4-03-2025, 17:48 438

Şəkidə iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən Namik Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Məhkəmədə törədilən dəhşətli qətllərin təfərrüatı məlum olub.

Şəkinin Baş Şabalıd kəndində 60 yaşlı Namik Məmmədov həmkəndliləri 1966-cı il təvəllüdlü Sədiyev Azər Sədi oğlunu və 1957-ci il təvəllüdlü Məmmədsoy İsrafil Əhmədiyyə oğlunu güllələyərək qətlə yetirib.

İttihama görə, Namik Məmmədov əvvəlcə özünə məxsus torpaq sahəsində mal-qara otarmaqda günahlandırdığı İsrafil Məmmədsoyu öldürüb.

Sonra isə qonşusu Azər Sədiyevi güllələyib. Azər Sədiyevi isə daha əvvəl aralarında baş vermiş narazılığa görə öldürüb. Belə ki, Namik Məmmədov Azər Sədiyevin onu və ailə üzvlərini təhqir etdiyini, oğlan uşağı olmadığına görə onu ələ saldığını əsas gətirərək qətlə yetirib.

Qətlə yetirilənlərdən İsrafil Məmmədsoy Baş Şabalıd kəndində yerləşən tibb məntəqəsinin müdiri olub.

Namik Məmmədova qarşı Cinayət Məcəlləsinin 120.2.10-cu (xüsusi amansızlıqla iki və ya daha çox şəxsi öldürmə və xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla təkrarən qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxs qətli özünə məxsus ov tüfəngi ilə törədib. Həmin silahdan kənd ərazisindəki yırtıcı heyvanlardan qorunmaq üçün istifadə edirmiş.

Dindirilən zaman N.Məmmədov bildirib ki, qonşusu İsrafil Məmmədsoy tərəfindən təzyiqlərə məruz qalırmış:

"İsrafil Məmmədsoy qonşuluğa köçdüyü gündən ailəm və özüm dözülməz təzyiqlərə məruz qalmışıq. Yaşca böyük olduğuna görə ona cavab qaytarmamışam. Ancaq İsrafil bundan istifadə edirdi. Bilərəkdən həyətdə söyüş söyürdü. Onun üzünü görməmək üçün həyətdə 4 metr hündürlükdə hasar çəkdirdim. Ancaq İsrafil əl çəkmirdi. Həyətdə söyüş söyəndə odun doğrayan aləti işə salırdım ki, söyüşləri ailəm eşitməsin. İsrafilin qardaşlarına, oğluna, polisə bu barədə məlumatlar vermişəm.

İsrafil müxalifətçi idi. Həmişə məni hədələyirdi ki, hakimiyyətə gələndən sonra hamını həbs edəcək. Seçki məntəqəsinə üzv olduğuma görə Azər və İsrafil məni təhqir edirdilər".

Hadisə günü baş verənlərdən danışan N.Məmmədov deyib ki, İsrafil onun pay torpağını yararsız hala salıbmış:

"Heyvanları torpağa salıb məhv etmişdi. Buna görə İsrafilə iradımı bildirdim. Mübahisə zamanı yenə məni təhqir etdi. Dözməyib onu vurdum".

Azər Sədiyevi qətlə yeitrməsinin səbəbi haqda danışan N.Məmmədov söyləyib ki, uzun illərdir həmin qonşusu ilə də münasibətləri yaxşı olmayıb. İsrafili öldürdükdən sonra Azəri də öldürmək qərarına gəlib:

"3 il bundan əvvəl yaz aylarında Azər Sədiyev texnika gətirib mənim evimin qapısını sıyırmışdı. Bu vaxt Azərə irad tutdum. Dedi ki, yaxşı edirəm. Mənə və nəslimə satqın dedi. Azərlə küsülü olmağımıza baxmayaraq, oğlan övladım olmadığı üçün mənə söz atırdı. Deyirdi ki, sən kişi olsaydın, oğlun olardı.

Həmin gün İsrafili öldürüb evə qayıdırdım. Azəri həyətimdə görüb əsəbiləşdim. Əvvəlcə sinəsindən, sonra da başından vurdum".

Onun sözlərinə görə, hadisədən sonra özünü də öldürmək istəyib:

"Tüfəngdəki cilizləri boşaltdım. İçinə patron doldurub sinəmə dayadım. Əlim tətiyə çatmadığı üçün tüfəngin lüləsi sürüşdü. Atəş açılsa da, mənə dəymədi".

Suallara cavab verən N.Məmmədov hər iki qətlin səbəbi kimi mərhumların onu təhqir etməsini, şərəf və ləyaqətini alçaltmasını göstərib.

Mərhum İsrafil Məmmədsoyun oğlu dindirilən zaman qonşuları Namikin uzun illərdir əsassız yerə atası ilə danışmadığını deyib. Bildirib ki, onların qonşu torpaqlarında olan bir ədəd şabalıd ağacına görə mübahisələri olub. Hüquqi varis qeyd edib ki, Namik qonşuları İsrafil və Azərin həmişə paxıllığını çəkib. Buna səbəb isə Azər və İsrafilin övladlarının yaxşı işdə işləməsi imiş.

Məhkəmədə şahidlər də dindirilib. Onlar həm Namik Məmmədovun, həm də mərhumların yaxınları və tanışları olub. Onlar tərəflər arsında söz-söhbətin, küsülülüyün uzun illərdir davam etdiyini təsdiq ediblər.

Namik Məmmədov törətdiyi iki dəhşətli qətlə görə 20 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu maddə ilə N.Məmmədova ömürlük azadlıqdan məhrumetmə cəzası da təyin edilə bilərdi. Lakin məhkəmə onun yaşını da nəzərə alıb.

Musavat.com

Paylaş

Xəbər lenti

Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib Bu gün, 15:48 Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib Bu gün, 15:48 Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48 Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48 ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu Bu gün, 13:48 Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi Bu gün, 13:48 El-Ninyo 1950-ci ildən bəri ən güclü həddə çata bilər Bu gün, 13:48 Qan analizi verənlərə xəbərdarlıq: Şəkərsiz qəhvə də nəticələri dəyişə bilər Bu gün, 13:48 Ceyhun Bayramov: Azərbaycan və Estoniya arasında 8 sənəd üzərində iş aparılır Bu gün, 13:48 "İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar Bu gün, 12:48 Mincivanda hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edilib Bu gün, 12:48 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı Bu gün, 12:48 Bir sıra mallar bütün gömrük ödənişlərindən azad oluncaq Bu gün, 12:48 Azərbaycanda şənbə günü hava dumanlı olacaq Bu gün, 12:48 Beşinci mərtəbədən yıxılaraq ölən tələbə vəfatından əvvəl atasına nə deyib? Bu gün, 12:48 Avtoservisdə ustanın 5 min manatı oğurlandı - Müştəri saxlanıldı Bu gün, 12:48 Ali məktəbdə təhsil alan uşaqlar üçün aliment ödənişlərinin 23 yaşa qədər uzadılması təklif edilib Bu gün, 12:48 Bankdan kredit götürənləri SEVİNDİRƏCƏK XƏBƏR - Borclar... Bu gün, 11:48 Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib Bu gün, 11:48 JAECOO Ginnesin Rekordlar Kitabına düşdü: üç zirvə və yeni dünya rekordu Bu gün, 11:48 İsa Həbibbəyli: Qafqaz Albaniyasının tarixi ilə bağlı araşdırmalar genişləndiriləcək Bu gün, 11:48 Milli Məclisin iclası başlayıb, 10 məsələ müzakirə ediləcək Bu gün, 11:48 Vüqar Bayramov: Zəngəzur dəhlizinin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsi mümkündür Bu gün, 11:48 Ali Məhkəmə: Körpənin doğuşda ölümü ilə bağlı cinayət işində pozuntu var Bu gün, 11:48 Məleykə Abbaszadə C bloku ilə bağlı məsələni nəzarətə götürüb, işçi qrupu yaradılıb Bu gün, 11:48 Sənədsiz evlərlə bağlı VACİB XƏBƏR: Yeni qərar nəyi dəyişəcək? Bu gün, 11:48 Türkiyədə "Halk TV"yə qarşı əməliyyat - Ece Üner və əri saxlanıldı Bu gün, 11:48 DMX-dən Azərbaycana gələn Rusiya vətəndaşlarına XƏBƏRDARLIQ Bu gün, 10:48 Ağsuda 7 yaşlı uşağın üzərinə ağac düşməsi nəticəsində ölüb Bu gün, 10:48 AAYDA: Hacıqabul–Mincivan yolunda icazəsiz giriş-çıxış yolu təşkil edilib Bu gün, 10:48 Azərbaycanda yükdaşımalarla bağlı yeni maliyyə sanksiyası və vergi-gömrük güzəştləri müəyyənləşir Bu gün, 10:48 Səngəçalda yük avtomobillərin iştirakı ilə qəza olub, ölən var Bu gün, 10:48 Bu kəndlərdə modul tipli məktəb binaları quraşdırılacaq - 1,5 milyonluq LAYİHƏ Bu gün, 10:48 Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir? Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR