2-03-2025, 09:48 469

Bu gün 57 437 şagird buraxılış imtahanı verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami, Abşeron (I hissə), Sumqayıt (I hissə), Gəncə (I hissə), Goranboy, Yevlax, Naftalan, Şəmkir, Gədəbəy, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Göyçay, Ağdaş, Şamaxı, Qobustan, Kürdəmir, Lənkəran, Cəlilabad, Yardımlı, Bərdə, Tərtər, Ağdam, Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən, Şabran, Ağdərə (Talış kənd tam orta məktəbi), Xocalı, Xankəndi, Şuşa və Laçında (Şəhər 2 №-li tam orta məktəb, Zabux və Sus kənd tam orta məktəbləri) tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirəcək.

DİM-dən BAKU.WS-ə verilən məlumata görə, tədrisi ingilis dilində olan məktəblərin şagirdləri də imtahan verəcəklər.

İmtahan saat 11:00-da başlanacaq.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

-  İmtahana buraxılış vərəqəsi;

-  Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a)  Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b)  əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan iştirakçıları "İmtahana buraxılış vərəqəsi"ni internet vasitəsilə DİM-in saytından fevralın 20-dən etibarən çap edib götürə biliblər.

Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 242 imtahan binası, 4 292 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 242 ümumi imtahan rəhbəri, 675 imtahan rəhbəri, 4 292 nəzarətçi, 747 buraxılışı rejimi əməkdaşı (mühafizə), 242 bina nümayəndəsi ayrılıb.

İmtahanda 57 437 şagirdin iştirakı nəzərdə tutulur.

İmtahanda 36 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin olunub. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

İmtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilib. Bütün imtahan binalarına baxış keçirilib, zallarda abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilib və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilib.

Paylaş

Xəbər lenti

Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR