
Ermənistanda oktyabrın 13-dən əhalinin siyahıya alınması başlayıb.
“Report” xəbər verir ki, məlumatı “Novosti Armenia” yayıb.
Bildirilib ki, ölkədə əhalinin siyahıya alınmasının 2020-ci ildə keçirilməsi nəzərdə tutulmuşdu, ancaq pandemiya səbəbindən proses 2021-ci ilə keçirilmişdi.
Daha sonra Ermənistan hökuməti tədbirin 2022-ci ildə keçirləməsi haqqında qərar qəbul edib. Ölkə qanunlarına əsasən, əhalinin siyhıya alınması hər 10 ildən bir həyata keçirilir.
Siyahıyaalınma oktyabrın 22-də başa çatacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.