
Türkiyənin Ankara şəhərində ağır yol qəzası baş verib.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, hadisə Gölbaşı rayonunda qeydə alınıb.
Sürücünün idarəetməni itirməsi nəticəsində avtobus beton səddə çırpılıb.
Nəticədə avtobusun salonundakı 32 nəfərdən 16-sı yaralanıb. Onlardan beşinin durumu ağırdır.
Xəsarət alanlar xəstaxanaya yerləşdiriliblər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.