
Azərbaycan çempionatlarında 200-cü oyununu keçirməklə "Neftçi"nin heyətində rekorda imza atan Emin Mahmudova xatirə hədiyyəsi verilib.
Hədiyyəni milli üzvünə "ağ-qaralar"ın baş icraçı direktoru Cenk Sümer təqdim edib.
Xatirə hədiyyəsi 32 yaşlı yarımmüdafiəçiyə Misli Premyer Liqasının XXVI turunun "Neftçi" - "Turan Tovuz" oyunundan öncə bağışlanıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.