
Amerikalı milyarder və ABŞ Hökumətin Səmərəliliyi Departamentinin rəhbəri İlon Mask sosial şəbəkələrdə Kanadanın real ölkə olmadığını bildirib.
AVESTA.AZ xəbər verir ki, Mask bu bəyanatı minlərlə Kanada sakininin onun vətəndaşlıqdan məhrum edilməsini tələb edən petisiyaya imza atmasına cavab olaraq verib.
"Kanada əsl ölkə deyil", - deyə Mask bildirib.
Xatırladaq ki, bundan əvvəl 160 mindən çox kanadalı petisiya imzalayaraq İlon Maskın Kanada vətəndaşlığından məhrum edilməsini tələb edib. Digər məsələlərlə yanaşı, ölkənin 20 minə yaxın sakini hakimiyyətdən ABŞ prezidenti Donald Trampı persona non qrata kimi tanımağı tələb edib.
Sənəddə qeyd edilir ki, Mask 1989-cu ildə Kanada vətəndaşlığını alıb və ölkənin maraqlarına xələl gətirən hərəkətlər edib. Xüsusilə, o, "Kanadanın suverenliyinə xələl gətirmək" istəyən xarici hökumətin üzvü olub və seçkilərə də müdaxilə edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.