
44 günlük Vətən müharibəsinin iştirakçısı Murad Elxan oğlu Bayramov vəfat edib.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, Tovuz Rayon İcra Hakimiyyətindən faktı təsdiqləyiblər.
Qeyd olunub ki, İkinci Qarabağ müharibəsi iştirakçısı dünən axşam saatlarında vəfat edib.
Məlumata görə, M.Bayramov beyin qansızması nəticəsində dünyasını dəyişib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.