6-03-2025, 19:48 328

Müdafiə naziri Azərbaycan qadınlarını təbrik edib

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov 8 Mart–Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib, ən xoş arzularını bildirib.

BAKU.WS xəbər verir ki, təbrikdə deyilir:

"Azərbaycan qadını tarix boyu şərəfli və müqəddəs ana adını uca tutmaqla müdrikliyi, işgüzarlığı, saflığı və mübarizliyi ilə keçmişimizə ən parlaq səhifələr yazmışdır. Respublikamızın ictimai-siyasi, mədəni həyatında, cəmiyyətdə fəal iştirak edərək Vətənin müdafiəsində və dövlət quruculuğunda xüsusi bacarıq, istedad nümayiş etdirməklə yanaşı, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə cəsarət və qorxmazlığı ilə seçilmişdir.

Dövlətçilik tariximizin şərəfli səhifəsi sayılan Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri olan qadınlara seçmək və seçilmək hüququnun verilməsi cəmiyyətdə onların yerini, xüsusi hörmətə və nüfuza malik olduqlarını bir daha əks etdirir. Respublikamız dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra Azərbaycan qadınının cəmiyyətdə əvəzsiz rolu bir daha təsdiqləndi. Milli dövlət quruculuğu prosesində, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılmasında fəal iştirakı Azərbaycan qadınının dünyagörüşünün zənginliyinin, intellektual səviyyəsinin yüksək olmasının bariz nümunəsidir.Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə qadınlar fəal iştirak edib, qəhrəmanlıq, fədakarlıq nümunələri göstəriblər. Azərbaycan qadını gənc nəslin Vətənə, dövlətə sevgi, müstəqil dövlətçiliyə və azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda tərbiyə olunmasına öz böyük töhfələrini verib və onların xalqa, cəmiyyətə layiqli övlad kimi formalaşmasında əsl vətəndaş, ana kimi əməyini əsirgəməyib.

Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli-mənəvi dəyərlərimizə, humanizm ideyalarına xidmət edən və ənənələrimizi qoruyub yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunmasında, eləcə də ölkəmizin müdafiə qüdrətinin artırılmasında bərpa-quruculuq işlərində Azərbaycan qadını bu gün də yaxından iştirak edir, Böyük Qayıdışa öz layiqli töhfələrini bəxş edir.

Mərhəməti, humanistliyi, xeyirxahlığı və vətənpərvərliyi ilə fərqlənən Azərbaycan qadını ordu quruculuğu prosesində də yaxından iştirak edir. Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə xidmət edən, həmçinin mülki işlərdə çalışan qadınlarımızın əməyi, Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirmələri yüksək qiymətləndirilir. Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinin müdafiəsi zamanı şəhid olmuş qadınlarımızın əziz xatirəsini ehtiramla yad edir, şəhid analarına, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ömür-gün yoldaşlarına, əsgər analarına bayram təbriklərimi çatdırır, yüksək hörmət və ehtiramımı bildirirəm. İnanıram ki, bütün sahələrdə olduğu kimi, ordu sıralarında xidmət edən və mülki işlərdə çalışan qadınlarımız bundan sonra da ölkə rəhbərliyinin etimadını doğruldacaq, göstərilən diqqət və qayğıya cavab olaraq Vətənə, xalqa, dövlətə sədaqət göstərəcəklər. Sizə cansağlığı, ailə səadəti, işlərinizdə uğurlar arzulayıram. Bayramınız mübarək, əziz xanımlar!"

Paylaş

Xəbər lenti

Qubanın bu kəndlərinin adları dəyişdirilir Bu gün, 14:49 "Qarpız" yükü altında 31 kiloqramdan çox həşiş aşkarlanıb Bu gün, 14:49 İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul edib Bu gün, 14:48 Kaya Kallas Azərbaycana səfərə gəlib Bu gün, 14:48 Azercell Beynəlxalq Xalça Festivalında "Minlərlə ilmə, bir güc" xalçasını təqdim etdi Bu gün, 14:48 SOCAR "EKOL Mühəndislik Xidmətləri"nin yeganə səhmdarı olub Bu gün, 14:48 ABŞ Hörmüz boğazında yük gəmilərinə hücum etdi, beş nəfər həlak oldu Bu gün, 14:48 İlham Əliyev PAİ-nin Azərbaycanla Ermənistan arasında dialoqda rolunu müsbət qiymətləndirib Bu gün, 14:48 Bu ürək xəstəliyi riskini azaldır Bu gün, 14:48 Azərbaycanda 3 ayda 23 kişi məişət zorakılığına MƏRUZ QALIB Bu gün, 14:48 Ceyhun Bayramovun Kallasla görüşü keçirilir Bu gün, 14:48 MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib Bu gün, 14:48 "Met Gala 2026"nın ən çox müzakirə olunanları - SİYAHI Bu gün, 14:48 Azərbaycanlı müğənni 13 dəfə əməliyyat olunduğunu etiraf etdi Bu gün, 13:48 Xaçmazda selin viran qoyduğu evlərin aqibəti necə oldu? Bu gün, 13:48 53 yaşlı Kameron Diaz 3-cü dəfə ana oldu Bu gün, 13:48 Fitnes üzrə peşəkar idmançını qətlə yetirən şəxs yenidən hakim qarşısına çıxarılır Bu gün, 13:48 Texasda 80 nəfər SpaceX-ə qarşı məhkəməyə müraciət edib Bu gün, 13:48 10 ildən sonra "Met Gala"ya qızı və həyat yoldaşı ilə qatıldı Bu gün, 13:48 Bakıda məşhur estetik mərkəzdə qanunsuz əməliyyatlar edənlərin məhkəməsi başladı Bu gün, 13:48 Leandro Andrade "Qarabağ"da 60-cı qolunu vurub Bu gün, 13:48 Cabir İmanovun ölümündən danışan Tahir İmanov: "Ölümünü hiss edirdi" Bu gün, 13:48 WUF13 zamanı Bakıda geniş nəqliyyat planı tətbiq olunacaq Bu gün, 12:48 Azərbaycanda müğənni əməliyyatdan sonra ÖLDÜ Bu gün, 12:48 Bakı və Qarabağda birinci sinfə qəbulla bağlı alternativ mərkəzlər yaradıldı - SİYAHI Bu gün, 12:48 Bakının bəzi küçələrində hərəkət istiqaməti dəyişdirilə bilər Bu gün, 12:48 Koşta: İlham Əliyevin sammitdə iştirakı Bakı və İrəvan arasında yeni atmosferi əks etdirir Bu gün, 12:48 Orxan Məmmədov: İki mindən çox KOB subyektinin yerli və xarici sərgilərdə iştirakına dəstək olmuşuq Bu gün, 12:48 Azərbaycan "Growth Lab" ilə potensial tərəfdaşlıq istiqamətləri üzrə növbəti addımları müzakirə edib Bu gün, 12:48 3 aktyor "Təşkilat"ı tərk edir Bu gün, 12:48 Sabah 20 dərəcə isti olacaq - HAVA PROQNOZU Bu gün, 12:48 Telegram bir gündə 100 mindən çox kanal və qrup bağlayıb Bu gün, 12:48 WUF13 zamanı nəqliyyat üçün əsas istifadə olunacaq obyektlər açıqlanıb Bu gün, 11:48 WUF13 zamanı "Koroğlu"dan 24 saatlıq K1 marşrutu fəaliyyət göstərəcək Bu gün, 11:48 "Biletim.az" portalında YENİ FUNKSİYA - Yer dəyişmək mümkün olacaq Bu gün, 11:48 WUF13 üçün Bakıda 42 kilometrlik yaşıl nəqliyyat zolaqları yaradılıb Bu gün, 11:48 "Silk Way West Airlines" Yaponiyaya uçuşlarının 10 illiyini qeyd edir Bu gün, 11:48 18 may tarixində bölgələrdən Bakıya gələn bu yol müvəqqəti bağlana bilər Bu gün, 11:48 McDonald"s Azərbaycan dünya çempionu olan gənc karateçini dəstəklədi Bu gün, 11:48 Nazir: "Yağışlar taxılçılığa müsbət, meyvəçiliyə mənfi təsir edə bilər" Bu gün, 11:48 Goradildə tapılan uşağın valideynləri müəyyənləşib Bu gün, 11:48 Seren Serengildən Aybəniz Haşımova ilə bağlı paylaşım Bu gün, 11:48 Saat 12:00-dan 14:00-dək bu ərazidə İŞIQ OLMAYACAQ Bu gün, 10:48 Təmizlik işçisi avtomobillə köşk arasında sıxılaraq ölüb Bu gün, 10:48 Bu mahnının sözləri aparıcı Afaq Gəncəlinin babasına aiddir Bu gün, 10:48 Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK Bu gün, 10:48 Şəmkirdə icra və probasiya şöbəsinə yeni rəis təyin edilib Bu gün, 10:48 Nəsrin Cavadzadənin evliliyi ilə bağlı detallar - 6 ay əvvəl... Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR