyon manat və 2023-cü ildə 5,2 milyon manat məbləğində vəsaitlərin artıq ödənilməsi müəyyən edilib, artıq ödənilmiş həmin məbləğlərin, müvafiq olaraq növbəti illərdə Yandırılma zavodunun operatoru tərəfindən ASC-nin hesablaşma hesabına qaytarılmasına baxmayaraq dövlət büdcəsindən ayrılan subsidiyaların müvafiq həddlərdə azaldılması üçün aidiyyəti üzrə təşəbbüslər irəli sürülməyib və dövlət büdcəsinin vəsaitlərinə qənaət edilməsi imkanlarından istifadə edilməyib.

Bakı ŞİH-nin 03.10.2013-cü il tarixli sərəncamı ilə Xəzər rayonu, Şüvəlan qəsəbəsinin cənub-şərq hissəsində köhnə daş karxanasının yaxınlığındakı 2,9 hektar torpaq sahəsinin ötürücü məntəqə və çeşidləmə xəttinin qurulması üçün “Təmiz Şəhər”in daimi istifadəsinə verilməsi və “Şüvəlan bərk məişət tullantılarının yüklənmə-boşaltma məntəqəsinin layihə-smeta sənədlərinin hazırlanması işləri”nın satınalınması predmeti üzrə 292,6 min manat məbləğində bağlanmaqla yerinə yetirilmiş müqavilə üzrə hesablaşmaların aparılması şəraitində tikinti işlərinin başlanılması ilə əlaqədar ünvanlanmış məktuba cavab olaraq Bakı ŞİH tərəfindən (07.03.2023-cü il tarixli məktubla) sözügedən layihənin reallaşdırılması üçün digər sahənin müəyyənləşdirilməsi məsələsinə baxılması təklif edilib ki, bu da təhlükəsiz tullantıların Bakı şəhəri üzrə zərərsizləşdirmə infrastrukturunun genişləndirilməsinin yubadılması ilə yanaşı dövlət vəsaitinin səmərəsiz xərclənməsini də şərtləndirib.

Tikintisi aidiyyəti dövlət qurumları, o cümlədən Bakı ŞİH, eləcə də ETSN ilə müvafiq qaydada razılaşdırılması şəraitində “Təmiz Şəhər” tərəfindən bağlanılaraq hesablaşmalar aparılmış satınalma müqavilələrinin predmetləri kimi təhlükəli tullantılar poliqonunun yerli və beynəlxalq standartlara uyğun layihə-smeta və digər sənədlərinin hazırlanmasından sonra ETSN tərəfindən (11.09.2023-cü il tarixli məktubla) Böyükşor gölünün mühafizə zonasında Təhlükəli Tullantılar Poliqonunun tikintisinin məqsədəuyğun olmadığı və alternativ variantların nəzərdən keçirilməsinin məqsədəuyğun hesab edildiyi bildirilmişdir ki, bu da müvafiq tullantıların Bakı şəhəri üzrə zərərsizləşdirmə infrastrukturunun genişləndirilməsinin yubadılması ilə yanaşı ümumilikdə 669,1 min manat məbləğində dövlət vəsaitinin də səmərəsiz xərclənməsini şərtləndirib.

“Təmiz Şəhər” tərəfindən təhlükəli tullantıların zərərsizləşdirilməsi fəaliyyətinin həyata keçirilməsi müvafiq qaydada razılaşdırılmadan “Təhlükəli tibbi tullantılarının sterilizasiyası avadanlığının alınması” predmeti üzrə 1,5 milyon manat məbləğində satınalma müqaviləsinin bağlanılmasına yol verilib və icra olunmuş ödənişin müqabilində 2 ədəd təhlükəli tibbi tullantıların sterilizasiyası avadanlığının alınmasına baxmayaraq quraşdırılması təmin edilməyib ki, bu da dövlət vəsaitlərinin hüquqi mandata uyğun olmayan istiqamətlərdə səmərəsiz və nəticəsiz xərclənməsi deməkdir.

“Təmiz Şəhər” tərəfindən bağlanmış müqavilənin yerinə yetirilməsi çərçivəsində 949,9 min manat məbləğində dövlət vəsaitinin xərclənməsi müqabilində əldə edilmiş “İşğaldan azad edilmiş ərazilərdə bərk tullantıların idarəetmə sisteminin qurulmasına dair tədbirlərin milli strategiyaya inteqrasiyası üçün idarəetmə strategiyası, texniki-iqtisadi qiymətləndirmə və regional investisiya planlarının hazırlanması layihəsi Regional Strategiya” adlı 348 səhifədən ibarət sənədin, o cümlədən həmin sənəddə əks etdirilmiş təklif və tövsiyyələrin praktiki tətbiqi məsələlərinə önəm verilməyək dövlət vəsaitlərindən səmərəsiz istifadə olunmasına yol verilibr.

Eyni zamanda, 278,8 min manat məbləğində dövlət vəsaitinin xərclənməsi müqabilində əldə edilmiş “Təmiz Şəhər”in kommersiya, maliyyə, vergi və hüquq diaqnostikası” adlı sənədin ASC-nin fəaliyyətində praktiki olaraq tətbiq edilməsi cari auditlə toplanmış sübutlarla öz təsdiqini tapmayıb.

Səlahiyyətləri tənzimləyən hüquqi aktlarla ETSN-nin nəzarət əhatəsinə daxil edildiyi halda istehsalat və məişət tullantılarının dövlət kadastrının aparılması, eləcə də tullantıların əsas tərkib hissəsi olan təhlükəsiz tullantıların hərəkətinə dair istehsalçılar, daşıyıcılar, emal edənlər və tullantı poliqonlarının operatorları üzrə hal-hazıradək müvafiq hesabat formasının, hesabatlılıq reqlamentinin müəyyənləşdirilməsi və yerinə yetirilməsi təmin edilməmiş, yerli İH-nin tabeliyində fəaliyyət göstərən müvafiq qurumların və DSK-nin yığılmış, daşınmış və zərərsizləşdirilmiş təhlükəsiz tullantıların miqdarına dair təqdim etdikləri məlumatlar arasında isə müxtəlif parametrli kütləvi fərqlər mövcud olub.

Təhlükəsiz tullantıların idarə olunması sahəsində nəzarət mexanizmlərinin reallaşdırılmasında səlahiyyətli dövlət qurumları arasında koordinasiyalı iş təmin edilməyib, ETSN xətti ilə yalnız bir sıra regional zərərsizləşdirilmə (basdırılma) poliqonlarında olmaqla 92 sayda monitorinqlərin aparılması sənədləşdirilib, digər müvafiq təsərrüfat subyektlərində, eyni zamanda, 24 regionun zərərsizləşdirilmə poliqonlarında monitorinqlər həyata keçirilməyib, 2021-ci ildə 7 rayon, 2022-ci ildə 14 rayon və 2023-cü ildə 5 rayon üzrə keçirilmiş monitorinqlərin nəticələrində əks etdirilmiş pozuntular üzrə qanunvericliklə nəzərdə tutulan tədbirlərin görülməsi, aşkarlanmış qeyri-qanuni tullantı poliqonlarının bu və digər qurumlar vasitəsi ilə təmizlənməsinə və sanitar-epidemioloji və ekoloji təhlükəsiz hala gətirilməsinə nail olunması auditin gedişatında toplanmış sübutlarla öz təsdiqini tapmayıb.

Eyni zamanda, Bakı şəhəri ərazisində qeyri-qanuni tullantı sahələrinin aşkarlanması, onların fəaliyyətinin araşdırılması və ləğv olunması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi məqsədi ilə ETSN-nin müvafiq tabeli qurumunun və “Təmiz Şəhər” ASC-nin nümayəndələrindən ibarət yaradılmış birgə işçi qrupu tərəfindən 167 sayda monitorinqlərin aparılması sənədləşdirilib, qeyri-qanuni tullantı sahələri aşkar edilərək qanun pozuntusuna yol vermiş hüquqi və fiziki şəxslər barəsində qanunvericliklə nəzərdə tutulan tədbirlərin görülməsi çərçivəsində bir sıra inzibati cərimələr tətbiq edilməklə bu və digər qurumlar vasitəsi ilə qeyri-qanuni tullantı poliqonlarının təmizlənməsinə və sanitar-epidemioloji və ekoloji təhlükəsiz vəziyyətə gətirilməsinə nail olunmayıb.

Audit zamanıl Bakı şəhəri üzrə 35, Sumqayıt şəhəri üzrə 3, Gəncə şəhəri üzrə 2, Mingəçevir şəhəri üzrə 6, Yevlax şəhəri üzrə 3, Şirvan şəhəri üzrə 3, Abşeron rayonu üzrə 4, Beyləqan rayonu üzrə 5 və Ağcabədi rayonu üzrə 3, ümumilikdə 64 icazə verilməyən ünvanlarda atılmış və qalaqlanmış tullantı sahələrinin mövcudluğu, 3 icazəli təhlükəsiz tullantı poliqonuna aid ünvanlarda (Bakının Qaradağ rayonunda, Beyləqan və Bərdə rayonlarında) tullantıların yandırılması halları aşkar edilib, eləcə də icazəsiz atılmış və qalaqlanmış tullantı sahələrinə aid 64 ünvandan 14-də 2021-2023-cü illərdə ETSN xətti ilə inzibati hərəkətlərin həyata keçirildiyinin rəsmiləşdirildiyi müəyyən edilib.

ETSN-nin 12 regional ekologiya və təbii sərvətlər idarələri tərəfindən təhlükəsiz tullantıların hərəkəti ilə bağlı pozuntulara yol verilməsi kimi sənədləşdirilməklə tətbiq edilmiş inzibati cərimələr üzrə debitor borcların məbləğinin auditlə əhatə olunan dövrdə 2,7 dəfə artması və tətbiq edilmiş cərimələrin 2021-ci ildə 11,9 %-nin, 2022-ci ildə 8,9 %-nin və 2023-cü ildə 11,7 %-nin məhkəmə qərarları ilə ləğv olunması qanunvericiliklə müəyyən edilmiş nəzarət səlahiyyətlərinin səmərəli və nəticəli şəkildə reallaşdırılmadığını, o cümlədən monitorinqlərin planlaşdırılması və yerinə yetirilməsi işlərinin aidiyyəti qurumlarla koordinasiyalı formada həyata keçirilmədiyini, monitorinqlərin nəticələrinin rəsmiləşdirilməsinin isə təhlükəsiz tullantıların idarə olunmasının optimallaşdırılması baxımından inzibati təsir mexanizmindən daha çox formal xarakter daşıdığını deməyə əsas verib.

Hesablama Palatasının Kollegiyası auditin bu və digər nəticələrini və təkliflərini müzakirə edərək Auditor hesabatını təsdiq etmiş, auditin nəticələrindən çıxış edərək təhlükəsiz tullantıların idarə olunmasının səmərəliliyinin və nəticəliliyinin qısamüddətli perspektivdə artırılması üçün ETSN-yə daxili nəzarət, idarəetmə və ya normayaratma təşəbbüsü qaydasında konkret təkliflərin irəli sürülməsi, eyni zamanda maliyyə öhdəlikləri yaradan nöqsan və çatışmazlıqların ayrı-ayrı audit obyektləri tərəfindən aradan qaldırılması ilə əlaqədar təkliflərin verilməsi, auditin müvafiq nəticələri ilə əlaqədar aidiyyəti dövlət qurumlarının məlumatlandırılması barədə qərar qəbul edib.

Paylaş

Xəbər lenti

"Deməli, istədiyi sürətlə sürə bilər" - Salyanda yol niyə sakinlərin kabusuna çevrilib? Bu gün, 00:48 "Qarabağ"ı məğlub edən "Tvente"nin baş məşqçisi: "Rəqibi bütün həftə analiz etdik" Bu gün, 00:48 "Qarabağ" UEFA Konfrans Liqasında mübarizəni dayandırdı Dünən, 23:48 Tramp: Rusiya NATO ölkələrinə hücum planlaşdırmır Dünən, 23:48 UEFA Konfrans Liqası: Mahir Emreli "Rakuv"da növbəti qolunu vurub Dünən, 23:48 Səmərqəndin simvolu mediaforum iştirakçılarına təqdim olunub Dünən, 23:48 Qurban Qurbanov məğlubiyyətdən danışdı: "Hücum xəttimizdə çatışmazlıqlar var idi" Dünən, 23:48 Avropa çempionatı: Portuqaliya Bakıda Rumıniyanı məğlub edib Dünən, 22:48 UEFA Konfrans Liqası: "Tvente" əlavə vaxtda "Qarabağ"ı məyus etdi Dünən, 22:48 Mehdiabad sakinlərinin işıq problemi: Kabel niyə yanır? Dünən, 22:48 Serbiyada "Balkan Boxing 11"də Azərbaycanı Rəhim Əliyev təmsil edəcək Dünən, 22:48 Aleksey İsayev: "15 dəqiqə ərzində dünya iki dəfə dayandı" Dünən, 22:48 Azərbaycan millisinin üzvü Musab Məmmədtağıyev qitə yarışının ən yaxşı kişi idmançısı seçilib Dünən, 21:49 UEFA Çempionlar Liqası: "Sabah"ın əsas mərhələdəki bütün rəqibləri bəlli olub Dünən, 21:49 Azərbaycan pambıq parça istehsalını 5 %-dən çox artırıb Dünən, 21:49 Oyan Nəzəriani: "Qadınlardan ibarət Azərbaycan millisi tarixində ilk dəfə dünya çempionu oldu" Dünən, 21:48 UEFA Konfrans Liqası: "Qarabağ" "Tvente" ilə oyunda hesabı açdı Dünən, 21:48 Möhsün Rezai Qətərin Baş naziri ilə görüşdə ABŞ-ni hədələyib Dünən, 21:48 "Qarabağ"ın yeni transferləri ictimaiyyətə TƏQDİM OLUNDU Dünən, 21:48 Hövsanda açıq ərazidə yanğın baş verib Dünən, 20:48 Azərbaycan-Malayziya ikitərəfli münasibətləri müzakirə olunub Dünən, 20:48 UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" oyunu başladı Dünən, 20:48 İstanbulda qanunsuz mərc işi üzrə 25,5 kq qızıl ələ keçirilib Dünən, 20:48 Yeni təmayül tədris modelli məktəblərin məzunlarının ali təhsil müəssisələrinə qəbul nəticələri elan edilib Dünən, 20:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə üz-üzə gələcək Dünən, 20:48 İsveç HHM-in gücləndirilməsi üçün Ukraynaya növbəti yardım paketi ayıracaq Dünən, 20:48 UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" matçının start heyətləri AÇIQLANDI Dünən, 19:48 Azərbaycan investisiyalarının Tacikistana cəlb edilməsi müzakirə edilib Dünən, 19:48 Ərdoğanla Tokayev arasında telefon danışığı baş tutub Dünən, 19:48 Pezeşkian: İran beynəlxalq arenada sülhsevər yanaşmaya malikdir Dünən, 19:48 Suriya və Səudiyyə Ərəbistanı birgə bank yaradacaq Dünən, 19:48 Marianxeles Belluşi Mehriban Əliyevanı təbrik edib Dünən, 19:48 Göygöldə örüş sahələri qanunsuz zəbt edilib? - İcra hakimiyyətindən REAKSİYA Dünən, 19:48 Bir məktəblini hazırlamaq neçəyə başa gəlir? Dünən, 18:48 44 yaşlı Dima Bilan baba oldu Dünən, 18:48 Britaniyalı şəhərsalma mütəxəssisi Şuşada Baş planın icrası haqqında danışıb Dünən, 18:48 Şahi-Zində və Uluqbəy rəsədxanası mediaforum nümayəndələrini heyran edib Dünən, 18:48 Paytaxtda 18 istiqamətdə sıxlıq müşahidə olunur Dünən, 18:48 Sabah Ağstafa, Gədəbəy və Tovuzun bir hissəsində qaz olmayacaq Dünən, 18:48 Böyük Dəbilqə: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub Dünən, 18:48 Elxan Şirinov: "Səsin və bədən quruluşun bunu dəstəkləyirsə oxuya bilərsən" Dünən, 17:48 Sabah ilin son tutulması olacaq Dünən, 17:48 Haaqada "Bosniya qəssabı" Ratko Mladiç ölüb Dünən, 17:48 Dünyada BİR İLK: Süni intellekt ƏMƏLİYYATDA Dünən, 17:48 Nepalda daşqınlarda ölənlərin sayı 359-a çatdı, 1300 nəfər itkindir Dünən, 17:48 Bu ölkədə "Qərbi Nil" virusuna 232 yoluxma, 19 ölüm halı qeydə alındı Dünən, 17:48 TƏBİB rəhbəri baş həkimi işdən azad etdi Dünən, 17:48 SOCAR Çin İxrac-İdxal Bankı ilə emal sənayesində əməkdaşlığı müzakirə edib Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR