
Bakıda itkin düşən şəxsin intihar etdiyi məlum olub.
BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, hadisə Dənizkənarı Milli Parkda (Bakı bulvarı) qeydə alınıb.
Bir həftə əvvəl itkin düşmüş kimi qeydiyyata alınan Bakı şəhər sakini Oleq Baranovun fevralın 21-də Səbail rayonu Neftçilər prospektində yerləşən Dənizkənarı Milli Parkın ərazisində özünü dənizə atması müəyyən edilib.
O.Baranovun meyitinin tapılması istiqamətində tədbirlər görülür.
Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.