
Azərbaycanda İslam dininə aid ibadət yerlərində (məscidlər) fevralın 26-da vakant vəzifələrin tutulması üçün keçirilən müsahibənin nəticələri açıqlanıb.
Bu barədə AVESTA.AZ-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, vakant vəzifələrin tutulması üçün keçirilən müsahibədə 16 namizəddən biri iştirak etməyib:
"Digər 15 nəfərdən yeddisi müsahibədən keçib, səkkizi isə zəruri keçid balını toplaya bilməyib".
Bununla da Şəki və Şirvandakı bəzi məscidlərə yeni din xadimləri seçilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.