
Tovuz rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
AVESTA.AZ xəbər verir ki, hadisə Tovuzçay üzərindəki körpüdə qeydə alınıb. Sürücü "VAZ 2106" markalı avtomobilin idarəetməsini itirərək, onu körpünün kənarındakı beton səddə çırpıb. Bu zaman avtomobil yanıb. Hadisə yerinə FHN əməkdaşları cəlb olunub, yanğın söndürülüb.
Sürücü yanıq xəsarətləri ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.