13-10-2022, 23:17 517

Qurban Qurbanov:

"Qələbə qazanmağı çox istəyirdik".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Yunanıstan "Olimpiakos"u ilə qolsuz heç-heçə etdikləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis matçın gərgin keçdiyini bildirib: "Rəqib həddindən artıq istəkli idi. Oyundan razı qaldım. Futbolçular sonadək yaxşı mübarizə apardılar. Onları təbrik edirəm. "Olimpiakos"a qarşıdakı görüşlərdə uğurlar arzulayıram".

Qurbanov zədələnən Kadi Borgesin durumunun sabah bəlli olacağını söyləyib: "Onun ağrıları var idi. İkinci hissənin əvvəlində əziyyət çəkdiyini gördük və əvəzlədik. İkinci yarıda oyunu ələ ala bildik. Rəqibdəki futbolçular öz təcrübələrindən yaxşı istifadə edirlər. Rotasiyalar edən komandalar çoxdur. Amma mən sistemi saxlamağa üstünlük verdim. 90 dəqiqə tam istədiyin kimi çıxış etmək mümkün deyil. Əsas odur ki, oyunçular matçdan qopmadılar".

Təcrübəli baş məşqçi UEFA Konfrans Liqasının pley-offuna vəsiqəni təmin etdiklərini xatırladıb: "Olimpiakos" ilk xalını qazandı. Bir xal onlar üçün əhəmiyyətli ola bilər. Həmişə qazandığımız hər xala şükür etmişəm. Bu gün bir xal əldə etdik və nəticədən razıyam".

Qurbanov matçın gedişatında qrupun digər qarşılaşması haqqında məlumatının olmadığını diqqətə çatdırıb: "Görüş başa çatandan sonra "Nant"ın məğlub olduğunu bildik".

Mütəxəssis rəqibin gücünə bələd olduqlarını deyib: "Böyük tarixi olan komandaya və titullar əldə edən futbolçulara qarşı oynayırdıq. Belə oyunlarda onların təcrübəsi, ümumi bacarığı nəticəni müəyyənləşdirir. Bizdən gözləntilər çox olur. Azarkeşlər bizdən qələbə gözləyirdi. Belə fikirlər futbolçulara təsir edir. Çox da böyük futbol ölkəsi deyilik, klub olaraq Avropada böyük uğurlar qazanmamışıq. Komandada yorğunluq da var idi. Səfərdən sonra Bakıya gəldik, daha sonra yenə Qəbələyə getdik. Hazırlıq planlarımız pozulmuşdu. Bu həftəni istədiyim tempdə məşq edə bilməmişdik. Belə cüzi narahatlıq var idi. Ancaq mən belə hallara həmişə müsbət baxmışam".

Baş məşqçi komandasının çərçivəyə zərbə endirə bilməməsi barədə də danışıb: "Olmamış olmaz. Rəsmi statistika da səhv edə bilər. Baxmaq lazımdır. Məncə, qapıçı top qaytarıb. Hər oyun, zərbə istədiyin kimi alınsa, maraqsız olar".

Paylaş

Xəbər lenti

Əraqçi ABŞ-nin İran limanlarını blokadaya almasını müharibə aktı adlandırıb Dünən, 23:48 ABŞ-İsrail-İran gərginliyi turizm bazarını silkələdi: Azərbaycana necə təsir edib? Dünən, 23:48 Sinif yoldaşını yandıran şagird spirti termosa töküb gətiribmiş - YENİ DETALLAR Dünən, 23:48 Bakı metrosundan istifadə edənlərin NƏZƏRİNƏ - Sabah qatarların hərəkət qrafikinə dəyişikliklər ediləcək Dünən, 23:48 Trampdan sərt xəbərdarlıq: "Avropa yox ola bilər" Dünən, 23:48 Ərdoğan və Sindi Kiro islamofobiya ilə mübarizəni müzakirə ediblər Dünən, 22:48 Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir Dünən, 22:48 Avropa çempionatı: Azərbaycan güləşçiləri günü 2 bürünc medalla başa vurublar Dünən, 22:48 "Oskar" mükafatlı rejissor vəfat etdi Dünən, 22:48 Uşaqlarda fiziki inkişaf üçün nə önəmlidir? - Syuzanna Silvester izah edir Dünən, 21:48 Naxçıvan Ali Məhkəməsində şöbə müdirlərinə artıq ödəniş edildiyi məlum olub Dünən, 21:48 Aİ ölkələri İrana qarşı sanksiyaları genişləndirmək barədə razılığa gəlib Dünən, 21:48 Baş nazir Əli Əsədov Qazaxıstana işgüzar səfərə gedib Dünən, 21:48 "Son zəng"in keçiriləcəyi tarix AÇIQLANDI Dünən, 20:48 Nurlana Orucova şöbə müdiri təyin edildi Dünən, 20:48 Tayani: Meloninin Azərbaycana səfəri münasibətlərin gücləndirilməsində əsas mərhələdir Dünən, 20:48 Latviya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib Dünən, 20:48 Bakı metrosunda dəhşətli ANLAR - Sərnişin hər kəsin gözü qarşısında can verdi Dünən, 20:48 Tramp İran liderlərini qadınları həbsdən buraxmağa çağırdı Dünən, 19:48 Zelenski: Ukrayna "Drujba" neft kəmərinin təmir işlərini başa çatdırıb Dünən, 19:48 Avropa çempionatı: Azərbaycan güləşçisi Həsrət Cəfərov finala yüksəlib Dünən, 19:48 Bakı metrosunda nə baş verir? - Hazırda 28 may stansiyasında... Dünən, 19:48 Bank kartına pul köçürülənlərin DİQQƏTİNƏ - Vergi orqanı sizi araşdıra bilər Dünən, 19:48 Tramp İran rəhbərliyini ölüm cəzasına məhkum edilmiş 8 qadını əfv etməyə çağırıb Dünən, 18:48 Ələt Azad İqtisadi Zonası üzrə İşçi Qrupunun iclası olub Dünən, 18:48 Qubanın kəndində qaz PROBLEMİ: "Bəzi ailələr odun da tapa bilmirlər" Dünən, 18:48 Masazırda YOL PROBLEMİ: "Maşınlar sıradan çıxır Dünən, 18:48 Metroda generatorlar niyə işə düşməyib? Dünən, 17:48 Tərkibində təhlükəli maddə aşkarlanan kəsmiklə bağlı RƏSMİ AÇIQLAMA Dünən, 17:48 Ölkə üzrə aprelin pensiya ödənişləri yekunlaşıb Dünən, 17:48 Bakı metrosunda baş verən hadisə ilə əlaqədar iki nəfər xəstəxanaya aparılıb Dünən, 17:48 Ərindən ayrılan üç uşaq anasını SEVGİLİSİ DÖYDÜ Dünən, 17:48 "Fitch Ratings" İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib Dünən, 17:48 Evində söküntü zamanı üzərinə beton düşdü, öldü Dünən, 16:48 Bakı metrosunun stansiya rəisi ÖLÜB Dünən, 16:48 İtaliyanın Baş naziri Ciorcia Meloni mayın 5-də Azərbaycana gələcək Dünən, 16:48 Bakıda qanunsuz parklanma yeri yaradıb sürücülərdən pul alırlar? - DİN-dən açıqlama Dünən, 16:48 UFC Bakı Şəhər Halqası ilə çoxillik tərəfdaşlıq çərçivəsində Azərbaycana qayıdır Dünən, 16:48 Avtomobillərin icbari sığortasında YENİ DÖVR - Bəzi sürücülərə BÖYÜK GÜZƏŞTLƏR ediləcək Dünən, 16:48 Prezident güzəştli ipoteka krediti ilə bağlı fərman imzaladı Dünən, 16:48 Leyla Əliyevanın təşəbbüsü ilə icra olunan "Gənc arıçı" layihəsi Yevlaxda keçiriləcək Dünən, 16:48 Metropoliten: Hadisə baş verən anda xətdə 30 qatar olub, 4-ü tuneldə qalıb Dünən, 16:48 Bakı metrosunun bağlanmasının səbəbi bilindi Dünən, 16:48 SON DƏQİQƏ! - Metroda hərəkət bərpa edildi Dünən, 15:48 "Qarabağ" Elvini satışa çıxardı Dünən, 15:48 Yardımlıda ödənişsiz tibbi müayinələr keçirilib Dünən, 15:48 Suraxanıdakı məktəbdə şagirdin hədəsi səbəbindən dərslər dayandırılıb? - RƏSMİ Dünən, 15:48 Azərbaycana qaçaqmalçılıqla narkotik gətirən şəxs tutulub Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR