20-02-2025, 11:18 406

Bakıda “Qızların təhsil hüququ” mövzusunda konfrans keçirilib

Bu gün Bakı Dövlət Universitetində (BDU) bakalvriatura və magistratura təhsil səviyyələrində 25 minə yaxın (24 min 739 nəfər) tələbə təhsil alır.

"Report" xəbər verir ki, bunu BDU-nun rektoru Elçin Babayev təhsil müəssisəsində “Qızların təhsil hüququ” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Rektorun sözlərinə görə, onlardan 16 min 641 nəfəri, təxminən 67, 2 %-i qızlardır:

"Bu il BDU-ya 5 min 414 tələbə qəbul olunub, onlardan 3 min 803 nəfəri, başqa sözlə, 70 faizi qızlardır. Son imtahan sessiyasında qız tələbələrin oğlan tələbələrlə müqayisədə müvəffəqiyyət göstəricisi təxminən 20 faiz çox olub".

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında deyib ki, Azərbaycanda qızların təhsili uzunmüddətli hədəflərdəndir:

Emin Əmrullayev
Emin Əmrullayev

"Təhsil sahəsində görülən işlərin nəticəsi adətən ən tezi 20 il müddətinə görülür. Məsələn, bu gün təhsil almayan qız 10-15 ildən sonra ana olur və övladı növbəti 20 ilə əmək bazarına daxil olur. Təxminən 35 ildən sonrakı reallığı - bu günün fəaliyyəti və ya fəaliyyətsizliyini müşahidə etmiş oluruq. Bu səbəbdən, qızların təhsilə əlçatanlığı və keyfiyyətli təhsil alması vacib amildir".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova isə əlavə edib ki, Azərbaycanda təhsil dünyəvi və fasiləsiz xarakter daşımaqla, vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir:

"Bu gün Azərbaycanda hər bir vətəndaşın təhsil alması üçün müvafiq şərait yaradılıb. Hətta dövlət bu sahədə ayrı-seçkiliyə yol verilməməsinə, mülkiyyət formasından asılı olmayaraq, bütün təhsil müəssisələrində təhsilalanlar üçün bərabər imkanlar yaradılmasına geniş təminat verir".

Bahar Muradova
Bahar Muradova

Konfrans mövzu ətrafında çıxışlarla davam edib.

Daha sonra BDU ilə Dövlət Komitəsi arasında elmi-tədqiqat, təhsil, sosial və innovativ layihələr çərçivəsində əməkdaşlığın qurulması və inkişaf etdirilməsinəı dair Memorandum imzalanıb.

Qeyd edək ki, konfrans BDU, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Təhsilin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində baş tutub.

Foto: Məhəmməd Ağayev

Paylaş

Xəbər lenti

Azərbaycanda vətəndaşlar maaş bankını sərbəst seçə biləcəklər Bu gün, 16:48 Hörmüzdə fransız gəmisinə hücum: yaralılar var Bu gün, 16:48 Azərbaycanda qaz yanacağı ilə işləyən qurğuların təhlükəsizliyinə dair yeni Texniki Reqlament təsdiq edilib Bu gün, 16:48 "Aston Villa" Ferran Torresin transferi üzərində işləyir Bu gün, 16:48 Vüsal Nəsirli generalın oğlunu İŞDƏN ÇIXARDI Bu gün, 16:48 "Araşdırın!" filmi 48 il sonra dövlət fondunun arxivinə daxil edildi Bu gün, 16:48 Psixoterapevt: "Həkim pasiyentə qarşı deyil, onun yanındadır" Bu gün, 16:48 Prezident Efiopiya ilə sazişi təsdiqlədi Bu gün, 16:48 İnzibati xəta törətmiş sürücülər haqqında qərarın surəti avtomobilin ön şüşəsinə qoyulmayacaq Bu gün, 16:48 Siyavuş Novruzov: Bakıda "Montin", "Vorovski", "Razin" kimi yer adları yoxdur Bu gün, 15:48 Paytaxtda yolun ortasında gəzən at sıxlığa səbəb oldu Bu gün, 15:48 Avropa Şahmat Birliyinin prezidenti "Baku Open 2026"nın təşkilatçılığını yüksək qiymətləndirib Bu gün, 15:48 "Gənclik" parkının yanında  prestijli yaşayış: "Highland Residence"də ipoteka ilə mənzillər-"Kristal" Bu gün, 15:48 Nanə Ağamalıyeva "Xatırla"nı təqdim etdi Bu gün, 15:48 AMB: Dollar əmanətlərinin sığortalanma faizinin dəyişməsində maraqlı deyilik Bu gün, 15:48 Bəzi yerlərə intensiv yağış, Şahdağa qar yağır Bu gün, 15:48 Azərbaycan Belqrad Enerji Forumunda təmsil olunacaq Bu gün, 15:48 Tədrisi digər dillərdə aparılan bölmələrdə 1-ci sinfə qəbul üzrə müsahibəyə qeydiyyat başlayıb Bu gün, 15:48 Bakıdakı uşaq bağçasında işəqəbul maxinasiyası: Şikayətçilər necə aldadıldıqlarını açıqladılar Bu gün, 15:48 Tehranda ticarət mərkəzində yanğın: 8 nəfər ölüb Bu gün, 15:48 Baş nazir bəzi həkimlərin maaşı ilə bağlı QƏRAR İMZALADI Bu gün, 15:48 Rubl ZƏİFLƏYİR - Ekspertlər xəbərdarlıq etdilər Bu gün, 14:48 Taleh Kazımov: "Card to card" dövriyyəsi inanılmaz dərəcədə böyükdür" Bu gün, 14:48 Qadağa elektron siqaret çəkənlərin sayını azaldıb? - VACİB AÇIQLAMA Bu gün, 14:48 Mingəçevirdə WUF13 Festivalı çərçivəsində məlumatlandırma sessiyası keçirilib Bu gün, 14:48 Qubanın üç kəndinin adının dəyişdirilməsi ilə bağlı qanun layihəsi hazırlanıb Bu gün, 14:48 Baytarlıq aptekində istifadə müddəti bitmiş preparatlar aşkarlandı, sahibkar cəzalandırıldı Bu gün, 14:48 Naxçıvanda daha bir həkim öldü Bu gün, 14:48 "Yüksəliş"in altıncı mövsümünün ümumi biliklər imtahanı üzrə nəticələri açıqlanıb Bu gün, 13:48 Riad Axundzadə: "Azərbaycan son dərəcə yüksək su riskləri olan ölkələr kateqoriyasından çıxıb" Bu gün, 13:48 Paytaxtda yeni dairəvi yollar qurulacaq - XƏRİTƏ Bu gün, 13:48 Kolumbiyada bombalı hücum: 14 nəfər ölüb Bu gün, 13:48 Maskdan süni intellektlə bağlı XƏBƏRDARLIQ: "Nəzarətsiz inkişaf təhlükəlidir" Bu gün, 13:48 Trampdan Çinə gözlənilməz təklif: ABŞ neftindən istifadə edin Bu gün, 13:48 Son dəqiqələrdə finala vəsiqə qazandı Bu gün, 13:48 Müəssisə sahibi dəyişdikdə əmək müqaviləsinə necə xitam verilir? Bu gün, 13:48 Mövlud Çavuşoğlunun qardaşı güllələnib, reanimasiyadadır Bu gün, 12:48 Azərbaycanın yeni KAMİKADZE DRONLARI Bu gün, 12:48 Eldar Əzizov işdən çıxardığı rəisə yeni VƏZİFƏ VERDİ Bu gün, 12:48 Bəzi yerlərə intensiv yağış yağır, Şahdağa qar yağır - FAKTİKİ HAVA Bu gün, 12:48 ABŞ gəmilərinə hücum cəhdi: Hörmüz boğazında qarşıdurma Bu gün, 12:48 Samir Məmmədov: "Azərbaycan ərazisi ilə Ermənistana 25 min ton tranzit yük daşınıb" Bu gün, 12:48 Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionununda işçinin meyiti tapılıb Bu gün, 12:48 Keti Perri Bakıya gəlir Bu gün, 12:48 Sabah 23 dərəcə isti gözlənilir - PROQNOZ Bu gün, 12:48 Azərbaycanda tanınmış vəkil vəfat etdi Bu gün, 12:48 Taleh Kazımov: "Yelobank" həm likvidlik, həm kapital adekvatlığı baxımından dayanıqlıdır" Bu gün, 12:48 1993-cü ildə Bakıda qətl törədən şəxs Almaniyadan gətiriləcək Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR